Quru süd – pasterizə olunmuş üzlü südü vakuum-kameralarda qurutmaqla
alınan, konservləşdirilmiş qiymətli yeyinti məhsuludur. Müvafiq miqdarda su ilə
qarışdırılmış quru süd məhluluna «bərpa olunmuş» süd deyilir. Bu cür süd, hətta
uşaqların qidasında belə təbii südü əvəz edir: təbii şəraitə görə südçülüyü inkişaf
etməyən rayonlarda uşaqlara bu cür süd verirlər.
Qaymağın tərkibində 20-35%-ə qədər yağ olur. O, A vitamini ilə zəngindir,
yüksək kaloriliyi və asan həzm olunması ilə seçilən yeyinti məhsuludur.