Yumurtanın mikrooqranizmlərlə yoluxma yolları - yumurtanın
mikroorqanizmlərlə yoluxması endogen və ekzogen üsullarla baş verir.
Endogen yoluxmada- mikroorqanizmlər yumurtanın daxilinə xəstə quşun
daxilində yumurta formalaşan zaman və ya yumurta qoyma zamanı daxil olurlar.
Bəzi hallarda quşlar infeksion xəstəliklərin gizli daşıyıcıları olub, virus,
bakteriyalar, kif göbələkləri, salmanelyoz və vərəm daşıyıcıları ilə yoluxmuş
yumurta qoyurlar. Ən çox təhlükəliS. enteritidis, S. cholerae suis, S. typhimurium,S. newport, S. dublin, S. anatum ilə yoluxmuş suda üzən quşların
yumurtaları hesab edilir. Bununla əlaqədar ərzaq mağazalarından, bazarlardan və
ictimai iaşə müəssələrindən ördək və qaz yumurtalarını almaq qadağandır.