MÜHAZIRƏ 8. YUMURTA VƏ YUMURTA MƏHSULLARININ MİKROBİOLOGİYASI, SANİTARİYA VƏ GİGİYENASI Yumurta - tərkibində bioloji cəhətdən qiymətli zülallar (26%), yağlar (22%), D,
A, E, PP, B
1
və B
2
vitaminləri olan, fosfor və dəmirlə zəngin çox qidalı yeyinti
məhsuludur. Bir-iki ədəd yumurtanın sarısında olan D vitamini uşağın D vitamininə
olan sutkalıq ehtiyacını ödəyir.
Yumurta quruduqda, habelə qabığından ona kif və çürümə mikrobları
keçdikdə xarab olur. Yumurtanın təzə olub-olmamasını ovoskopiya ilə, yəni işığa
tutub baxmaqla təyin edirlər.
Su quşlarından – ördək və qaz yumurtasına hələ rüşeym halında ikən
salmonella düşə bilər. Ördək və qaz yumurtası ilə qidalanan adamlarda dəfələrlə bu
toksikoinfeksiyalar baş vermişdir.
Ona görə də ticarət şəbəkələrində əhaliyə ördək və qaz yumurtası satılmasına
icazə verilmir. Belə yumurtaları ancaq qida sənayesində çörək-bulka məmulatlarının
istehsalında işlədirlər. Yumurta vurulmuş belə məmulatlar yaxşı bişirilməlidir.
Qidadan zəhərlənmə hallarının qarşısını almaq məqsədi ilə inkubatordan
çıxdaş edilmiş yumurtaların melanj kimi istifadəsi qadağan edilir.
Toyuq yumurtasının qabığında salmonellalar ola bildiyi üçün, quşçuluq
fabriklərində yumurtaları 5-10 dəqiqəyə 5%-li duru xlorlu əhəng məhluluna
salırlar.