MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Ərazinin saxlanmasına göstərilən sanitar tələbləri



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə175/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   171   172   173   174   175   176   177   178   ...   184
Ərazinin saxlanmasına göstərilən sanitar tələbləri. 
Müəssisələrin  təmiz  saxlanılmasında  ərazinin  vaxtında  və  düzgün 
təmizlənməsinin,  qida  tullantılarının  yığılması  və  aparılmasının,  zibil  qablarının 
təmizlənməsi  və  dezinfeksiyasının  böyük  əhəmiyyəti  vardır.  Antisanitar  vəziyyət, 
ərazinin  lazımsız  şeylərlə  doldurulması  və  zibilin  yığılması  müəssisə  binasının 
çirklənməsinə  səbəb  olur  ki,  bu  da  milçəyin  çoxalması,  gəmiricilərin  yuvalaması 
üçün əlverişli şərait yaradır. 
Ərazinin  təmizlənməsi  hər  gün  aparılmalıdır.  Yayda  onu  gündə  iki  dəfə 
sulamaq  üçün  ərazidə  suvarma  kranı  qurulmalıdır.  Qışda  ərazi  gündə  qar  və 
buzdan təmizlənməlidir. 
Zibili  yığmaq  üçün  müəssisənin  ərazisində  möhkəm  örtüklü  (beton,  kərpic) 
meydançada  zibil  yığılan  qablar  qoyulmalıdır  (betonlaşmış,  metal).  Meydançanın 
ölçüsü  zibil  yığılan  qabın  ölçüsünün  hər  tərəfindən  1,5  m  çox  (artıq)  hündürlükdə 
olmalıdır.  İstehsalat  binası  ilə  zibil  yığılan  yer  arasındakı  məsafə  25  m-dən  az 
olmamalıdır. 
Zibil mütəmadi olaraq aparılmalı, zibil qabları isə hər gün xlorlanmalıdır. 


222 
 
Zibili  aparmaq  üçün  nəqliyyat  yalnız  təyinatı  üzrə  istifadə  olunmalıdır.  İaşə 
müəssisələri  binasının  girişində  ayaqqabını  təmizləmək  üçün  qurğu  ilə  təchiz 
olunmuş yer olmalıdır. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin