Qab-qacaqların, avadanlıqların və inventarın yuyulmasına və zərərsizləşdirilməsinə göstərilən sanitar tələbləri İaşə müəssisələrində qab-qacaqları müxtəlif markalı yuyucu maşınlarla,
həmçinin əl ilə yuyurlar. Mexanikləşdirilmiş yuma üçün fasiləsiz və dövrü
hərəkətli universal yuyucu maşınlardan istifadə olunur (MMU-250, MMU-500,
MPU-350, MPU-700, MPU-1000, MMU-2000 və digər köhnə konstruksiyalar).
Fasiləsiz işləyən maşınlarda (məsələn, MMU-200) vanna qablarının texnoloji
emalı üçün onlar dörd zonaya bölünürlər. Birincidə qida qalıqlarının iti axan su ilə
təmizlənməsi aparılır, ikincidə 45°C temperaturadan aşağı olmayan yuyucu vasitələrlə
resirkulyasiyalı yuma aparılır. Üçüncü zonada 58°C temperaturada qızdırılmış
resilkulyasiyalı su ilə birinci yaxalanma aparılır. Dördüncü zonada qabların
temperaturu 94-96°C olan axar su ilə yaxalanması həyata keçirilir. Belə emaldan
sonra qab-qacaqlar qurutmaq üçün boş olan sahəyə düşürdülür. Digər yuyucu
maşınlar da analoji prinsiplər üzrə işləyirlər.
Maşına iki nəfər – biri doldurmağa, digəri boşaltmağa xidmət edir. Demək
lazımdır ki, yaxşı keyfiyyətli yuma üçün bir neçə şərtə riayət etdikdə nail olmaq
olur. Əvvəlcə, qab-qacaq yuyan maşinlara yaxşı qulluq edilməli, onların vaxtında
təmiri aparılmalıdır və s. Digər əhəmiyyətli şərt isə yuyucu vasitələrin düzgün
seçilməsi və maşının gündəlik diqqətlə yuyulması hesab olunur.
Qab-qacaqlar o vaxt təmiz yuyulmuş hesab edilirlər ki, onlarda çirklik
görünməsin, bakterioloji tədqiqat zamanı səthlərində bağırsaq çöpləri tapılmasın,
bütün səthində isə bakteriyaların ümumi miqdarı 1000-dən çox olmasın.
Qab-qacaq yuyan maşınların olmasından asılı olmayaraq sanitar qaydalara
görə müəssisələrdə yeməkxana və şüşə qab-qacaqların əl ilə yuyulması üçün beş
gözlü yuma vannalar nəzərdə tutulur. Sanitar qaydalarına görə iaşə müəssisələrində
qab-qacaqları əl ilə yuduqda, onlar yeməkxana qab-qacaqları üçün yuyucu üçgözlü
vanna ilə təchiz olunmalıdır. Üçüncü gözdə tor və qab-qacaqları yaxalamaq üçün
elastiki şlanqa taxılmış duş olmalıdır.
Şüşə qab-qacaqları yumaq üçün isə iki gözlü vanna kifayət edir.
Mətbəx qab-qacaqlarını yumaq üçün iki gözlü vannalar qurulmalıdır. Sanitar
qaydalara görə bufetdəki az çeşidli qabları yumaq üçün ikigözlü vannaların
qurulmasına icazə verilir. 50-dən çox yeri olan iaşə müəssisələrində mətbəx və
yeməkxana qab-qacaqlarının yuyulması xüsusi ayrılmış binalarda ayrı-ayrı
aparılmalıdır.
Mətbəx və yeməkxana qab-qacaqlarının yuyucu qurğuları isti su ilə kifayət
qədər təmin olunmalıdır (qaynar su təchizatı şəbəkəsindən, o olmadıqda, fasiləsiz
işləyən qızdırıcıdan).
Yeməkxana və çayxana qab-qacaqlarının, yeməkxana alətlərinin yuyulması
da analoji qaydada aparılmalıdır.