Dezinseksiya. Cürbəcür həşəratların tələf edilməsi üçün aparılan mübarizə
tədbirlərinə
dezinseksiya
deyilir.
Yoluxan
xəstəliklərin
xarici
mühitdə
yayılmasında, xəstəliyin bir insandan və heyvandan başqasına keçməsində və bəzi
parazit xəstəliklərin əmələ gəlməsində buğumayaqlılar böyük rol oynayırlar.
Milçəklərin və ağcaqanadların xəstəlik yaymaları çoxdan aşkar edilmişdir.
Dezinseksiya tədbirləri 2 qrupa bölünür: 1) profilaktiki, 2) məhvedici dezinseksiya
tədbirlərinə. Profilaktiki tədbirlər iaşə müəssisələri binalarının həşəratlardan
mühafizə edilməsindən ibarətdir. Bunun üçün qapı və pəncərələrə tənzif vurulması
və s. həyata keçirilir.
Əsas tədbirlər həşəratları məhv etməkdən ibarətdir. Bu tədbirlər mexaniki, fiziki,
kimyəvi, fiziki-kimyəvi və bioloji üsullarla aparılır.
Fiziki dezinseksiyaedici vasitələr sırasına isə od, qızdırılmış isti hava, isti su
və su buxarı aiddir. Bunlardan başqa yapışqan kağız, milçəkqovan, tələ qurğuşu,
milçəktutan, dezinseksiya üçün qaz, maye və toz halında kimyəvi maddələrdən də
istifadə olunur. Qaz halında olan maddələrdən sianid, formaldehid, xlorpikrin və
karbon qazlarını qeyd etmək olar.
Hazırda kimyəvi üsullardan geniş istifadə edilir. Bu məqsədlə 2%-li natrium
salisilat məhlulu, 2% formalin məhlulu, piretrum və s. tətbiq edilir.
Tarakanlara – mətbəx böcəklərinə qarşı zəhərli cəlbedicilər (aldadıcılar),
aerozollar istifadə olunur.
Deratizasiya siçan və siçovulların tələf edilməsindən ibarətdir. Bunun bir-iki
üsulları vardır: 1) profilaktiki və 2) məhvedici. Profilaktiki tədbirlərə siçovul və
siçanların qidalanmasına və su içməsinə yol verməmək, onların çoxalmasına mane
226
olmaq və s. aiddir. Məhvedici tədbirlərə mexaniki (tələ ilə tutmaq), kimyəvi – qaz
halında olan kimyəvi maddələrdən (sian, xlorpikrin, kükürd qazı, xlor və b.) istifadə
aiddir. Aldadıcı yemlər ilə qarışdırıb vermək də bunlardandır. Bunun üçün arsen
(mərgümüş), fosfor kimi maddələrdən istifadə olunur. Aldadıcı yemlər kimi un,
kolbasa, ət və s.-dən istifadə olunur.
|