MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Ticarət işçilərinin şəxsi gigiyenası



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə179/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   176   177   178   179   180   181   182   183   184
Ticarət işçilərinin şəxsi gigiyenası 
Ərzaq  məhsullarının  ticarət  işçiləri  tərəfindən  patogen  mikroflora  ilə 
yoluxmasını  aradan  qaldırmaq  üçün  müəyyən  norma  və  qaydaları  gözləmək 
lazımdır. 
Ticarət  müəssisələrinə  daxil  olan  bütün  şəxslər  isə  bakteriya  daşıyıcıları 
olduğundan,  quru,  bərk  daşımaları  barədə  tibbi  müayinədən  keçməlidirlər.  İşə 
götürülmə  müalicə  idarələrindən  verilən  arayışı  təqdim  etməklə  qəbul  olunur. 
Müayinə  ticarət  müəssisəsi  rəhbərliyinin  göndərişi  ilə  aparılır.  Sonralar 


225 
 
məhsulların saxlanması və satılması ilə əlaqədar rübdə bir dəfə onlar tibbi baxışdan 
keçirilir. İldə bir dəfə onlarda vərəmin yoxlanılması aparılmalıdır. 
Müəssisələrdə  rəhbərlik  hər  işçiyə  tibbi  kitabça  açır,  oraya  tibbi  müayinənin 
nəticələri  yazılır  və  keçirilən  xəstəliklər  qeyd  olunur.  Kitabçada  işçinin  hökmən 
məcburi peyvənd, sanitar minimumu verməsi barədə qeydiyyat aparılır. 
Ərzaqla  təmasda  olan  işçilər,  əllərinin  sanitar  vəziyyətinə  nəzər  yetirməli, 
onları çirkləndikcə yumalı, irinli xəstəliklərin baş verməsinə yol verilməməlidir. 
Hər  bir  ticarət  müəssisəsində  tibbi  aptek  qutusu  olmalıdır.  Bütün  işçilər 
müəssisə  tərəfindən  verilən  sanitar  paltarlardan  istifadə  etməlidirlər.  Onlar  tez 
yuyulan,  ağ  paltardan  hazırlanır.  Onlardan  yalnız  iş  zamanı  istifadə  etmək  olar. 
Sanitar  paltarlarında  küçəyə  çıxmaq,  tualetə  getmək  olmaz.  Onlar  çirkləndikcə, 
lakin iki gündən gec olmayaraq dəyişilməlidir. 
Təhlükəli  mikrofloranın  mənbəyi  kimi  istifadə  olunan  üst  paltarlar  da  ola 
bilər.  Saçlar  iş  zamanı  örtüyün,  beretin  (papaq)  altına  yığılmalıdır.  Üst  paltarları 
təmiz, səliqəli olmalıdır. 
Bütövlükdə  ərzaq  malları  satışının  sanitar  tələbləri  Azərbaycanın  Dövlət 
Nəzarəti  Nizamnaməsi  və  ərzaq  malları  üçün  sanitar  qaydaları  ilə  idarə  olunur 
(SanPinlər). 
Bu qaydalara  görə  mağaza  (satış)  işçilərinə  iş  yerində qida qəbulu  və siqaret 
çəkmək  qadağan  olunur.  Siqaret  çəkmək  əzələ        yorğunluğunu  artırır,  əməyin 
effektivliyini isə aşağı salır. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin