Qeyri-mexaniki avadanlıqların, inventarların sanitar səciyyəsi
Qida məhsullarının və kulinar məmulatlarının emalı üçün istifadə olunan
stolların işlədilməsinə Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlər üçün istifadəsinə
icazə verilən örtük olmalıdır. Stolların örtüyü tikişsiz, küncləri dəyirmi, örtük səthi
hamar olmalı və onlar stolun əsasına yatmalıdır.
Bu məqsədlə, sanitar cəhətdən uyğun gələn boru gövdəli, paslanmayan polad,
yağlı boya ilə rənglənmiş bütöv-metallı stollardan istifadə daha sərfəlidir.
Xəmiri hazırlamaq üçün hamar yonulmuş və yerinə möhkəm taxılan qapaqlı
ağac stollardan istifadə olunur. Onlar möhkəm ağac növlərindən (palıd, fıstıq,
göyrüş) hazırlanır.
İstehsalat vannaları – tərəvəzi, əti, balığı və digər məhsulları yumaq üçün
istifadə olunur və paslanmaya davamlı materialdan hazırlanır. Gigiyenik cəhətdən
ən yaxşı material paslanmayan polad hesab olunur. Həmçinin minalanmış,
düralüminiumlu, alüminium təbəqəli vannalara da icazə verilə bilər. Vannaların
optimal ölçüsü (mm): uzunluğu 710-1000, eni 600-700, dərinliyi 420-450,
döşəmədən hündürlüyü 900 olur.
Qabları yumaq üçün vannalar paslanmayan poladdan hazırlanır. Alüminium
və onun xəlitələri bu məqsəd üçün az yararlıdır, çünki yuyucu məhlullar ilə əlaqədə
o, qaralır və qüsurlu olur. Vannaların optimal ölçüsü (mm-lə): ümumi hündürlüyü
900 olmaqla 500x500x300 olmalıdır. Vannanın ölçüsünün böyük olmaması çirkli
yuyucu məhlulu və suyu tez-tez dəyişməyə imkan verir.
230
Suyu buraxmaq üçün deşikdəki tıxacı (oymanı) vannanın dibi səviyyəsində
edirlər ki, orada olan bütün suyu buraxmaq mümkün olsun. Suyu buraxmaq üçün
deşik vannanın küncündə yerləşir, bu qabları yumaq və yaxalamağa maneçilik
törətmir.
Əti doğramaq üçün stullar diametri 50 sm və hündürlüyü 80 sm ölçüdə bütöv
ağac gövdədən hazırlanır. Onların əlverişli hərəkəti üçün və təmizləmək üçün
rahatlıq məqsədilə üzərlərinə hündürlüyü 15-20 sm olan metal ayaqlar düzəldirlər,
əlverişli yumanı təmin etmək üçün isə xaricdən yağlı boya ilə rəngləyirlər.
İaşə müəssisələrində çoxlu miqdarda şkaflardan isə istifadə olunur (quru
məhsullar, qablar və inventar üçün). Onların hamısında 15-20 sm hündürlüyündə
ayaqlar olmalıdır. Bu onların altında olan döşəmədə müvafiq sanitar vəziyyətini
saxlamağa imkan verir. Şkafın üstü hamar və qabağa meyilli olmalıdır. Bölgü
taxtası üçün bərk ağac növündən istifadə olunur. O, hamar, çatsız və kifayət qədər
qalın olmalıdır ki, işləndikcə üzünü yonub düzəltmək mümkün olsun. Bütöv ağac
parçası gigiyenik cəhətdən yaxşı hesab edilir.
Bölgü taxtasının yan uzun tərəfi və ayağı aşağıdakı kimi dəqiq markalanmalıdır:
çiy ət üçün – ÇƏ; çiy balıq üçün – ÇB; çiy tərəvəz üçün – ÇT; bişmiş ət üçün – BƏ;
bişmiş balıq üçün – BB; bişmiş tərəvəz üçün – BT; ətli qastronomiya məhsulu üçün –
ƏQ; balıqlı qastronomiya məhsulu üçün – BQ; turşudulmuş tərəvəz üçün – TT; çörək
üçün – Ç.
Taxta (lövhə) müəyyən sexlər və iş yerlərinə təhkim edilməklə, həmin binada
da saxlanmalıdır. Müəssisədə hər addan (taxtadan) iki dəstdən az olmayaraq, yeni
paylama lövhəsinin (taxtasının) ehtiyatı olmalıdır. Polistrol və polietilendən
sinilərdə hazırlanır.
Sanitar qaydalarına uyğun olaraq 150 və daha çox sayda oturacaq yeri olan
yeməkxanalarda, hazırlama lövhəsinin (taxtasının), soyuducu və ət sexlərindəki
inventarın emalı xüsusi avadanlıqlarla təchiz olunmuş yuyucu vannalarda həyata
keçirilməlidir. Vannalara soyuq və isti su çəkilib onlar kanalizasiya xəttinə
birləşdirilir.
231
Bütün istehsalat sexlərində qida tullantılarını yığmaq üçün 20 litrdən az
tutumu olmayan, qapaqla təchiz olunmuş pedallı çəlləklər nəzərdə tutulur.
Avadanlıqlar elə yerləşdirilməlidir ki, xammalın, yarımfabri-katların və hazır
məhsullar axınının birgə aparılması, görüşməsi, yaxud çarpazlaşması istisna
edilsin.
İsti sexdə isə əmək şəraiti, texniki təhlükəsizliyi ciddi yerinə yetirməyi tələb
edir. Ona görə də oradakı avadanlıqların yerləşməsi, iş yerinin səmərəli təşkilini və
işçilərin sex üzrə minimal hərəkətini təmin etməlidir.
Bu gigiyenik tələblərə ən çox cavab verəni, avadanlıqların bölməli xətt üzrə,
yerləşməsidir. O, texnoloji proseslərin müxtəlif mərhələlərinin əlverişli əlaqəsini
və ardıcıllığını, məhsulların və işçilərin qısa hərəkətini təmin edir ki, bu da peşə
zədələnmə hadisələrinin sayını azaltmağa və əmək məhsuldarlığını artırmağa
imkan verir. Avadanlıqların xətt prinsipi üzrə yerləşdirilməsi, istehsal sahəsindən
qənaət etməyə imkan yaradır, həmçinin yerli küləkləmə sistemi quruluşunu və iş
yerinin işıqlanmasını asanlaşdırır.
İş yerinin təşkilində, avadanlıqların yerləşməsinin paylama xəttinə görə
istiqamətini nəzərə almaq vacibdir. Ən optimal variant pilətə xəttinin paylama
xəttinə perpendikulyar yerləşməsidir.
Avadanlıqlar arasında məsafənin, həmçinin mexaniki və qeyri-mexaniki
avadanlıqların əlverişli və səmərəli düzülüşündə də sanitar normalarına riayət
etmək vacibdir. Belə ki, avadanlıqların texnoloji xətləri arasında məsafə və istilik
ayıran avadanlıq xəttinin eni 1,5 m; divarla pilətə arasında məsafə 1,25 m-dən;
istilik ayıran, texnoloji avadanlıq xətlərlə paylama xətti arasında məsafə 1,5 m-dən
az olmamalıdır.
Pilətədə bir işçi üçün iş yerinin eni 1,25 m; avadanlıqdan azad sahə 5-5 m
2
-
dən az olmamalıdır. Xörək bişirilən qazanların pəncərənin yanında yerləşdirilməsi
məsləhət deyildir. Belə ki, şüşənin tərləməsi nəticəsində sexin təbii işıqlanması
azalır. Divarla qazan arasındakı məsafə isə, onların tutumundan asılı olaraq 0,5-1,2
m-dən, qazana xidmət etmək üçün sahə 1 m
2
-dən az olmamalıdır.
232
Zalda
quraşdırılan
universal
paylama
xətti
müştərilərin
axınına
perpendikulyar yerləşməlidir ki, vahid zaman ərzində çoxlu adamlara xidmət
etmək mümkün olsun.
Dostları ilə paylaş: |