MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Binanın saxlanmasına göstərilən sanitar tələblər



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə176/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   172   173   174   175   176   177   178   179   ...   184
Binanın saxlanmasına göstərilən sanitar tələblər. İaşə müəssisələrində bütün 
binaların  təmiz  saxlanılması  sanitar  rejiminə  riayət  etməyi  tələb  edir.  Bunun  üçün 
binanın zibilinin yığım qrafikinə ciddi riayət olunmalıdır. Lazımi təmizliyi saxlamaq 
üçün  bina  hər  gün  nəm  üsulla  təmizlənməlidir.  Binanın  əsas  təmizlənməsi  hər  gün 
işdən  sonra  aparılır.  Döşəmələr  gün  ərzində  çirkləndikcə  təmizlənməlidir.  Onlar 
əvvəlcə  nəm  üsulla  süpürülür,  sonra  isə  isti  su  ilə  və  quru  olana  qədər  silinirlər. 
Yağlı  döşəməni  yumaq  üçün  sanitar  nəzarəti  orqanları  tərəfindən  icazə  verilən 
yuyucu maddələrdən istifadə olunur. 
Divarlar,  karniz,  tavanlar  tozsoranla  və  yaxud  azca  nəmləndirilmiş  əski  ilə 
təmizlənir. 
Panellər  (otaq  divarının  aşağı  haşiyəsi)  hər  gün  yaş  əski  ilə  silinir.  Şirələnmiş 
pilətələrin  paneli  hər  gün  yuyucu  vasitələrin  tətbiqi  ilə  yuyulur,  yağlı  boyalarla 
örtülmüşü isə isti su ilə möhkəm yuyulur. 
Pəncərələrin çərçivəsi, pəncərə altlığı nəmli əski ilə silinir. Şüşələr isə tozdan 
və  hisdən  yuyucu  vasitələrlə  həftədə bir dəfə təmizlənir. Xarici qapılar 10 gündən 
az  olmayaraq,  çirkləndikcə  yuyulur.  Bütün  daxili  divarlar  hər  gün  yuyucu  maddə 
olan  su  ilə  yuyulur.  Xüsusilə  qapıların  çox  çirklənən  aşağı  hissəsi  və  tutacaqları 
diqqətlə yuyulur. 
Anbar binalarının təmizlənməsi hər gün aparılmalıdır. Həftədə iki dəfə rəflər, 
iri sandıqlar, stellajlar (bir şeyi dik halda saxlamaq üçün qurğu) isti su ilə yuyulur. 
Salonda  stolların  təmizlənməsi  hər  gün  aparılır.  Müəssisələrdə  nahar  stollarını 
təmizləmək  üçün  markası  olan  dəst  ağ  süfrələr  (əlsilən,  xörək  dəsmalı,  salfet), 
həmçinin  tör-töküntünü  süpürmək  üçün  şotkalar  olmalıdır.  Stolları  təmizləmək 
üçün  işlədilən  inventarlar  hər  həftə  yuyucu  maddə  məhlulunda  yuyulmalı  və 
qurudulub  xüsusi  şkaflarda  saxlanılmalıdır.  Təmizləmə  inventarlarının  başqa 
məqsədlərlə istifadəsi qəti qadağandır. 
İstehsalat və anbar binaları xüsusi heyət və yaxud köməkçi fəhlələr, sanitariya 
qovşağı isə bu məqsədlər üçün ayrılmış xadimələr tərəfindən təmizlənir. 
Cari  gündəlik  təmizləmədən  başqa,  bütün  iaşə  müəssisələrində  ayda  bir  dəfə 
sanitar günü müəyyən edilir ki, bu zaman əsaslı təmizləmə aparılır, sonra isə bütün 
bina  və  avadanlıqlar  dezinfeksiya  olunur.  Binanı  dezinfeksiya  etmək  üçün 
(döşəmə, divar, qapılar və b.) xlorlu əhəngin 1%-li məhlulu və ya xloraminin 1%-li 
məhlulu  tətbiq  edilir.  Əlüzyuyanlar,  tas  və  traplar  təmizlənməli,  yuyulmalı  və 
dezinfeksiya olunmalıdır. 
Hər gün işin axırında təmizləmə üçün olan inventarlar diqqətlə təmizlənməli, 
qaynar  su  ilə  yuyulmalı  və  xlorlu  əhəngin  2%-li  məhlulu  ilə  dezinfeksiya 
edilməlidir.  Bütün  inventarlar  markalanmalıdır  və  təyinatı  üzrə  istifadə 
olunmalıdır.  Onlar  xüsusi  şkaflarda  saxlanılır.  Ayaqyolu  otağını  təmizləyən 
inventarları ayrı saxlamaq lazımdır. 
Müəssisə binasının sanitar-texniki saxlanmasının da böyük əhəmiyyəti vardır. 
Bütün binalar ildə bir dəfədən az olmayaraq müntəzəm olaraq təmir olunmalıdır.  


223 
 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin