139
Adi qatığın təsiri ilə bağırsaqların mikroflorası dəyişir, lakin qatığın
tərkibindəki süd turşusu mikrobları bağırsaqlarda «yaşamağa» və «uyğunlaşmağa»
əlverişli şərait tapmırlar. Bununla əlaqədar olaraq, süd turşusu bakteriyalarının
insanın bağırsaqlarında yaşamağa uyğunlaşmış növlərini axtarmağa başladılar.
Nəticədə yeni doğulmuş uşaqların nəcisindən asidofil çöpü alınmışdır, hazırda
asidofilli turşudulmuş süd məhsulları almaqda bundan geniş istifadə edirlər.
Asidofil çöpü bağırsaqlarda yaşamağa uyğunlaşaraq, çürümə mikroflorası ilə
mübarizədə daha güclü təsirə malik çöpdür. Əməliyyat qabağı bağırsaqları
hazırlamaq, çürümə kolitlərinin, uşaqlarda dispepsiyaların, qəbizliklərin və başqa
xəstəliklərin müalicəsində xəstələrə asidofilli süd verilir.
Hazırda qatıq çalmaq üçün B qrupu vitaminləri, askorbin turşusu və
dizenteriya mikroorqanizmlərinin və digər mikroorqanizmlərin böyüməsini
ləngidən antibiotik maddələrlə zənginləşdirilmiş süd turşusu mikroblarından ibarət
mayalar alınmışdır.
Kefiri – pasterizə olunmuş süddən «kefir dənələri» (süd turşusu bakteriyaları
və mayaların xüsusi kompleksi) ilə qıcqırdmaqla alırlar. Onun tərkibində 96%-ə
qədər alkoqol vardır, zəif struktura, kəskin xoş dada malikdir. Qatıq, kefir və digər
turşudulmuş süd məhsulları mədədə bərk iri pıxtılaşma əmələ gətirən süddən 2-3
dəfə asan və tez həzm olunurlar. Bundan başqa süd turşusu, kalsium və fosforun
mənimsənilməsinə kömək edir ki, uşaqlar və yaşlı adamlar üçün onun böyük
əhəmiyyəti vardır.
Dostları ilə paylaş: