MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə117/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   113   114   115   116   117   118   119   120   ...   184
Bitki  yağları  yüksək  kalorilidir  (100  qramda  təxminən  930  kkal).  Bunların 
tərkibində A və D vitaminləri yoxdur, lakin E vitamini, doymamış yağ turşuları və 
fosfatidlər  çoxdur.  Emal  üsuluna  görə  yağlar  təmizlənməmiş  və  təmizlənmiş  çiy 
yağlara  bölünürlər.  Təmizlənmiş  günəbaxan  yağının  qidalıq  dəyəri  təbii  yağdan 
azdır,  onda  fosfatidlər  yoxdur,  tokoferollar  isə  miqdarca  çox  azdır.  Bəzi  hallarda, 
məsələn, pambıq yağını alanda, zərərli qatışıqları təmizləyib kənar edirlər. 
Marqarin  və  mətbəx  yağlarının  əsasını  salomas  təşkil  edir  (ərimə  temperaturu 
32-37°C).  O  bərkimiş  bitki  yağı  və  ya  dəniz  heyvanlarının  duru  yağıdır.  Bu  maye 
yağların  bərk  yağlara  keçməsi,  hidrogenləşdirmə  prosesində,  yəni  katalizatorun 
(nikel  və  s.)  iştirakı  ilə  hidrogenləşdikdə  doymamış  birləşmələrin  doymuş 
birləşmələrə keçməsi nəticəsində baş verir. 
Marqarinlər  almaq  üçün  salomasa  bitki  yağı,  süd,  emulsiya  əmələgətirici 
maddələr, fosfotidlər və s. qatırlar. Qarışığı emal edir və fiziki-kimyəvi xassələrinə 
görə ondan kərə yağına yaxın marqarin alırlar. Marqarində 82% miqdarda yağ olur, 
100  q-da  təxminən  770  kkalori  vardır,  təxminən  95%-i  mənimsənilir.  Bəzən 
yeyilən marqarinə karotin, A və D vitaminləri də vururlar (qatırlar). 


141 
 
Yağları saxladıqda onlar xarab ola bilər. Adətən onlar oksidləşir və sonra acı 
tam  verirlər. Buna səbəb, saxlanma zamanı doymamış  yağ turşuları parçalandıqda 
onlardan  aldehidlərin,  ketonların  və  oksiturşuların  əmələ  gəlməsidir.  Bunlar 
orqanizm  üçün  zərərlidirlər,  yağın  orqanoleptiki  xassələrini  pozur  və  vitaminlərin 
parçalanmasına səbəb olurlar. 
 
 
 


142 
 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin