144
mənimsənilir.Əgər zülal rüşüeymin inkişafı dövründə mikroorqanizmləri öldürmək
xüsusiyyətini itirərsə, o infeksiya ocağına çevrilə və embrionun xəstələnməsinə və
ya ölümünə səbəb ola bilər. Zülalın bakterisid xüsusiyyətinin mühüm bioloji
əhəmiyyəti bununla əlaqədardır. İnkişafda olan rüşeym steril qidanı mənimsəyir ki,
bu da həm rüşeym üçün passiv immunizasiya rolunu, həm də qida mənbəyi rolunu
oynayır.
Təzə yumurtanın qabığı və zülalı daha yüksək bakterisid xassəyə malikdir.
Müəyyən olunmuş şəraitdə 25 sutkadan çox olmayan müddətdə saxlanılan
yumurtalar
təzə hesab olunur. Yumurtalamadan sonra müvafiq şəraitdə 5 gündən
çox olmayaraq saxlanılan dietik yumurtalar daha qiymətli hesab olunurlar.
Yumurtanın keyfiyyəti ovoskopiya ilə, yəni güclü işiq ilə işıqlandırmaqla müəyyən
olunur. Daha çox yumurtanın sarısının yerləşmə vəziyytinə və hərəkətliliyinə və
hava kamerasının ölçüsünə diqqət yetirilir. Təzə yumurtada sarı ortada yerləşir və
firladılma zamanı yavaş hərəkət edir. Sarı təmiz, qalın olur, hava kamerasının
hündürlüyü 4mm çox olmur.
Dostları ilə paylaş: