Kələmdə boz çürümə kif göbələyi tərəfindən törədilir. Zədələnmə məhsul
yığımı zamanı və məhsulun anbarda saxlandığı dövrdə baş verir. Zədələnmə xəstə
kələmdən sağlam kələmə keçir. Boz çürümənin törədicisi aşağı temperaturada arta
bilir.
Bu xəstəliyə tutulmuş kələmin yarpaqları üzərində boz kül rəngində təbəqə ilə
örtülmüş ləkələr əmələ gəlir. Əsasən kələmin üst yarpaqları zədələnir, sonra bunlar
yumşalır və çürüyür.
Qarpızın toksiki bakteriozu. Xəstəliyin etiologiyası hələ müəyyən
edilməmişdir. O.İ.Sirotina və L.İ.Popova bu xəstəlik zamanı Proteus cinsindən
olan bakteriyaları tapmışdır. Zədələnmiş qarpızı yeyən adamların mədə-bağırsaq
sistemində zəhərlənmə, ishal və ürək bulanması şəklində pozğunluq, habelə baş
gicəllənməsi və s. hallar müşahidə edilmişdir.
158
Zədələnmiş qarpızın qabığında boz rəngli noxud boyda dikəlmiş ləkələr əmələ
gəlir. Zədələnmiş sahədə qabıqaltı şişlər də ola bilər. Bu zaman qarpızın daxilində
çürümə prosesi gedir və qarpız saralır.