Tərəvəz, meyvə və giləmeyvələrin gigiyenası
Tərəvəz və meyvələr insanın qidalanmasında mühüm rol oynayırlar. Belə ki,
onlar vitaminlərin (xüsusilə C vitamini və karotinin), karbohidratların, üzvi
turşuların və müxtəlif mineral maddələrin, o cümlədən mikroelementlərin əsas
təmin edicisidirlər.
Lakin tərəvəz və meyvələrdə çoxlu miqdarda suyun olması, onların
saxlanmasını davamsız edir. Xüsusilə zədələnmiş və xəstəliklərə yoluxmuş meyvə
və tərəvəzlərə mikroorqanizmlər nisbətən asan daxil olduğu üçün, onlar xarab
olmaya məruz qalırlar.
Meyvə və tərəvəzlərin xəstəlik törədicilərinə mikroskopik göbələk
cinslərindən Fusarium, Penicillium, Aspergillus aid olub, onların müxtəlif növ
xarab olmalarına səbəb olurlar (quru çürümə, acı çürümə). Bu törədicilərlə
yoluxma prosesi zamanı meyvələr və tərəvəzdə onların metabolitləri –
mikotoksinləri toplanır. Tədqiqatlar göstərir ki, almanın acı çürüməsinə
konserogen xassələrə malik olan patulin səbəb ola bilər. Ona görə də qida
məhsullarında patulinin miqdarının sanitar normalarla yol verilə bilən səviyyəsi
gözlənilməlidir.
Sanitar tələblərinə uyğun olaraq, çürümüş meyvə və tərəvəzlərə, xəstəlik və
ziyanvericilərlə yoluxmuş, gəmiricilərin, həşərat və sürfə ilə, həmçinin kəskin
kənar iylərlə, zəhərli kimyəvi maddələrlə korlanmışlara satış üçün icazə verilmir.
Meyvələrin və tərəvəzin düzgün yığılması, saxlanması üçün yaxşı şəraitin
təmin olunması, xəstəliklərin inkişaf profilaktikasında və onların olmasının
qarşısının alınmasında təsirli tədbir hesab edilir. Saxlanma zamanı elə şərait
yaratmaq lazımdır ki, tərəvəz və kartofun göyərməsinə, cücərməsinə yol
verilməsin. Bu məqsədlə, kartofun metil efirinin a-nafitilsirkə turşusu ilə emal
olunması təklif olunur ki, 1kq yumruya 50-100mq, bu da yumrunun bir il
159
müddətində göyərməsinin – çürüməsinin qarşısını alır və askorbin turşusunun
saxlanmasına köməklik edir.
Tərəvəz və meyvələrin saxlanması üçün optimal temperatura 1-2°C, nisbi
nəmlik isə 80-85% hesab olunur.
Tərəvəz və meyvələr epidemioloji cəhətdən təhlükəli ola bilər. Belə ki,
tərəvəz mədə-bağırsaq infeksiyasının və helmintozun mənbəyi hesab oluna bilər.
Sanitar normalarına görə çirkab suları ilə bostan bitkilərini suvarmaq, onları çiy
şəkildə istifadə etmək (yerkökü, xiyar, pomidor, qarpız, yemiş, çiyələk, cəfəri,
turp) qəti qadağandır. Çirkli sularla suvarmaları aparılan meyvə-giləmeyvə
bitkilərinin vegetasiya yığılması iki ay qalmış, tərəvəzdə isə 20 gün qalmış
dayandırılır. Belə tarlada becərilmiş tərəvəzin (kartof, qabaq, badımcan)
istifadəsinə isti emal aparıldıqdan sonra icazə verilir.
Bitkilərin xəstəliklərdən və ziyanvericilərdən mühafizəsində kimyəvi
vasitələrin, həmçinin mineral və digər gübrələrin istifadəsi, müasir kənd təsərrüfat
məhsulları istehsalının intensivləşdirilməsinə gətirib çıxarır. Bitkilərin mühafizə
vasitələri sanitar-baytar və sanitar-epidemioloji xidmət orqanları tərəfindən ciddi
nizama salınır və onlara nəzarət edilir. Bununla bərabər yemlərin və bir sıra bitki
və heyvan mənşəli məhsulların hazırlanmasında gigiyenik normalara riayət
olunmadıqda pestisidlərlə çirklənmə baş verir. Kənd təsərrüfatı heyvanları üçün
yemlərdə pestisidlərin yol verilə bilən normaları da hazırlanmışdır. Onların
gözlənilməsi sağlam məhsullar əldə etməyə imkan verir.
Hazırda azot gübrələrini tətbiqi ilə əlaqədar torpaqda, süxur sularında, qida
məhsullarında və yemlərdə nitratların səviyyəsinin artması məsələsi də xüsusi
diqqət cəlb edir.
|