Maya göbələklərinə gəldikdə isə, onlar bir hüceyrəli orqanizmlərdən olub,
hüceyrələrinin forması çox vaxt dairəvi, oval-yumurta formalı və ya ellipsvarı,
bəzən isə silindrik və ya limonşəkilli olurlar. Onlar bakteriyalara nisbətən iridirlər,
hüceyrələrinin ölçüsü isə 5-8-10 mk diametrində olur.
Mikroskop altında baxdıqda onların hüceyrəsinin qılaf və protoplastdan ibarət
olduğu müşahidə edilir. Maya göbələklərinin qılafının elektron mikroskopiyası
göstərir ki, qılaf iki və bəzən daha artıq təbəqədən ibarət olub, tərkibində sellüloza
vardır.Bakteriyalardan fərqli olaraq maya göbələklərində dairəvi və ya oval şəkilli,
formalaşmış nüvənin olması onları bakteriyalardan fərqləndirir. Onlarda hüceyrə
yaşlaşdıqca onun sitoplazmasında çoxlu vakuollar əmələ gəlir.
Onların çoxu tumurcuqlama, bəziləri isə hüceyrənin ikiyə bölünməsi yolu ilə
çoxalırlar. Göbələklər sporlarla da çoxala bilirlər.
Təsnifatına görə maya göbələkləri Ascomycetes sinfinin ibtidai kisəlilər –
Protascales sırasına aiddirlər və onlar sadə bölünmə və ya tumurcuqlama yolu ilə,
sporlarla çoxalan orqanizmlərdəndir.
Maya göbələklərinin ibtidai kisəlilər sırasının yalnız bir fəsiləsi məlumdur ki,
bunlar da Saccharomycetaceae adlandırılırlar. Onlar 12 cinsi əhatə edirlər və
aşağıdakılardan ibarətdirlər:
Sporlar ilə çoxalan Schizosaccharomyceslər.
İzo- və heteroqamiya yolu ilə çoxalan Zygosaccharomyceslər. Onlar
şəkər məhlulunda inkişaf edə bilirlər, qıcqırtma qabiliyyətinə malikdirlər.
Üzəri çıxıntılı qılafla örtülü, dairəvi və bəzən oval formalı sporlar əmələ
gətirən Debariomyceslər.
Vegetativ bədənləri maya hüceyrələrini xatırladan lakin mitselləri
olmayan Nadsoniyalar.
37
Kisəsində bir və ya iki spor olan, oval formalı hüceyrələri olan
Schwanniomyceteslər.
Kisə sporları dairəvi, üzəri hamar olan Torulasporalar. Hüceyrələri
Torula-nı xatırladır.
Sporları mitsel əmələgətirən Saccharomycodeslər.
Sporlarının üzərində ikiqatlı qılaf olan Saccharomycopsislər.
Sporları dairəvi formada olan, üzərləri bir qatlı qılafla örtülü
Saccharomyceslər. Onların növlərindən sənayedə geniş istifadə edilir.
Sadə bölünmə və tumurcuqlama vasitəsilə çoxalan Hansenula
göbələkləri.
Yalançı mitseliləri olan, kisə sporları limon formalı Pichia göbələkləri.
Spirt qıcqırması əmələ gətirməyən sporları limona oxşar, genişlənmiş
qılafı olan Willopsis göbələkləri.
Bunlardan əlavə mayaya oxşar və ya sporsuz göbələklər də təbiətdə geniş
yayılmişlar.
Bu göbələklər iki fəsilləyə bölünürlər ki, I fəsilə rənqli, piqment
əmələgətirənChromotorulaceae,
II
fəsilə
isə
rəngsiz
piqment
əmələ
gətirməyənTorulopsidaceae adlanır.Chromotorulaceae fəsiləsinin hüceyrələri maya
göbələklərinə bənzəyir və bunlar müxtəlif rəngli piqment əmələ gətirən cinsləri əhatə
edir.
Bütövlükdə götürdükdə maya göbələklərinin yabanı və mədəni növlərinə daha
çox təsadüf olunur. Onlar çörək bişirmədə, spirt qıcqırmasında, çaxırçılıqda, pivə
istehsalında, yem mayası istehsalında işlədilirlər. Südlü məhsullardan kefir, qımız
hazırlanmasında geniş istifadə olunurlar.
Torulopsidaceae fəsiləsi isə rəngsiz piqment əmələ gətirməyən cinsləri əhatə
edir. Onların hüceyrələri uzunsov, oval, sapşəkilli, tək-tək, yaxud da zəncir
formasında rast gəlinir.
Qeyri-müəyyən (natamam) göbələklər (Fungi imperfecti) isə təbiətdə geniş
yayılmış orqanizmlərdən olub, 25 minə qədər növü əhatə edirlər. Bunlara arakəsməli
38
mitselləri olan göbələklər daxildirlər.Onların əksər nümayəndələri cinsi prosesləri
itmiş kisəli göbələklərdir.
Bu göbələklərin təsnifatı ədəbiyyatda hələ tam dəqiqləşdirilməmişdir. Bununla
belə, bir sıra müəlliflərə, o cümlədən A.A.Potebniyə görə qeyri müəyyən göbələklər
5 sıraya bölünürlər.
Dostları ilə paylaş: |