tumurcuqlanma ilə gedən çoxalmanın olduğunu da qeyd edirlər. Aktinomisetlər
qeyri-cinsi partenogenez yolla əmələ gələn sporlarla çoxalırlar. Bakteriyalarda
sadə yolla gedən cinsi çoxalma da müəyyən edilmişdir.
Bakteriyalar təzə qidalı mühitə daxil edildikdə onlar qidalı maddələri
minimuma endirənə qədər çoxalır. Sonra isə çoxalma dayanır. Əgər çoxalma
prosesinin gedişində mühitə əlavə qidala maddələr daxil edilməzsə və əmələ gələn
ifrazat məhsulları mühitdən ayrılmazsa, buradakı kultura statik və ya dövrü kultura
adlanır. Belə kultural papulyasiyalarda çoxalma s formalı çoxalma əyrisi üzrə 4
fazada gedir: embrional inkişaf və ya laq faza, intensiv loqarifmik və ya
eksponensial faza, stasionar çoxalma və tələf olma fazaları.