MİKROORQANİZMLƏRİN FİZİOLOGİYASININ ƏSASLARI Fiziologiya mikroorqanizmlərin qidalanmasını, tənəffüsünü, inkişafını,
çoxalmasını və s. məsələləri öyrənir.
Mikroorqanizmlərin böyüməsi və çoxalması Bütün canlı orqanizmlərin əsas xüsusiyyətlərindən biri əlverişli şəraitdə
onların böyümə və çoxalmalarıdır. Böyümə fizioloji proses olub hüceyrənin
həcmcə ölçüsünün artması-böyüməsidir. Hüceyrənin böyüməsində 3 mərhələ
nəzərə çarpır: Hüceyrənin fəal böyüməsi, böyümənin zəifləməsi və tələf olma.
Böyümə prosesi çoxalma ilə nəticələnir. Bakterialar əlverişli şəraitdə çoxalır və
çoxalmaları əsasən sadə yolla hüceyrənin ikiyə bölüməsi yolu ilə olur.Adətən
balterialar 15-30 dəqiqədən bir bölünür. Bölünmə zamanı əmələ gələn arakəsmə
tədricən hüceyrəni 2 hissəyə bölür. Bakteriya bölünməzdən əvvəl onun
hüceyrəsində böyük dəyişiliklər baş verir. Əvvəlcə hüceyrənin protoplastında
nukleoproteidlər və ehtiyyat qida maddələri çoxalır. Bölünmədən əvvəl bakterial
xromosomun DNT-sinin
replikasiyası (ikiləşməsi) baş
verir. DNT-nin
replikasiyasında sonra hüceyrənin bölünməsi başlayır. Əvvəlcə 2 qatlı
sitoplazmatik membran sintez olunur, sonradan hüceyrənin daxili divarında iki
çıxıntı törəyir və bunlar sürətlə inkişaf edərək halq formasında hüceyrəni ikiyə
bölən ikiqatlı arakəsmə əmələ gıtirir və protoplat iki hissəyə bölünür, bu hissələr
bir-birindən protoplazmatik membran ilə ayrılır. Bundan sonra yeni əmələ gəlmiş
hüceyrələrin arasında hüceyrə divarı əmələ gəlir və nəticədə iki cavan hüceyrələr
bir-birindən ayrılır. Əgər əmələ gəlmiş cavan hüceyrələr morfoloji oxşardırsa, belə
bölünməyə izomorf, bir-birindən fərqli hüceyrələr əmələ gələrsə buna heteromorf
bülünmə deyilir.
39
Son zamanlar alimlər bəzi bakteriyaların maya göbələyində olduğu kimi