M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Tam sanitar təmizlənməsindən keçməli olanlar: 1. qismən sanitar təmizlənməsindən sonra radioaktiv maddə ilə zəhərlənmə səviyyəsi yol verilən
normadan (bədəndə 15 mR/saat) artıq olan şəxslər;
2. Zəhərləyici maddələrlə və onların aerozolları ilə bilavasitə təmasda olan bakterial zədə ocağında
olan bütün əhali;
3. Bakterial zədə ocağında, kimyəvi zədə ocağında və nüvə zədələnmə ocağında zərərsizləşdirmə
tədbirlərini həyata keçirən MM dəstələrinin şəxsi heyəti.
Tam sanitariya təmizlənməsi xüsusi təmizlənmə məntəqələrində, adi hamamlarda, sanitariya
buxarıcılarında düzələn stasionar və səyyar yuyunma məntəqələrində aparılır. Hər bir şəxsə 40 litr su
və 25 mq sabun sərfi nəzərdə tutulur. İnsanların tam sanitar təmizlənməsi ilə birlikdə paltar
zərərsizləşdirən stansiyalarda alt və üst paltarlar, ayaqqabılar tam dezaktivasiya edilə bilər.
Xüsusi təmizlənmə məntəqələrində nəzarət-bölüşdürmə məntəqəsi, insanların sanitar
təmizlənməsi meydançası, habelə paltar, ayaqqabı və fərdi mühafizə vasitələrinin dezaktivasiyası
meydançası düzəldilir. Hər bir sanitar təmizlənmə məntəqələrində insanlar ardıcıl dozimetrik postdan,
soyunma yerindən, duş şöbəsindən keçirlər. Yuyulduqdan sonra adamlar dozimetrik nəzarətdən keçir,
sonra geyinmə şöbəsinə buraxılır. Bütün təmizlənmə meydançaları 2 hissədən, təmiz və çirkli hissədən
ibarət olur. Səyyar yuyunma məntəqələrinin, paltar zərərsizləşdirən stansiyaların şəxsi heyəti tənəffüs
üzvlərini mühafizə edən vasitələrdə, rezin çəkmələrdə, əlcəklərdə, qoruyucu kombinzonlarda (və ya
döşlüklər) işləməlidir. Tam sanitar təmizlənmə hamamlarda, duşxanalarda, təmiz su hövzələrində və
ya xüsusi düzəldilmiş yuyunma meydançasında aparılır. Yuyunma meydançasında 3 şöbə olur:
soyunma, yuyunma, geyinmə. Lazım olarsa paltar zərərsizləşdirmə şöbəsi də düzəldilə bilər. Soyunma
şöbəsində skamyalar qoyulur. Zəhərli paltarlar rezin parçadan kisələrə yığılır. Sənədlər və qiymətli
əşyalar xüsusi yerdə saxlanılır.
Geyinmə şöbəsində skamyalar, təmiz paltar qoyulan yer olmalıdır.
Yuyunma məntəqəsinə xidmət edən heyət zəhərli paltarları, ayaqqabıları və mühafizə paltarlarını
zərərsizləşdirmə şöbəsinə aparıb təmizləndikdən sonra geyinmə şöbəsinə gətirməlidir.
Yuyunma məntəqəsində ardıcıllıqla əlləri, üzü, başı və bütün bədəni 2 dəfə sabunlayıb, isti su ilə
yuyurlar. Yuyunma 10-15 dəqiqə davam edir.
Yuyunduqdan sonra bədənin radioaktiv tozdan tam təmizlənməsini dozimetrik cihazla yoxlamaq
lazımdır. Əgər bədəndə qalmış zəhərlənmə normadan artıq olarsa, yuyunma təkrar edilməlidir. Lazım
olduqda əhali sanitariya təmizlənməsini öz evlərində də təşkil edə bilərlər.