Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə111/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   107   108   109   110   111   112   113   114   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

İlk Tibbi Yardım 
1. Suda boğulan insanı xilas edərkən ona yaxınlaşıb qoltuqaltı nahiyyədən yapışaraq arxası üstə 
çevirirlər (ağ ciyərlərə su daxil olmasın deyə). Sonra boğulan şəxsin başını sudan çıxararaq ona 
―ağızdan-buruna‖ süni tənəffüs verilir. 
2. Boğulan adam sudan çıxarıldıqdan sonra ona yardım göstərən şəxs zərərcəkəni bükülmüş 
dizüstə başı aşağı olmaqla qoyub, bir parça dəsmalla ağız boşluğu sudan, qusuntu kütləsi və yosundan 
təmizlənir. Döş qəfəsini yan tərəflərdən hər iki əl ilə ritmik sıxıb buraxmaqla traxeya və bronxlara 
dolmuş suyu çıxarırlar. Boğulan uşaq olarsa, onun hər iki ayağından tutub başı aşağı sallamaqla 
tənəfüs yollarını azad edirlər.
Əgər zərərçəkmişin huşu üstündə olarsa, islanmış paltarlar çıxarılır, zərərçəkmiş şəxs isidilir, 
ona quru paltar geyindirilir, göstəriş olduqda ürək-damar dərmanları (2ml kordiamin, 1ml 
kofeinbenzoat natri). 
Zərərçəkmiş huşsuz olarsa, ürək fəaliyyət göstərib tənəffüsü sərbəst keçirdiyi təqdirdə, xəstə 
arxası üstə uzadılıb, paltarları çıxarılır, aşağı və yuxarı ətrafları masaj edilir, həmin şəxsə naşatır spirti 
iylədilir. İmkan varsa oksigen inhalyasiyası aparılır. Vena daxilinə qlükoza məhlulu, kordiamin 
vurulur. 
Zərərçəkən terminal vəziyyətdə olarsa, paltarları çıxarılır, ya da yaxası açılır ki, döş qəfəsini 
sıxmasın. Yuxarı tənəffüs yollarının keçiriciliyi qum, su, yosunlar, qusuntu kütləsindən təmizlənir. 
Ağciyərlərə dolmuş su yuxarıda göstərilmiş üsulla xaric edilir. Dərhal eyni zamanda süni tənəffüs və 
ürəyin qapalı massajı başlanır. Ürək ağciyər fəaliyyəti bərpa olunanadək, ya da meyit əlamətləri 
meydana çıxana qədər inadla davam etdirilir. Şərait olduqda xəstə intubasiya edilir və ağciyərlərin süni 
ventilyasiyası aparılır, oksigen verilir. Tibbi məntəqəyə təxliyyə edilir. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin