Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 89
MÖVZU 43 Xüsusi təhlükəli infeksiyalar. İlk tibbi yardım Bakterioloji silah kütləvi qırğın silahlarının bir növüdür. Bu silahlar insanların, heyvanların və
bitkilərin arasında kütləvi yoluxucu xəstəliklərin yaranmasına və zəhərlənməsinə səbəb ola bilər.
Bakterioloji silaha xüsusi təhlükəli infeksiyalar aiddir. Bu təhlükəli infeksiyalara vəba, taun, sibir
yarası, tulyaremiya aiddir.
Vəba -törədicisi vəba vibrionlarıdır. Yoluxma mənbəyi xəstə insan və ya vibrion gəzdirən
adamlardır. Yoluxma su, təmas-məişət, qida və nəcis vasitəsilə də olur. İnkubasiya dövrü 1-6 gündür.
Fəlakət ərazilərində vəbanın baş verməsi və ya vəba epidemiyasının inkişafı bir sıra xüsusiyyətlərlə
əlaqədardır.
1. İnfeksiyanın yüksək kontagiozluğu və qısa inkubasion dövrün olması.
2. Ağır gedişli və yüksək letallıq.
3. Termiki işlənməmiş su və ərzaq məhsullarının yoluxma ehtimalı.
4. Ərazinin sanitar-epidemioloji vəziyyəti və əhalinin maarif mədəniyyətinin səviyyəsi.
Patogenez: vəba vibrionları insanın orqanizminə yoluxmuş su və qida ilə daxil olur. Vəba
vibrionları mədədən nazik bağırsağa keçir, orada artıb çoxalır və xolera toksini ifraz edir (xolerogen).
Möhtəviyyatla və qusuntu kütlələri ilə itirilən mayenin həcmi artır. Susuzlaşma, hipovolemiya,
metobolitik asidoz, hipoksiya, kəskin böyrək çatışmamazlığı inkişaf edir. Klinik əlaməti birinci
növbədə ishal, qusmadır. İfrazatlar düyü həlimini xatırladır. Diaqnoz: laborator müayinəyə və
bakterioloji müayinəyə əsasən qoyulur.
Sibir yarası - Kənd təsərrüfatı heyvanlarında müşahidə olunur və bu xəstəlik insanlara
heyvanlardan keçir. Sibir yarası törədicisi orqanizmə müxtəlif yollarla daxil olur: dəridən,
ağciyərlərdən və selikli qişalardan. Mikrobun daxil olma yerindən asılı olaraq xəstəliyin əsas forması
var: dəri, ağciyər, bağırsaq. Bağırsaq forma serrozlu, hemorragik, nekrotik iltihabın inkişafı il ə
xarakterizə olunur. Epidemik ocağın baş verməsi bir sıra xüsusiyyətlərlə əlaqədardır:
1.Törədici sporların xarici mühitə yüksək davamlılığı;
2.İnsanlar və heyvanların müxtəlif yoluxması;
3.Xəstələr arasında yüksək letallıq. Sibir yarasında kontagiozluq qeyd olunmayıb. Ətin tam termiki
işlənməməsində yoluxma baş verə bilər. Diaqnoz: laborator müayinəyə əsasən qoyulur. Dəri
formasında yara möhtəviyyatından, ağciyər formasında bəlğəmdən mikroskopik müayinə aparılır.