Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə32/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 28 
MÖVZU 13 
 
MÜAYĠNƏ ÜÇÜN BĠOLOJĠ MATERĠALIN GÖTÜRÜLMƏSĠ 
 
Xəstəliyə diaqnoz qoymaq üçün xəstə hərtərəfli qaydada müayinə olunmalıdır. Müayinə bir neçə 
istiqamətdə aparıla bilər:obyektiv, subyektiv, laborator, instrumental müayinələr vardır. Diaqnozun 
qoyulmasında xəstədən alınan bioloji materialların müayinəsi xüsusi əhəmiyyət kəsb edir. Lakin unutmaq 
olmaz ki, müayinənin nəticəsi bioloji materialın düzgün qaydada götürülməsindən, saxlanmasından və 
laboratoriyaya vaxtında çatdırılmasından asılıdır. Xəstədən müayinə məqsədilə qan, sidik, nəcis, mədə və 
12 barmaq bağırsaq şirəsi, selikli qişalardan yaxmalar və s götürülə bilər.
Qanın müayinəsi son dərəcə böyük diaqnostik əhəmiyətə malikdir. Qan morfoloji, biokimyəvi, 
hormonal, bakterioloji və s müayinə oluna bilər. Xəstə müayinədən əvvəl 4-6 saat ac qalmalı, siqaret və 
spirtli içki qəbul etməməli, fiziki və emosional gərginlik keçirməməlidir. Dərman və müalicəvi 
proseduralar qəbul etməməlidir. Standart müayinə üçün qan dirsək venasından 5-10 ml həcmdə götürülür.
Sidiyin müayinəsi təkcə sidik-ifrazat sisteminin deyil, bir çox digər xəstəliklərdə də böyük 
diaqnostik əhəmiyyətə malikdir (mübadilə pozğunluqları, endokrin, qaraciyər xəstəlikləri və s. ) . Sidiyin 
fiziki xassələri (rəng, şəffaflıq, xüsusi çəki), kimyəvi xüsusiyyətləri (Ph, zülal, qlükoza, keton cismləri, 
bilirubin və s), formalı elementləri (eritrosit, leykosit, epitel və silindrlər) yoxlanılır, həmçinin, 
mikrobioloji, hormonal və s məqsədlə də müayinə oluna bilər. Adətən səhər sidiyi müayinə olunur. 
Müayinədən əvvəl xarici cinsiyyət üzvləri yuyulmalıdır. Sidiyi ağzı kip bağlanan qaba yığır, 1,5-2 saat 
ərzində laboratoriyaya çatdırırlar. Mikrobioloji müayinə üçün səhər sidiyinin orta porsiyası steril qaba 
yığılmalıdır.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin