Xəstəxananın sahəsi 3 zonaya ayrılır:
1. müalicə binalarının zonası;
2. təsərrüfat;
3. yaşıl mühafizə zonası.
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
14
Xəstəxanaların tikilişində iki tərəfində, ən yaxşısı isə bir tərəfində otaqlar olan dəhliz sistemi əsas
götürülür. Dəhlizin eni ən azı 2,2 m olmalıdır. Ümumiyyətlə, xəstələrin xəstəxanada təmiz havada
olmaları üçün örtülü və açıq eyvanlar da nəzərdə tutulmalıdır.
Xəstəxananın əsas quruluş tərkibi bunlardır:qəbul şöbəsi, ixtisaslaşmış şöbələr və ya palatalar olan
stasionar, yardımçı şöbələr:aptek, mətbəx, müdiriyyət üçün lazım olan otaqlar və digər yardımçı binalar.
Müalicə müəssisələrinin rejimi
Hər bir müalicə müəssisəsində müəyyən iş rejimi olur ki, xəstələrin tez sağalması üçün ən yaxşı
şərait yaradılsın. Müalicə müəssisələrinin növündən asılı olaraq ambulatoriya və stasionar tipli rejimlər
ayırd edilir.
Həmçinin müalicə müəssisələrinin rejimi məqsədinə görə 2 qrupa ayrılır:
1. ümumi rejim;
2. müalicə rejimi.
Ümumi rejim:Müalicə müəssisələrinin ümumi rejimi aĢağıdakı elementlərdən ibarətdir:
1. sanitariya rejimi;
2. xəstələrin və tibbi heyətin şəxsi gigiyenası;
3. daxili intizam qaydaları;
4. xəstənin fərdi rejimi. Bu rejimin məqsədi xəstələri müalicə etmək, vaxtında və düzgün qidalandırmaqla
yanaşı, onlar üçün lazımi sanitar-gigiyenik şərait yaratmaqdır.
Qeyd etmək lazımdır ki, hər bir xəstəxana və ayrı-ayrı şöbələrinin öz profilinə uyğun xüsusi iş
rejimləri olur. Belə ki, uşaq xəstəxanasının rejimi böyüklər üçün olan xəstəxananın rejimindən, həmçinin
cərrahi şöbənin rejimi yoluxucu xəstəliklər şöbəsinin rejimindən fərqlənir. Eyni zamanda bir xəstəxananın
öz daxilində müxtəlif şöbələrin də rejiminin fərqli cəhətləri olur. Həmçinin hər bir xəstəyə onun
xəstəliyinə uyğun fərdi reji əyin oluna bilər.
|