Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 12 Hipokineziya az fiziki işlə məşğul olanlarda tədricən inkişaf etməyə başlayır. Birinci növbədə ürək-
damar sistemində, sonra isə bütün orqan və toxumalarda dəyişikliklər əmələ gəlir. Hipokineziya
nəticəsində mərkəzi sinir sisteminin də fəaliyyəti pozulur, tormozlanma baş verir. Skelet əzələlərinin və
ümumiyyətlə, bütün daxili orqanların əzələ tonusu zəifləyir. Orqanizmin 40%-ni əzələlər təşkil edir.
Bütün orqanların fəaliyyəti və sağlamlığı həmin əzələ qruplarının sağlamlığından daha çox asılıdır.
Hipodinamiya nəticəsində bəşəriyyət ürək-damar, tənəffüs sisteminin, maddələr mübadiləsinin
pozğunluqlarından əziyyət çəkir. Yüksək mənəviyyatın formalaşmasına imkan yaradan idman həyatını
fiziki və zehni əməksiz təsəvvür etmək olmaz. Həmçinin düzgün qida rejimi olmadan da yalnız idman və
ya hərəkətlə sağlam həyat tərzi mümkün deyildir.
Həmişə gidalanma ilə hərəkət, başqa sözlə desək, qəbul olunan kalori ilə itirilən enerji
tənzimlənməlidir. Bir ayaqla addım atmaq üçün 50-dən çox əzələ hərəkətə gəlməlidir. Yeriş zamanı
tənəffüsə xüsusi fikir vermək lazımdır. Bir qədər sürətli yeriş və ya qaçış tənəffüs sistemi üçün əvəzsiz
idmandır. Müntəzəm olaraq qaçışla məşğul olan adamın ağ ciyərlərinin həyat tutumu artır. Sağlamlaşdırıcı
yeriş fiziki fəaliyyətin elə bir növüdür ki, onunla bir yaşlı uşaqdan tutmuş yaşlı adama qədər hamı məşğul
olur. İnsan saatda 3 km sürətlə hərəkət edərsə, orqanizmdə maddələr mübadiləsi 1,5 dəfə sürətlənir. Hər
bir adam gün ərzində ən azı 5-6 km piyada getməlidir. İnsan orqanizmi üçün passivlik və birtərəfli
fəaliyyət çox qorxuludur.
Gün ərzində zehni əməkdən fiziki əməyə, işdən istirahətə keçmək lazımdır. Bir fəaliyyət növü digəri
ilə əvəz olunmalıdır. Bununla da bədənin vəziyyəti dəyişəcək, bütün orqanlar işə cəlb olunacaqdır.
Məlumdur ki, yuxu zamanı bədənin əzələləri boşalır, beyin və sinir sistemi istirahət edir, bütün
daxili orqanların işi yavaşıyır. Ona görə də səhər oyandıqda insan əzgin, süstləşmiş olur, baş beyin
tormozlanmış vəziyyətdə olduğu üçün bütün orqan və toxumaların funksiyası ləng gedir. Buna görə də
səhər gimnastikası gün ərzindəki fəal həyatın başlanğıcı olmalıdır. Səhər gimnastikasının əhəmiyyəti
ondadır ki, orqanizmin tonusunu qaldırır, sinir sistemini möhkəmləndirir. Ancaq hərəkət aktivliyi üçün
təkcə səhər gimnastikası kifayət deyildir. Hərəkət bütün gün ərzində passiv fəaliyyətlə növbələşməlidir.