Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 10 Su ilə müalicə-hidroterapiya adlanır. Su proseduraları da orqanizmin möhkəmləndirilməsi üçün ən
təsirli vasitə hesab olunur. Gigiyenik və profilaktik məqsədlə tətbiq olunan su proseduralarının təsiri
suyun temperaturuna, tərkibinə, təzyiqinə və sürətinə əsaslanır. Temperaturuna görə su proseduraları
soyuq, sərin, ilıq, isti ola bilər. Su proseduraları vannalar, duşlar, çimmək, bədənə su tökmək, yaş
dəsmalla bədəni silmək şəklində həyata keçirilir. Vannaların təsiri dəriyə temperatur, mexaniki və kimyəvi
qıcıqların təsirinə əsaslanır. Xarakterinə görə adi su ilə aparılan gigiyenik vannalar və müalicəvi vannalar
olur. Suyun tərkibinə görə şirin sulu, ətirli, dərmanlı, minerallı və qazlı vannalardan istifadə olunur. Hər
bir vannanın proseduru 15-20 dəqiqə davam edir. Duş-su proseduralarının ən əhəmiyyətlisidir. Ayrılıqda
və başqa su prosеduraları ilə kompleks şəkildə tətbiq oluna bilər. Qısa müddətli soyuq və isti duş insanı
gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, maddələr mübadiləsini sürətləndirir. Sərin və
soyuq duşdan sonra bədəni yaş dəsmalla sürtmək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Duşun
təsiri suyun temperaturuna, təzyiqinə və sürətinə əsaslanır. Formasına görə müxtəlif duş formaları
mövcuddur. Məs:iynəvari yağış duşu, Şarko duşu, yelpikvari, sirkulyar və s.
Çimmə-orqanizmi möhkəmlətmək üçün tətbiq olunan ən yayılmış vasitələrdən biridir. Açıq su
hövzələrində çimmə bədəni möhkəmləndirir, suyun bədəni termiki qıcıqlandırması ilə yanaşı, hava, günəş
şüaları və hərəkət də bədənə təsir edir. Çimmə müddəti havanın və suyun temperaturundan asılıdır. 4-5
dəqiqədən başlayaraq müddəti 20-25 dəqiqəyə qədər uzatmaq olar. Yeməkdən azı 1 saat keçdikdən sonra
çimmək olar. Bədənə su tökmə-də orqanizmi möhkəmlədən, ürək-damar sistemini tənzimləyən vasitə kimi
qiymətləndirilir. Bədənə yavaş-yavaş 2-3 vedrə su tökülür, su bədənə çiyin nahiyəsindən elə tökülməlidir
ki, həm arxa, həm də ön tərəfə tökülsün. Sonra dəri qızarana qədər cod dəsmalla sürtülməlidir.
Yuyunma və ya bədənin yaş dəsmalla silinməsi insanı gümrahlaşdıran, əzələ tonusunu artıran
proseduradır. Ev şəraitində hər səhər və hər axşam istifadə etmək faydalıdır. Suyun temperaturunu
tədricən endirməklə daha yaxşı effekt almaq olar. Bəzən yuyunma ilə yaş dəsmalla silinməni bir neçə dəfə
növbələşdirirlər. İstifadə olunan suya duz, sirkə və odekalon da vurmaq olar. Orqanizmin
möhkəmləndirilməsi ömrün sağlam keçən hissəsinin uzadılması, beləliklə də uzun ömürlülüyün təmin
olunması deməkdir. Lakin söhbət təkcə ömrü uzatmaqdan getmir, həm də həyatın gənclik dövrünü
uzatmağa çalışmaq lazımdır. Bu isə insanın malik olduğu və həyat boyu sağlam həyat tərzi əsasında
qazandığı keyfiyyətlərdən istifadə etməklə mümkündür. İnsan ömrünün son günlərinə qədər fəal, müstəqil
və yaradıcı həyat sürə bilər. Bu vasitələri isə bir sözlə, fiziki mədəniyyət adlandırmaq olar.