Profilaktik tibb iĢi əsasən aĢağıdakı istiqamətlərdə aparılmalıdır:
a) Dinamik tibbi müşahidə və nəzarət. Terapevtik və ixtisaslaşmış həkimlər tərəfindən aparılan
kompleks müayinələr və dispanser müşahidələrdir. Bu işlər poliklinikalarda, bəzən isə iri fabrik və
zavodların nəzdində fəaliyyət göstərən tibbi sanitar hissələrində tibb işçiləri tərəfindən yerinə yetirilir.
Vaxtaşırı aparılan belə müayinələr nəticəsində insanda olan müəyyən patoloji vəziyyət vaxtında aşkar
edilir və lazımi tədbirlər görülür. Əgər müəyyən xəstəlik aşkar edilərsə, xəstələr müvafiq tibbi müəssisəyə
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
8
göndərilir. Sağlam insan ildə bir dəfə belə tibbi müayinədən keçməlidir ki, buna da dispanserizasiya
deyilir. Dispanserizasiya zamanı terapevt və ixtisaslaşmış həkimlər insanı müayinə edib, müvafiq
laborator və instrumental müayinələr keçirilir və insanın sağlamlığına qiymət verilir. Müvafiq məsləhətlər
və tövsiyələr edilir. Düzgün aparılan dispanserizasiya nəticəsində xəstəliklər erkən dövrdə aşkar edilə
bilər. Xüsusilə ürək-damar xəstəlikləri, şiş xəstəlikləri və digər əhali arasında daha geniş yayılmış
xəstəliklərin diaqnostikasında dispanserizasiyanın xüsusi əhəmiyyəti vardır.
b) Profilaktik işin bir hissəsi də müxtəlif yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlərdir. Buraya
profilaktik peyvəndlər və sanitar epidemioloji tədbirlər aiddir. Bir sıra həyat ücün təhlükəli olan və tez
yayılan xəstəliklərə qarşı xüsusi profilaktik peyvəndlər aparılır. Bunun ücün Beynəlxalq Səhiyyə Təşkilatı
tərəfındən xüsusi peyvənd təqvimi tərtib olunmuşdur. Profilaktik peyvəndlərı həmin təqvimə müvafiq
olaraq tibb işciləri poliklinikalarda həyata kecirirlər. Uşaq anadan olandan bir necə gün sonra elə doğum
evində vərəm əleyhinə peyvənd aparılır. Sonra uşaq poliklinikasında peyvənd təqviminə müvafiq olaraq
profilaktik peyvəndlər yerinə yetirilir. Məsələn, vərəm, poliomielit, difteriya, göy öskürək, tetanus,
qızılca, parotit və s. xəstəliklərə qarşı profilaktik peyvəndlər olunur. Aparılan profilaktik peyvəndlər
nəticəsində bir sıra infeksion xəstəliklərin tamamilə qarşısı alınmış, bir çoxları ilə xəstələnmə halları
azalmışdır. Sanitar profilaktik işin əsas hissəsini sanitar-epidemioloji iş təşkil edir. Belə ki, infeksiyanın
yayılmasının qarşısını almaq, infeksiya ocaqlarını vaxtında aradan qaldırmaq üçün yerlərdə aparılan
sanitar-epidemioloji tədbirlər vacibdir. Bu tədbirlər ya profilaktik məqsədlə vaxtaşırı iri müəssisələrdə
dezinfeksiya işləri aparmaqla, yaşayış yerlərində, əhali çox olan yerlərdə dezinfeksiya, dezinseksiya,
deratizasiya tədbirlərini həyata keçirməklə, qəbul edilən qida maddələrinin yararlığını müəyyən etmək
üçün həkim müayinəsi (qida maddələrinin) aparmaqla və s. həyata keçirilir. Həmçinin yoluxucu xəstəlik
baş veribsə, infeksiya ocağını vaxtında məhv ermək üçün aparılır. Xəstə vaxtında təcrid edilib müalicəyə
göndərilir və həmin yer dezinfeksiya edilir və s. Belə profilaktik tədbirlər nəticəsində infeksion
xəstəliklərlə xəstələnmə halları azaldılır, onun yayılmasının qarşısı alınır.
v) Əhali arasında aparılan sanitar maarifi işinin də sağlamlığın qorunmasında rolu böyükdür. Sanitar
maarifi işini əsasən tibb işçiləri müxtəlif yollarla həyata keçirirlər. Əhali arasında müxtəlif tibbi söhbətlər
aparmaqla, radio və televiziya ilə tibbi mövzuda verilişlər təşkil edib, həkim məsləhətləri verməklə, qəzet
və jurnallarda tibbi məqalələr çap etdirməklə və s. sanitar maarifi işləri aparılır. Lakin əsasən sanitar
maarifi işini poliklinika həkimləri və tibb işçiləri əhatə etdikləri ərazidə əhali arasında, poliklinikada,
müəssisələrdə, məktəblərdə aparmalıdırlar. Bu, söhbətlər və mühazirələr şəklində təşkil olunmalı və adi
insanların başa düşəcəyi tərzdə çatdırılmalıdır. Məsələn, orta məktəb şagirdləri arasında QİÇS-in, vərəm
xəstəliyinin, hətta adi qripin yoluxma yollarını çox sadə, onların başa düşə biləcəyi tərzdə izah etmək
lazımdır. Müxtəlif plakat və təqvimlərin asılması da əhəmiyyətlidir. Həmçinin yeniyetmə dövründə bir
sıra zərərli vərdişlərə meyllik nəticəsində sağlam həyat tərzi pozulur. Ona görə də məktəb tibb işçiləri
məktəbdə müxtəlif mövzuları əhatə edən söhbətlər-seminarlar keçirməli, bəzi xüsusi təhlükəli
xəstəliklərin yayılma yolları, əsas əlamətləri haqqında onları məlumatlandırmalıdırlar. İnsanların
sağlamlıq dərəcəsini müəyyən etmək üçün təbabətdə 5 sağlamlıq qrupu qəbul edilmişdir. Bu qruplaşmaya
əsasən insanların hansı hissəsinin sağlam və ya xəstə olması, kəskin və xroniki xəstəliyi, xəstəliyin ağırlıq
dərəcəsi müəyyən edilir. İnsanın həyatının sağlam olan dövrünün daha uzun olmasında səhiyyə sisteminin
işinin düzgün qurulmasının xüsusi rolu vardır. Sanitar-profilaktik işin düzgün təşkili, sağlamlaşdırıcı
mərkəzlərin, idman obyektlərinin açılması, sanitar-kurort müalicəsinin təşkili sağlamlığın daha
uzunmüddətli olmasına xidmət edir.
|