Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 5 MÖVZU 2 SAĞLAMLIQ. RĠSK FAKTORLARI Xəstəlik və sağlamlıq orqanizmin əsas mövcudluq formalarıdır. İnsan bütün həyatı dövründə
dəfələrlə xəstələnir və sağalır. Yəni insan həyatının mövcudluğu “xəstə” və ya “sağlam»dövrlərə
bölünməlidir. “Sağlamlıq” və “xəstəlik»bir-biri ilə çox sıx bağlı olan ifadələrdir. Xəstəliyin mahiyyətini
aydınlaşdırmaq üçün ilk növbədə sağlamlığın nə olduğunu izah etmək lazımdır.
Sağlamlıq-yalnız canlı orqanizm üçün səciyyəvi olan anlayışdır. O, orqanizmin həyat və
fəaliyyətinin normal bir mərhələsini ifadə edir. “Norma” ifadəsi də mahiyyətcə sağlamlığa tam uyğun
deyil. Çünki bəzi əlamətlərinə görə normal insanlardan fərqlənən şəxslər arasında sağlam olanlar az deyil.
Təbabətdə istifadə olunan normal temperatur, arterial təzyiq, çəki, boy, qanın tərkibi, nəbzin və tənəffüsün
sayı və s. göstəricilər müxtəlif sağlam şəxslərin statistik göstəricilərinə əsasən müəyyən olunmuşdur.
Lakin norma, sağlamlıq dedikdə bütün göstəricilərin orta statistik rəqəmə uyğun gəlməsi başa düşülə
bilməz. Sağlamlıq dedikdə orqanizmin ən mükəmməl fəaliyyətinin və rahat yaşayış tərzinin mümkün
olduğu vəziyyəti nəzərdə tutulur.
Sağlamlıq anlayışı özü də nisbidir. Sağlam və xəstə şəxslərin bədən quruluşunda, toxumaların
kimyəvi tərkibində, orqan və sistemin fəaliyyətində bədənin fərdi xüsusiyyəti ilə əlaqədar fərqlər də aşkar
ola bilər. Buna görə də sağlamlıq və xəstəlik haqqında çıxarılan nəticə çox zaman şərti xarakter daşıyır.
Sağlamlığın bütün göstəricilərini qısa bir tərifə yerləşdirmək çox çətindir.
Beynəlxalq Səhiyyə Təşkilatının nizamnaməsində sağlamlığa belə tərif verilir:Sağlamlıq-yalnız
xəstəliklərin və fiziki qüsurların olmaması deyil, eyni zamanda tam fiziki, ruhi və icтimai rahatlıqdır. Bu
sağlamlıq vəziyyətinin pozulması isə xəstəliyə səbəb olur. Xəstəlik-qeyri-normal şəraitdə keçən həyatdır.
Sağlamlıq vəziyətinin xəstəliyə keçməsinə səbəb ola biləcək çoxlu miqdarda faktorlar vardır ki,
bunlara da “risk faktorları” deyilir. Sosioloqların fikrincə, insanların sağlamlığına təsir edən çoxlu
miqdarda amillər vardır ki, bunlar ictimai-iqtisadi və siyasi sistemdən asılı olmayaraq baş verir. Xəstəlik
törədici faktorlar ekzogen və endogen olmaqla 2 qrupa bölünür. Lakin bu bölgü şərti xarakter daşıyır.
Çünki endogen saydığımız faktorlar özü də xarici mühitin təsiri ilə yaranır. Müasir dövrdə texnikanın
inkişafı ilə əlaqədar biosferdə böyük dəyişikliklər baş vermişdir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə
müxtəlif sənaye tullantıları ilə ətraf mühit çirklənir və bu da sağlamlığa təsir edən əsas risk
faktorlarındandır. Müxtəlif məişət və texniki səslər insanın sağlamlığına kəskin təsir göstərir. Bütün
bunların nəticəsidir ki, ürək-damar xəstəlikləri, peşə xəstəlikləri, travmalar daha artıq faiz təşkil edir.