MÖVZU 56 ġÜA XƏSTƏLĠYĠ, SUDA BATMA, BOĞULMA, ELEKTROTRAVMA.
MÖVZU 57 ĠLDIRIMDAN NECƏ QORUNMALI?
MÖVZU 58 ONKOLOGĠYA HAQQINDA ANLAYIġ
MÖVZU 59 ĠLTĠHAB HAQQINDA ANLAYIġ
MÖVZU 60 YANIQLAR ZAMANI ĠLK TĠBBĠ YARDIM
MÖVZU 61 TERMĠNAL VƏZĠYYƏTLƏR. REANĠMASĠYA TƏDBĠRLƏRĠ
MÖVZU 62 AĞIR VƏ CAN VERƏN XƏSTƏLƏRƏ QULLUQ. MEYĠTLƏ DAVRANIġ
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
3
MÖVZU 1
SAĞLAM HƏYAT TƏRZĠNĠN
FORMALAġMASI, XƏSTƏLĠKLƏRĠN PROFĠLAKTĠKASI
Orqanizmin normal inkişafını, sağlamlığını, yüksək əmək qabiliyyətini, nəhayət, uzun ömürlülüyünü
təmin etmək üçün sağlam həyat tərzinin formalaşması vacibdir. Sağlam həyat tərzinin formalaşması
səhiyyənin ən əsas vəzifələrindən biri olub, həyatın ilk günlərindən buna fikir verilməlidir. Çünki erkən
yaşlardan uşaqda sağlam həyat tərzi formalaşmalıdır. Bu yaş dövründə əsas məsuliyyət səhiyyə işçilərinin
və valideynlərin üzərinə düşür. Yetkin dövrdən sonra isə insan özü bilavasitə özündə bu həyat tərzini
inkişaf etdirir.
Sağlam həyat tərzi dedikdə düzgün rejim və vaxtında rasional qidalanma, normal əmək və yaşayış
şəraiti, normal yuxu, idman məşğələləri və pis adətlərdən kənar olmaq nəzərdə tutulur. Alimlər belə
nəticəyə gəlmişlər ki, insan həyatı xarici və daxili amillərin mürəkkəb qarşılıqlı münasibətindən və
bunların vəhdətindən ibarətdir. İnsan özü də orqanizmə təsir edən mənfi amilləri aradan qaldırsa, ömrünün
uzanmasına və bədəninin sağlam olmasına nail ola bilər.
Sağlam həyat tərzinin tərkib hissələrindən biri düzgün və rasional qidalanmadır. Uşaq dünyaya
gəldiyi gündən onun qidalanmasına xüsusi fikir verilməlidir. Həyatın müəyyən dövrlərindən asılı olaraq
qida rasionu müəyyən edilməlidir. Rejimsiz, birtərəfli, keyfiyyətsiz qida qəbulu mədə-bağırsaq
fəaliyyətinin pozulmasına, orqanizmin zəifləməsinə və xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qidanın
zülal, yağ, karbohidratlar, minerallar və vitaminlərlə zəngin olması əsas faktordur.
Çox yemək piylənməyə, orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olur. Sağlam həyat tərzinin
formalaşmasında düzgün rejimin, fəal və passiv fəaliyyətin növbələşdirilməsinin, fiziki və zehni
fəaliyyətin bir-birini əvəz etməsinin də böyük əhəmiyyəti vardır. Əgər insan zehni işlə məşğul olursa, o,
mütləq asudə vaxtını daha çox aktiv fəaliyyətə sərf etməlidir. Yəni daha çox idmanla məşğul olmalı,
gəzməlidir. Fiziki əməklə məşğul olanlar isə asudə vaxtlarında passiv fəaliyyətə daha çox üstünlük
verməlidirlər.
İnsan ətraf mühitdən təcrid olunmuş deyildir. Həyatın çox hissəsi cəmiyyət arasında ictimai şəraitdə
keçir. Ona görə də normal əmək şəraitinin yaradılması sağlamlığın ümdə şərtlərindən biridir. Insanın
məişət şəraitinin də sağlamlıqda rolu təkzibedilməzdir. Müxtəlif məişət qayğıları, narahat yaşayış işdən
sonrakı asudə vaxtın düzgün keçirilməməsinə səbəb olur. Normal və dərin yuxunun olması da sağlamlığın
əsas şərtlərindəndir. Yuxu bütün canlılar üçün fizioloji proses olub, insanın sağlam və uzun ömürlü
olmasında mühüm əhəmiyyət kəsb edir. Yuxusuzluq insana aclıqdan da pis təsir edir. Bu yaşayış
tərzindən, sənətdən, orqanizmin ümumi vəziyyətindən və yaşdan asılıdır. Yeni doğulmuş uşaq sutkada 21
saat, 14-15 yaşlarda 9 saat, yaşlı adamlar isə 7-8 saat yatmalıdır. İdman məşğələləri sağlam həyat tərzinin
əsas tərkib hissəsidir. İdman həm sağlamlığın qorunmasında, həm də xəstəliklərin müalicəsində əsas
dərman sayıla bilər. Bədən tərbiyəsi və idmanın köməyi ilə bədən möhkəmlənir, orqanizmdə maddələr
mübadiləsi tənzimlənir. Bir sözlə, idmanla bütün orqanların normal fəaliyyətini tənzim etmək olar.
Ümumiyyətlə, idman növləri növbələşdirilməlidir. Çünki hər bir idman növü bu və ya digər orqanın
fəaliyyətinə daha çox kömək edir. Həmçinin idmanın növü əmək fəaliyyətinin növündən asılı olaraq
seçilməlidir. Ağır fiziki əməklə məşğul olan adam asudə vaxtını zehni idmana və əksinə, zehni əməklə
məşğul olan isə aktiv idmana üstünlük verməlidir. Ən yaxşı idman növü isə yerişdir. Çünki bu zaman
demək olar ki, bədəndə olan əzələlərin 80-90%-i hərəkət edir. İdman həm də insanda əhval-ruhiyyənin
yüksəlməsinə səbəb olur. Gündəlik profilaktik gimnastika, səhər qaçışı, axşam gəzintisi və s. insanın həyat
tərzinin tərkib hissəsi olmalıdır.
Pis vərdişlərdən kənar olmaq, əsasən də siqaret və alkoqollu içkilərdən çəkinmək sağlam həyat üçün
vacibdir. Bilirik ki, qəbul olunan alkoqolun əsas hissəsi qana sorularaq toxumalarda gedən bioloji
|