Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 19 MÖVZU 9 XƏSTƏXANANIN QƏBUL ġÖBƏSĠ VƏ XƏSTƏLƏRĠ QƏBULU Qəbul şöbəsi xəstəxananın əhəməyyətli müalicə-diaqnostik şöbəsidir. Xəstəxana tək korpusludursa
qəbul şöbəsi elə orada yerləşir. Çox korpuslu xəstəxanalarda qəbul şöbəsi korpuslardan birində yerləşir.
Bəzən isə hər korpusda qəbul şöbəsi təşkil olunur.
Qəbul Ģöbəsi aĢağıdakı funksiyaları yerinə yetirir: -xəstələrin qəbulu və qeydiyyatı
-xəstələrə baxış, ilkin müayinə, ekspress laborator-diaqnostika
-təxirəsalınmaz ixtisaslaşmış tibbi yardım
-tibbi sənədlərin yazılması
-xəstələrin sanitar işlənməsi və şöbələrə daşınması
Xəstəxananın qəbul şöbəsində qeydiyyat otağı, tibb bacısı postu, prosedura otaqları, həkim
kabinetləri, diaqnostika kabinetləri, ekspress laboratoriya, bir neçə sanitar qovşağı, infeksion xəstələr üçün
xüsusi bokslar, yardımçı otaqlar vəs vardır.
Tibb bacısı postu lap girişdə yerləşdirilir ki, daxil olan ağır xəstəni vəziyyətinə görə yönləndirə
bilsin. Xəstələr xəstəxanaya başqa tibb müəssisələrindən göndərişlə, təcili yardım maşını ilə və ya sərbəst
şəkildə daxil ola bilərlər. Burada onlar növbə ilə ilkin müayinə olunur, ehtiyac olarsa tibbi yardım
göstərilir, sanitar işləmədən keçirilib müvafiq şöbələrə köçürülür. Bəzən ilk yardım göstərdikdən sonra
xəstəni evə buraxırlar. İnfeksion xəstəliyə şübhə olduqda xəstə xüsusi infeksion boksda yerləşdirilir.
Xəstənin diaqnozunun dəqiqləşdirilməsi tələb olunan vəziyyətlərdə digər şöbələrdən ixtisas
həkimləri dəvət olunur.
Ağır vəziyyətdə daxil olan xəstələr isə çox vaxt qəbul şöbəsində yubadılmadan, dərhal reanimasiya
və ya cərrahiyyə şöbələrinə göndərilir.
Qəbul şöbəsinə müraciət edən hər bir xəstənin qeydiyyatı aparılır. Tibbi sənədləri tibb bacısı yazır.
O, həmçinin, həkim təyinatlarını yerinə yetirir:xəstənin temperaturunu, təzyiqini ölçür, digər proseduraları
yerinə yetirir.
Xəstəxanaya qəbul olunan xəstə üçü “xəstəlik tarixi” açılır, tibb bacısı onun titul vərəqini-pasport
hissəsini də doldurur. Sonra xəstənin sanitar işlənmədən keçirilməsini təşkil edir, şəxsi əşyalarını qəbul
edib qeyd edir, saxlama kamerasına verir və xəstənin müvafiq şöbəyə daşınmasına nəzarət edir.
Xəstəxanaların qəbul şöbəsi sutka ərzində fasiləsiz olaraq əhalitə tibbi yardım göstərir. Şöbənin
divarında iş rejimi, işçilərin iş cədvəli və xəstələr üçün maarifləndirici plakatlar asılır.