Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə25/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 22 
daşınan xəstələri aparmaq üçün qatar, təyyarə, helikopter, su nəqliyyatından istifadə olunur. Daşınma 
məsafədən asılı olaraq bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər.
Tibb işçiləri daşınmanı düzgün təşkil etməlidirlər. Bir nəqliyyatdan digərinə köçürmək, yolda 
xəstəyə lazımi tibbi yardım göstərmək, aclıq, susuzluq, soyuq və silkələnmə nəticəsində baş verə biləcək 
ağırlaşmalara qarşı əvvəlcədən hazırlıq görməlidirlər.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 23 
MÖVZU 11 
 
XƏSTƏLƏRĠN OBYEKTĠV VƏ SUBYEKTĠV MÜAYĠNƏSĠ 
 
Diaqnoz qoymaq üçün müəyyən məlumat toplamaq (müayinə zamanı xəstə ilə sorğu aparmaq), eyni 
zamanda laborator, instrumental və s. müayinələri aparmaq lazımdır.
Müalicə müəssisəsinə müraciət edən xəstə ilk növbədə obyektiv və subyektiv müayinə olunur. 
Subyektiv müayinə xəstənin özünün hiss etdiyi şikayətlərin toplusudur. Bu məlumatları toplamaq üçün 
xəstə ilə sorğu aparılır.
Sorğunu müvafiq sxem üzrə aparırlar: 
-Xəstə haqqında ümumi məlumat.
-Xəstənin şikayəti.
-Həyat anamnezi.
-Xəstəlik anamnezi-xəstəliyin tarixi.
-Ayrılıqda şikayəti olan bütün sistem və üzvlərin geniş müayinəsi.
Toplanmış məlumatı xəstəlik tarixinə qeyd edirlər.
-Ümumi məlumat-xəstənin adı, familiyası, yaşı, iş yeri, ailə vəziyyəti, yaşayış yeri.
-Xəstənin şikayəti.
-Anamnezis morbi-xəstəlik hansı əlamətlərlə başlayıb, başlanğıcı kəskin və ya yavaş olub. Mütləq 
soruşulur ki, xəstə xəstəliyini nə ilə əlaqələndirir. Hansı müayinədən keçib və hansı müalicəni alıb.
-Anamnezis vitae-uşaqlıqda və sonralar keçirdiyi xəstəliklər, mənzilməişət şəraiti, siqater çəkməsi, içki 
qəbul etməsi, aybaşının nə vaxt başlaması, əgər yaşlıdırsa kəsilməsi, vərəm və dəri-zöhrəvi xəstəliklərinin 
olub-olmaması və s. qeyd edilir.
-Status praesens-xəstənin görünüşü, vəziyyəti, bədən quruluşu və s. qeyd edilir.
Bildiyimiz kimi, obyektiv simptomlar müayinə zamanı aşkara çıxan simptomlara deyilir. Deməli 
xəstənin özü bilmədiyi, lakin real patoloji prosesi aşkar edəcək müayinə metodları obyektiv müayinə 
metodları adlanacaq.
Obyektiv müayinə müəyyən ardıcıllıqla aparılır.
BaxıĢ:Xəstənin ümumi müayinəsinin ilk etapı olub xəstədən anamnez toplanıb qurtarana qədər 
davam edir. Baxış zamanı dəri örtüklərinin rəngi (sarılıq, avazıma, göyərmə), boyun venalarının şişməsi, 
tənəffüs hərəkətlərinin sayı (artıbazalması), ödemlərin olub-olmaması kimi bir çox qiymətli simptomlar 
aşkara çıxır. Bundan başqa xəstənin şüuru və vəziyyəti də təyin olunur. Şüur aydın və ya pozulmuş olur. 
Bundan başqa stupor, sopor (dərin biganəlik), koma (huşun tam itməsi) ayırd edilir.
Baxma zamanı üzün, dəri örtüklərinin və görünən selikli qişaların rənginə dəqiq fikir verilməlidir. 
Məs:qan dövranı pozğunluqları zamanı üzün şişkin olması, akrosianoz (dodaqların, qulaqların, burunun 
ucunun göyərməsi) baş verir. Dərinin avazıması damarların spazmı, qanda dəyişikliklərin olması ilə 
əlaqədar ola bilər. Hiperemiya (qızarma) damarların genəlməsi nəticəsində meydana çıxır. Sarılıq-qanda 
bilirubinin (öd piqmenti) artması nəticəsində əmələ gəlir. Bu qara ciyərin xəstəlikləri zamanı və bəzi 
dərmanların (akrixin, karotin və s. ) qəbulu nəticəsində meydana çıxır. Bu zaman selikli qişalar sarıya 
boyanmır.
Dəridə müxtəlif səpgilərin olmasına, bəzən piqment pozğunluqlarının olmasına fikir verilir.
Vəziyyət aktiv, passiv, məcburi olur. Xəstə özünü idarə edə bilirsə, aktiv, özünü idarə edə bilməyib 
yataqdadırsa passiv, öz vəziyyətini yüngülləşdirmək üçün aldığı vəziyyətə isə məcburi vəziyyət deyilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin