Poliklinikalarin iĢi, tibb bacilarinin burada iĢ xüsusiyyəti.
Dispanserizasiya
Poliklinika-ambulator tipli müalicə müəssisələrinə aiddir. Nisbətən ixtisaslaşmış tibbi müəssisə
olub, tərkibində əsas ixtisaslar üzrə yardım göstərən həkim və kabinetlər olur. Poliklinikada xəstələri
müxtəlif ixtisasdan olan həkimlər qəbul edir. Məs., cərrah, terapevt, nevropatoloq, okulist və s. Habelə
burada laboratoriya analizləri, rentgenoloji və s müayinələr aparılır. Funksional diaqnostika, inyeksiya
otağı, fizioterapiya otağı fəaliyyət göstərir. Poliklinikanın böyüklüyündən və xidmət etdiyi əhalinin
sayından asılı olaraq daha dar ixtisaslı mütəxəsislər də olur:endokrinoloq, uroloq, ftiziatr və s.
Poliklinikaya gələ bilməyən xəstələr həkimi evə çağırır. Həkim onları müayinə edir, yardım göstərir,
məsləhət verir və müalicə yazır.
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
20
Poliklinikalar səhər saat 8-dən axşam 8-ə qədər işləyir. Poliklinikaya gələn xəstə qeydiyyat otağına
müraciət edir. İlk dəfə gələn xəstəyə burada ambulator kitabçası açılır. Təkrar gələn xəstə qeydiyyat
otağından kitabçasını götürür. Burada ona həkimin iş saatı, xəstənin növbə saatı, kabinetin nömrəsi
yazılmış talon verilir. Sahə tibb bacısı sahə həkiminə xəstələri qəbul etməkdə kömək edir, sənədləri
doldurur, xəstəni müayinə və müalicə olunması üçün başqa kabinetlərə göndərilməsi ilə əlaqədar bütün
yazı işlərini görür, növbə talonu və başqa sənədlər verir, yüksək temperaturlu və ya digər ağır xəstələrin
növbədən kənar qəbulunu təşkil edir, lazım gəldikdə xəstələrə ilk yardım göstərir və onları digər müalicə
müəssisələrinədək müşayət edir. Həkim xəstələri qəbul edənədək tibb bacısı otağın normal temperatur
rejimini təmin edir, təmizlənməsini təşkil edir. Müayinə zamanı lazım olan alətləri, dərmanları hazırlayır.
Qəbula gələn xəstələrin ambulator kitabçalarını seçib ayırır.
Poliklinika tibb bacısı həm də patronaj işi aparır. Onlar ərazidə yaşayan xəstələrin dəqiq
qeydiyyatını aparır, onların sənədlərini qaydaya salır, profilaktika işlərini vaxtlı-vaxtında aparılmasına
nəzarət edir, xəstələrin patronajını həyata keçırır, xəstələri həkimin müayinəsinə çağırır, analızlər üçün
göndəriş kağızı yazır.
Tibb bacısı müayinə işindən başqa infeksion xəstələrin və onlarla təmasda olan qohumların evində
sanitariya-profilaktika işi də aparır, onları yoluxucu xəstələrlə davranış qaydaları ilə tanış edir.
Dispanser qeydiyyatda olan xəstələrin poliklinikaya vaxtında gəlməsinə nəzarət etmək,
dispanserizasiyaya aid qeydiyyat-statistika işi aparmaq (müxtəlif qeydiyyat sənədlərinin pasport hissəsini
doldurmaq, arayış, göndəriş yazmaq və s), dispanserizasiyadan keçirilmiş xəstələrin məişət və sanitar-
gigiyenik şəraitini yoxlamaq, xəstələrlə sanitar-maarif işi aparmaq, onlara fərdi profilaktika metodlarını
öyrətmək, tuberkulin sınağı qoymaq, profilaktik peyvəndlər aparmaq da poliklinika tibb bacısının
vəzifəsidir.
Sağlam insan ildə bir dəfə tibbi müayinədən keçməlidir ki buna dispanserizasiya deyilir.
Dispanserizasiya-əhalinin sağlamlığının qorunmasına yönəlmiş tədbirlər kompleksi olub, xəstəliklərin
profilaktikasını, xroniki xəstəliklərin vaxtında aşkar olunmasını, ağırlaşmaların, əlilliyin, erkən ölümlərin
qarşısının alınmasını nəzərdə tutur. Dispanserizasiya zamanı terapevt və ixtisaslı həkimlər ərazidə yaşayan
əhalini müayinə edir, müvafiq laborator-instrumental müayinələr aparır, insanların sağlamlığına qiymət
verirlər. Düzgün aparılan dispanserizasiya bir çox xəstəlikləri erkən dövrdə aşkar etməyə kömək edir.
Xüsusilə ürək-damar xəstəlikəri, endokrinoloji, onkoloji xəstəliklər, vərəm, müxtəlif xroniki xəstəliklərin
vaxtında aşkar olunması xəstəliyin proqnozu və xəstənin həyatı baxımından çox vacibdir. Bir çox xəstələr
müvafiq dispanserlərin nəzarətinə göndərilir (vərəm, endokrinoloji, zöhrəvi, nevroloji, onkoloji dispanser
və s) . Digər xəstələr poliklinikada dispanser nəzarətə götürülür. Tibb bacısı bu xəstələrə patronaj nəzarət
edir, onların sənədlərini qaydaya salır, vaxtlı-vaxtında həkim qəbuluna dəvət edir, laborator-instrumental
müayinələr üçün göndəriş yazır. Xroniki xəstəliyi olan xəstələr tam müalicə olunub sağaldıqdan sonra
dispanser qeydiyyatdan çıxarılır.
|