STERĠLĠZASĠYA.
Dezinfeksiya patogen mikroorqanizmlərin məhvini nəzərdə tutursa, sterilizasiya göbələklər, viruslar,
sporlar da daxil olmaqla bütün növ canlıların məhv edilməsini nəzərdə tutur.
Sterilizasiya, onun profilaktikada əhəmiyyəti:Hazırda mərkəzləşmiş sterilizasiyadan istifadə olunur.
Bütün steril materiallar və xəstəxana ağları şöbəyə mərkəzi sterilizasiyadan gətirilir. Lakin buna
baxmayaraq 1 dəfə işlənib atılan materiallar daha əlverişlidir. Bəzi şeyləri isə sterilizasiya etmək lazım
gəlir. Məs:pinsetlər, sıxaclar və s.
Qabaqca sabunlu suda yuduqdan sonra kranın altında bir daha yuyur və distillə edilmiş və ya 2 dəfə
qaynadılmış suda qaynadılır. Həmin suya natrium hidrokarbonat əlavə olunur. Bunları 30 dəqiqə
arasıkəsilmədən qaynatdıqdan sonra sterilizasiya qurtarır. Kəsici alətləri soyuq üsulla sterilizasiya edirlər.
2 saat 96%-li etil spirti məhlulunda saxlayırlar. Şprislər və iynələr başqa alətlərdən ayrı qaynadılır,
həmçinin venaya istifadə olunan şpris və iynələr də ayrıca qaynadılmalıdır.
Peyvənd üçün istifadə olunan şpris və iynələr bir-birindən ayrı saxlanılır və sterilizə olunur. Şprisləri
hissələrə ayırdıqdan sonra kranın altında, sonra isə qələvi məhlulunda yuyub saxlayırlar. İynələri
mandrenlə təmizləyir, şprisdən 1%-li qələvi məhlul iynəyə vurulub yuyulur. Sonra qələvini təmizləmək
üçün su ilə yaxalayırlar. Şüşə hissələr tənzifə bükülür, iynələrə mandrenləri taxırlar. İynələri tənzif salfetə
bükürlər. Şprisləri elə qruplaşdırırlar ki, onların hissələri qarışmasın. Distillə olunmuş və ya qaynanmış
suda 45 dəqiqə qaynadılır. Növbənin axırında sterilizator isti suda yuyulur, yaxşı qurudulur.
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
18
Rezin drenajları, kateterlər, habelə rezin əlcəklər avtoklavda sterilizə olunmalıdır. Əlcəkləri 2%-li
xloramin məhlulunda 1-2 saat, süleymani məhlulunda 30 dəqiqə saxlayıb dezinfeksiya etmək olar.
Əlcəkləri geydikdən sonra steril salfetka ilə qurudurlar və spirtlə silirlər. Sintetik materiallardan
hazırlanmış borucuqları yaxşı yuduqdan sonra soyuq üsulla zərərsizləşdirirlər.
Tibb işçilərinin əllərinin işlənməsi-əlləri steril şotka ilə krandan axan ilıq suyun altında barmaqların
ucundan dirsəyə qədər sabunla yuyur, steril salfet və ya dəsmalla qurulayırlar. Biləkdən yuxarıya doğru
96%-li, yaxud 70%-li spirtdə isladılmış salfetlə işləyirlər, sonra barmaqların uclarını və arasını yodun
10%-li məhlulu ilə sürtürlər. Əlləri sadə bir üsulla-serigel adlanan xüsusi bakteriosid maddələrlə yuyurlar.
Bu dəri üzərində mikrob buraxmayan pərdə əmələ gətirir. Palata tibb bacısı iynə vurmağa hazırlaşanda
əllərini bu iki üsuldan biri ilə yuyur.
|