Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 21 MÖVZU 10 XƏSTƏLƏRĠN DAġINMASI İlk yardımın əsas vəzifələrindən biri zərərçəkənləri və ya xəstələri vaxtında və düzgün yaxınlıqdakı
tibb müəssisəsinə çatdırmaqdır. Daşınmanın növü və qaydası xəstənin vəziyyətinin ağırlığından və
zədənin lokalizasiyasından asılı olaraq seçilir. Həmçinin, xəstəyə kömək göstərənlərin sayı və fiziki gücü
də nəzərə alınır. Adətən xəstəni nəqliyyat vasitəsinə və nəqliyyatdan xəstəxananın qəbul şöbəsinə və
müalicə olunacağı şöbəyə daşıyırlar.
DaĢınmanın aĢağıdakı növləri vardır: -köməklə hərəkət
-qucaqda daşıma
-beldə daşıma
-iki şəxs tərəfindən “qıfılla” daşıma
-yarımoturaq vəziyyətdə daşıma
-xərəkdə daşıma
Tibi xərəklərin uzunluğu 221 sm, eni 55 sm-dir. Xərək iki taxta və ya metal qoldan, 4 ayaqlı polad
dirəkdən və diyircəkli ayaqlardan ibarətdir. Yatacaq yeri brezentdən və ya plastikdəndir. Xərəyin baş və
ayaq tərəfində iki toqqalı qayış vardır. Tibbi xərəklər zərərçəkənə rahatlıq verir, nəqliyyata asan qoyulur,
asan düşürülür. Xəstəni xərəkdə 2-4 nəfər daşıyır. Zədənin lokalizasiyasından asılı olaraq, xərəkdə xəstəyə
müvafiq vəziyyət verilməlidir. Ona görə də xəstəni xərəyə uzatmazdan əvvəl balış, ədyal və s istifadə edib
xərəyin səthini əlverişli vəziyyətə gətirirlər ki, xəstə yolda əziyyət çəkməsin.
Xəstəni xərəyə qoymaq üçün xərək xəstənin zədələnmiş tərəfinə yaxınlaşdırılır. Sonra iki nəfər
xəstəni qaldırır və bir nəfər xərəyi xəstənin altına itələyir. Bu vaxt zədələnmiş nahiyəyə diqqət yetirmək
lazımdır. Xəstə, adətən, arxası üstə, başı bir qədər yuxarı, əlləri yana doğru uzadılır. Baş zədələnmələrində
başla yanaşı bədənin yuxarı hissəsi də qaldırılır. Döş qəfəsi zədələnmələrində xəstə yarımoturaq
vəziyyətdə, qarın zədələnmələrində ayaqlar dizdən bükülmüş, onurğa və çanaq zədələnmələrində isə xəstə
düz, arxası üstə uzadılır.
Xəstə daşınarkən bir sıra qaydalara əməl olunmalıdır. Xərəkdə xəstənin başı irəlidə olmalı, xərək
eyni vaxtda qaldırılmalı, ehtiyatla, təkan vermədən, silkələmədən aparılmalıdır. Dağı və pilləkənləri
qalxarkən xəstənin üfüqi vəziyyəti tənzimlənməli, baş tərəfi irəlidə (yuxarı qalxan tərəfdə) olmalıdır.
Enərkən isə xəstənin ayaqları irəlidə (enən tərəfdə) olmalıdır.
Xəstə daşınmazdan əvvəl bədənin əzilmiş hissəsində sakitlik yaratmaq, ağrını azaltmaq və sümük
uclarının toxumaları zədələməsinin qarşısını almaq, travmatik şokun profilaktikası məqsədilə
immobilizasiya tətbiq edilir.
Xəstələri xəstəxanalara daşımaq üçün xüsusi sanitar maşınlardan, təcili yardım maşınlarından
istifadə edilir. Bunlar olmadıqda hər hansı bir nəqliyyatdan istifadə etmək olar. Daha uzaq məsafəyə