5. Ərzaq təhlükəsizliyi: problemlər və onun həlli yolları.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir. Sərəncamda qeyd olunur ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sektorun inkişafına yeni təkan verərək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.
Kənd təsərrüfatı əhalini ərzaq məhsulları ilə, emal sənayesini xammalla təmin etdiyindən hər bir ölkə üçün iqtisadi, sosial, siyasi əhəmiyyət kəsb edir və iqtisadiyyatın prioritet sahəsi hesab olunur. Həm də aqrar sahə bir sistem olmaq etibarilə təkcə kənd təsərrüfatı məhsullarının deyil, eyni zamanda məhsuldar qüvvələrin təkrar istehsalını və yeni istehsal münasibətlərinin təşəkkülünü təmin edir. Ölkəmizdə əhalinin 47 faizinin kənd yerlərində yaşaması və iqtisadi aktiv əhalinin 39 faizinin kənd təsərrüfatında çalışması da bu sahənin respublikamız üçün necə böyük önəm daşıdığını aydın göstərir. Məhz bunlar nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə və Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi zamanı aqrar sahə həmişə dövlətin diqqət mərkəzində olmuşdur.
Aqrar sahəyə dövlət qayğısını zəruri edən səbəblərdən biri bu sahənin əsasını təşkil edən kənd təsərrüfatının özünəməxsus xüsusiyyətlərinin olmasıdır. Belə ki, bu sahə özünün struktur-texnoloji modernləşməsi, əsas istehsal fondlarının yenilənməsi və təbii-ekoloji ehtiyatların təkrar istehsalı sürətinin aşağı olması ilə iqtisadiyyatın digər sahələrindən fərqlənir. Eyni zamanda kənd təsərrüfatı fəaliyyəti üçün ümumi əlverişsiz şəraitin, bazar infrastrukturunun lazımi səviyyədə inkişaf etməməsi, kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə, material-texniki və informasiya ehtiyatları ilə təmin olunmasının və hazır məhsul bazarına çıxışının çətin olması da sahənin inkişafına təsir göstərir. Bu səbəbdən kənd təsərrüfatı iqtisadiyyatın real sektorunun digər sahələrinə nisbətən tez-tez dəyişən iqtisadi və texnoloji şəraitə çox gec uyğunlaşır və sahənin səmərəli fəaliyyəti yalnız dövlətin aktiv dəstəyi sayəsində mümkün olur. Bu dəstək isə kənd təsərrüfatının davamlı inkişafını, məhsul istehsalçılarının gəlirlə işləməsini, geniş təkrar istehsalın təşkilini, istehlakçıların mənafelərinin müdafiə olunmasını, kənd təsərrüfatı bazarının sabitliyini, kəndlərin inkişafım və ətraf mühitin mühafizəsini təmin etmək üçün müxtəlif istiqamətlərdə göstərilir. Kənd təsərrüfatına göstərilən ümumi dəstək İqtisadi İnkişaf Əməkdaşlıq Təşkilatının metodikası ilə aqrar məhsul istehsalçıları və istehlakçılarını dəstəkləməyə, habelə ümumi tədbirlərə xərclənən vəsaitlərin cəmi kimi müəyyən edilir. Bu dəstək isə dövlətlərin ictimai-siyasi və iqtisadi vəziyyətindən asılı olaraq müxtəlif səviyyədə olur. Azərbaycanda elmi-tədqiqat işlərinin aparılması, toxum istehsalı, meliorasiya-irriqasiya sisteminin qurulması, bir çox baytarlıq və fitosanitar xidmətlərin göstərilməsi tamamilə dövlət büdcəsi xərcləri hesabına həyata keçirilir. Ölkəmizin maliyyə imkanları artdıqca aqrar sahəyə göstərilən dövlət dəstəyinin həcmi də artır və əhatə dairəsi genişlənir. Məsələn, bütün istiqamətlər üzrə kənd təsərrüfatına yönələn dövlət dəstəyinin ümumi həcmi 2007-ci ildə 328 milyon manat olmuşdusa, 2013-cü ildə bu göstərici 657 milyon manat təşkil etmişdir bu da ölkə üzrə ümumi daxili məhsulun 1,1, kənd təsərrüfatı məhsullarının ümumi dəyərinin 12,5 və bu sahədə yaranan ümumi daxili məhsulun 21,8 faizinə bərabərdir. Amma respublikamızda kənd təsərrüfatına göstərilən dövlət dəstəyi 6 ildə 2 dəfə artsa da, hələ bir çox ölkələrin səviyyəsindən geri qalır. Digər tərəfdən kənd təsərrüfatında hazırda həyata keçirilən dövlət dəstəyi mexanizminin təkmil olmaması bu sahədə sabit inkişafı təmin etmir. Bunu idxaldan asılılıq səviyyəsi yüksək olan və ən çox subsidiya ayrılan buğda istehsalma dair illik göstəricilərin təhlili də sübut edir. 2007-ci ildə Azərbaycanda 1 milyon 331 min ton buğda istehsal olunmuş və hər hektardan orta hesabla 27,3 sentner məhsul yığılmışdır. 2013-cü ildə isə 1 milyon 893 min ton məhsul istehsal olunmaqla hər hektardan məhsuldarlıq 27,5 sentner təşkil etmişdir. Hətta bəzi illərdə məhsuldarlıq xeyli aşağı olmuşdur. Bu da onu göstərir ki, kənd təsərrüfatının mövcud dəstək mexanizmi (subsidiyanın əkin sahəsinin hər hektarına görə verilməsi) bu sahənin yalnız ekstensiv inkişafını stimullaşdırmış və intensiv inkişafı təmin etməmişdir.
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin əsas amillərindəndir. Aparılan araşdırmalar göstərir ki, son illər dünyada ərzaq istehsalının illik artımının azalması tendensiyası müşahidə edilir və bu azalmanın növbəti illərdə də davara edəcəyi proqnozlaşdırılır. Hazırda qlobal istiləşmə və iqlim dəyişikliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna daha çox mənfi təsir göstərir. Kənd təsərrüfatını iqlim dəyişikliklərinə adaptasiya etmək qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və ekosistemi qorumaq baxımından vacib olmaqla yanaşı, həm də xeyli xərc tələb edir. Bütün bu faktlar onu göstərh ki, hazırda ərzaq təhlükəsizliyi probleminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir. Regionumuzda kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunan müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır.
Hər il 16 oktyabr bütün dünyada “Ümumdünya Ərzaq Günü” kimi qeyd edilir. “Ümumdünya Ərzaq Günü” 1979-cu ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) konfransında elan edilmişdir. Günün elan edilməsində əsas məqsəd əhalinin dünya ərzaq problemləri barədə məlumatlandırılması, aclıq və yoxsulluqla mübarizədə həmrəyliyin gücləndirilməsidir.
16 Oktyabr tarixi həm də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaranma günüdür. BMT-nin Baş Assambleyası 1980-ci ildə qəbul etdiyi xüsusi qətnamə ilə (№ A/RES/35/70) Ümumdünya Ərzaq Gününün hər il keçirilməsini alqışlamışdır.
Dünya əhalisinin sayının 2050-ci ildə 9 milyarda çatması gözlənilir. Hər adam üçün kifayət qədər qidanın olmasına əmin olmaq üçün ərzaq sistemlərinin vəziyyəti barədə düşünülməsinə ehtiyac vardır. Belə ki, ərzaq sistemlərinin ətraf mühitə təsirinin azaldılması zərurəti yaranmışdır, çünki bu gün ərzaq məhsullarının istehsalı nəticəsində atmosferə çoxlu miqdarda istixana qazları buraxılır, su ehtiyatlarına gərginlik yaradılır və biomüxtəlifliyə təhlükə törədilir. Ərzaq alışı seçimlərinin dünyanın başqa bölgələrində yoxsul fermerlərə necə təsir etdiyi daha dərindən dərk edilməlidir. Zəncirboyu - ərzağın nəqli, saxlanması, super marketlərdə və evdə ərzaq itkisinin qarşısının alınması yolları öyrənilməlidir.
BMT hesablamalarına görə bu gün dünyada 870 milyon insan aclıqdan əziyyət çəkir. Kifayət qədər qidalanmama cəmiyyətə çox baha başa gəlir və müxtəlif formalarda təzahür edir: dünyada beş yaşından aşağı hər dörd uşaqdan biri aclıqdan əziyyət çəkir. Bu o deməkdir ki, kifayət qədər qidalanmayan 165 milyon uşaq həyat boyu tam fiziki və əqli inkişafdan geri qalacaqdır. Təxminən 2 milyard əhali sağlam həyat üçün zəruri olan vitamin və mineral maddələrin çatışmazlığı ilə üzləşmişdir.
Dünya əhalisinin 1,4 milyard nəfəri, o cümlədən 43 milyon uşaq artıq çəkidən əziyyət çəkir. Bunlann üçdə biri piylənməyə düçar olmuş və ürək-damar xəstəlikləri, şəkərli diabet və digər sağlamlıq problemləri ilə üzləşmək riskindədir. Dünya üzrə piylənmənin göstəricisi 1980-ci ildən bu günədək iki dəfə artıb. Hər il dünyada 2,8 milyon insan artıq çəki və piylənmədən dünyasını dəyişir.
Kifayət qədər qidalanmamanın məhsuldarlığın itirilməsi və birbaşa səhiyyə xərcləri baxımından dünya iqtisadiyyatına vurduğu zərər nə az, nə çox qlobal gəlirin 5 faizi həcmində ölçülür ki, bu da illik 3,5 trilyon ABŞ dolları və ya adam başına 500 ABŞ dolları ekvivalentinə bərabərdir.
Dünyadan kifayət qədər qidalanmamanın kökünün kəsilməsi çətin məsələdir, lakin qoyulacaq investisiya özünü yüksək səviyyədə doğrultmaq gücündədir. Məsələn, FAO-nun hesablamalarına görə əgər dünya cəmiyyəti mikro qida çatışmazlığının azaldılmasına beş il müddətinə 1.2 milyard ABŞ dolları həcmində investisiya qoyarsa bunun nəticəsi daha yaxşı sağlamlıq, uşaq ölümü səviyyəsinin azalması və gələcək yüksək mənfəət olacaqdır. Bu illik qazancın 15,3 milyard ABŞ dolları səviyyəsində olmasına - mənfəət və xərclər nisbətinin demək olar ki, 13-ün 1 nisbətində olmasma gətirib çıxarması deməkdir.
Kifayət qədər qidalanmamanın əsas səbəbləri mürəkkəb olmaqla aşağıdakılardan ibarətdir:
-təhlükəsiz, müxtəlif çeşidli, qidalı ərzağın qeyri-adekvat mövcudluğu və əldə edilməsi;
- təmiz su, sanitariya və səhiyyə xidmətlərinə çıxışın çatışmazlığı;
- uşaqların düzgün qidalandırılmaması və böyüklərin qeyri-düzgün qidalanma seçimləri.
Kifayət qədər qidalanmamanın köklü səbəbləri daha mürəkkəbdir və daha geniş iqtisadi, sosial, siyasi, mədəni və fiziki ətraf mühiti əhatə edir. Bu baxımdan, kifayət qədər qidalanmama probleminin ünvanlanması kənd təsərrüfatı və ərzaq sistemində, təbii ehtiyatların idarə edilməsində, ictimai sağlamlıq və təhsildə inteqrə edilmiş fəaliyyət və əlavə müdaxilə tələb edir. Çünki zəruri fəaliyyətlər adətən bir neçə hökumət qurumlarını cəlb edir və koordinasiya edilmiş səyləri həvəsləndirmək üçün yüksək səviyyəli siyasi dəstək tələb olunur.
FAO-nun Avropa və Mərkəzi Asiya regionunda apardığı tədqiqat, 2030 və 2050- ci iilər üzrə proqnozlarının nəticəsinə əsasən qeyd olunan regionda üç əsas uzunmüddətli problem aşkar olunmuşdur.
Qidalanma vərdişlərinin dəyişməsi. 2050-ci ilə qədər olan proqnozlara əsasən Avropa və Mərkəzi Asiya regionunda aclıq səviyyəsinin azalacağı, həmçinin taxıl məhsullarının istehlakmın azalacağı, ət və süd məhsullarının istehlakmm isə artması gözlənilir. Belə qidalanma piylənmə hallarının çoxalmasına gətirib çıxaracaq və bu da ürək xəstəlikləri kimi xroniki və qeyri infeksion xəstəliklər üzrə risk faktorudur.
Regionun istehsal potensialı. Regionda taxıl bitkilərinin istehsalının hazırkı vəziyyəti və proqnoz olunan istehsalının müqayisəsi göstərir ki, taxıl bitkilərinin hal- hazırda əsas istehsalçısı olan və növbəti illərdə də bu tendensiyanı davam etdirəcək 3 subregionda-Şərqi Avropa (Ukrayna), Cənubi Qafqaz və Mərkəzi Asiya və Türkiyə - istehsal səviyyəsi potensialdan xeyli aşağı olacaqdır. Region üçün məhsuldarlığın artımı çox mühümdür, çünki məhsuldarlıqda artım fermer gəlirlərinin artımı deməkdir. Azərbaycanın da daxil olduğu Qafqaz və Orta Asiya regionunda kiçik fermer təsərrüfatlarında məhsuldarlığın artması müşahidə olunmur. Qarşıda duran əsas məsələ fermer təsərrüfatlarının inkişafına və bazarlara çıxışının təmin olunmasına dəstək verməkdir. Bəzi hallarda faktiki məhsuldarlıq potensial məhsuldarlıqdan 40% aşağıdır. Bu situasiyanın yaxşılaşdınlması kənd yoxsulluğunun qarşısını ala bilər.
Dünyada 870 milyon insan aclıqdan əziyyət çəkir. Digər bir problem dünyada milyonlarla insanın ərzağa çıxışının olmamasıdır. Ərzaq məhsullarının istehsalının artırılması vacib məsələdir, lakin tam həll yolu deyil. Dünyada artıq kifayət qədər ərzaq vardır, lakin 870 milyon insan yenə aclıqdan əziyyət çəkir. Aclığın əsas səbəbi ərzaq məhsullarına çıxışın olmamasıdır. Dünyada istehlak üçün istehsal edilən ərzağm üçdə bir hissəsi, bu da illik əsasda təxminən 1,3 milyard ton itirilir və ya tullanılır. Problemlərin qarşısını almaq üçün innovativ və dayanıqlı yanaşmaların tətbiqinə ehtiyac vardır.
Resurslardan davamlı istifadə. Əlbəttə ki, Avropa və Mərkəzi Asiya regionu ölkələri üçün əsas məsələlərdən biri uzun müddətdə ətraf mühitin mühafizəsini təmin edən davamlı kənd təsərrüfatı istehsalına nail olmaqdır. Kimyəvi və digər gübrələrdən istifadə də narahatlıq doğuran bir faktordur. 20>0-ci ilə qədər belə gübrələrdən istifadənin 20%-dək artacağı proqnozlaşdırılır. Kimyəvi gübrələrin nəzarətsiz tətbiqi yeraltı suların çirklənməsinə, ərzaq məhsullarının istehsalı və satışı sistemində təhlükəli tullantıların yığılmasına gətirib çıxara bilər. Baxmayaraq ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində onların daha çox inkişaf etmiş qonşu ölkələri ilə müqayisədə kimyəvi preparatlardan istifadə xeyli aşağı səviyyədədir, bu ölkələr su resurslarından yüksək, intensiv istifadə edirlər. Regionda olan problem su qıtlığı deyil, suyun daşınması və istifadəsində köhnəlmiş və sıradan çıxmış sistemlərin mövcudluğudur ki, bu da xeyli səviyyədə su itkisi və sudan səmərəsiz istifadə ilə nəticələnir. Bu baxımdan, su itkisinin azaldılması məqsədilə bu sistemlərin bərpası, saxlanılması və təsərrüfat səviyyəsində su idarəçiliyinin yaxşılaşdırılması regionda su stressinin azaldılması istiqamətində ilkin addım hesab olunur. Bu gün Şərqi Avropanın 12 ölkəsində, Qafqaz və Orta Asiya ölkələrində 200 min ton pestisid qalıqları mövcuddur və bu da bütün dünya üzrə pestisid qalıqlarının 40%-ni təşkil edir.
Orta Asiya və Qafqaz ölkələrində kifayət qədər qidalanmamaq riski müşahidə olunur. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq səviyyəsi isə Dünya Bankının hesablamalarına görə 30-70% təşkil edir.
Son beş il ərzində Azərbaycan neft və təbii qaz ehtiyatlarının əldə edilməsi və ixracı sayəsində misilsiz mənfəətdən bəhrələnmişdir. Demək olar ki, bütün insanların yaşayış şəraiti yaxşılaşmış, Ünvanlı Sosial Yardım isə ən yoxsul ailələri dəstəkləmək üçün istifadə edilmişdir. Yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə enmişdir, lakin bir çox ailələr gəlir əldə etməkdə və uşaqlarının əsas ehtiyaclarını təmin etməkdə hələ də •çətinliklər ilə üzləşirlər.
Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak edir, xüsusən yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: “Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir. Süd və süd məhsulla-n- nın istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarında da Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu vurğulanır: Azərbaycanda gün ərzində adambaşma orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda 3095 kilokaloridir.
Qidalanma üzrə 2-ci Beynəlxalq Konfrans 19-21 noyabr 2014-cü il tarixlərində Roma şəhərində keçirilmişdir. Konfrans 1992-ci ildə keçirilmiş əvvəlki qidalanma konfransından sonra əldə edilmiş nailiyyətləri, tərəqqini nəzərdən keçirmiş və yeni qlobal ətraf mühitdə qidalanmanın yaxşılaşdırılması üçün problemlərin həlli yolunun tapılması imkanlarını araşdırmışdır. 2-ci Konfrans kifayət qədər qidalanmamanın çoxsaylı yüklərini ünvanlamaq üçün hökumətlərin və digərlərinin bir araya gələrək və birgə çalışaraq problemlərin çözülməsi məsələlərinə baxaraq qidalanma nəticələrinin yaxşılaşdırılmasında praktiki alətlərin, qaydaların və təcrübələrin bölüşülməsi üçün forum təşkil edilməsini diqqət mərkəzinə çatdınnışdır. FAO və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş bu yüksək səviyyəli nazirlərin konfransında növbəti onilliklər üçün qidalanma ilə bağlı əsas problemlərin həlli yollarını axtarıb tapmağı qarşıya məqsəd kimi qoymuşlar.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Dünya Ərzaq Günündə aşağıdakı üç əsas çağırışları edir: 1. Sağlam qida təhsil, sağlamlıq, sanitariva və digər faktorlarla yanaşı sağlam ərzaq sistemlərinin olmasını tələb edir; 2. Sağlam ərzaq sistemləri düzgün siyasətlərin, stimulların və idarəetmənin nəticəsində təmin oluna bilər; 3. Yaxşı qidalanma sağlam qida rasionundan asılıdır.
Şəkil 3-ə baxsaq, görərik ki, Azərbaycan İpoteka Fondu üzrə borcalanların aylıq gəlirlərinə görə pay bölgüsündə əsas yeri 33,3%-lə aylıq gəlirləri 1100 manatdan çox olanlar tuturlar. İpoteka portfelində aylıq gəlirləri 700-900 manat səviyyəsində olanlar 21,6%, 500-700 manat səviyyəsində olanlar 19,4%, 900-1100 manat olanlar 15% və s. təşkil edirlər. Gənc ailə üzvlərinin əksəriyyətinin aylıq gəlirlərinin bu qeyd olunan səviyyəyə çatdırılması məsələləri də nisbətən problemli olaraq qalmaqdadır.
Azərbaycanda ipoteka mənzil kreditləşdirilməsinin sürətli inkişafını şərtləndirən bir sıra amilləri aşağıdakı kimi qeyd etmək mümkündür:
- ölkədə ipoteka mənzil kreditlərinin əlçatan və əlverişli olması adekvatlığı sistemli və kompleks araşdırılmalı, bu sahədə dövlət siyasəti mexanizmləri təkmilləşdirilməli və daha adekvat ipoteka mənzil kreditləri formalaşdırılmalıdır;
-Azərbaycanda gənc ailələrin əsas problemi - mənzilə olan tələbatın həllinin əsaslı şəkildə baxılması, bununla əlaqədar strateji vəzifələrin müəyyənləşdirilməsi və tədbirlərin görülməsi olduqca vacib qiymətləndirilir;
- ipoteka mənzil krediti mexanizminin maliyyə resurslarının gücləndirilməsi, bu proseslərin intensivliyinin artırılması məqsədi ilə dövlət proqramlarının və özəl investisiya proqramlarının reallaşdırılması mühüm zərurət kimi qalmaqdadır;
- ölkənin müvəkkil kredit təşkilatlarının - dövlət və kommersiya banklarının ipoteka mənzil kreditləşdirilməsi bazarının maliyyələşdirilməsi, bu bazarın fəallığının artırılması, ehtiyacı olan vətəndaşlara daha əlverişli və cəlbedici şərtlərlə ipoteka mənzil krediti modellərinin təqdim edilməsində rolunun gücləndirilməsi vacibliyi diqqət çəkir;
- Azərbaycanın iri şəhərlərində, o cümlədən əsas etibarı ilə Bakı və Sumqayıtda iri yaşayış massivlərinin salınmasında, ümumiyyətlə mənzil tikintisi bazarında ipoteka sistemi və ipoteka mənzil krediti mexanizmlərinin geniş tətbiqinə kompleks yanaşma təmin olunmalıdır və s.
Dostları ilə paylaş: |