Şəkil 10. Alqoritmin mikroproqram qraf-sxem təsvirinin şərti blokları
Hər bir mənsubetmə bloku mənsubetmə mikroəməliyyatının yerinə yetirilməsi üçün istifadə
edilir və hər bir mikroəməliyyatın yerinə yetirilməsi üçün isə bir idarəedici siqnal (y) hasil edilir.
Şərtin yoxlanması üçün mikroəməliyyatlar isə əməliyyat qurğusu tərəfindən hasil olunan X giriş
siqnalları ilə idarəetmə qurğusuna göndərilir. Qeyd olunanlar nəzərə alınmaqla sabit nöqtəli
toplama əməlinin alqoritminin mikroproqram qraf-sxeminin (şəkil 11) tərtib edilməsinə çalışaq.
Burada aşağıdakı şərti işarələrdən istifadə edilir:
Sign
- işarənin yoxlanması;
Sign x
- X-in işarəsinin yoxlanması;
Sign SM -SM-in işarə mərtəbəsinin yoxlanması;
Sign RG1 -registr 1-in işarə mərtəbəsinin yoxlanması;
SM:= (SM)
Ə
-cəmləyicidəki ədədin əks kodu cəmləyiciyə mənsub edilir
SM[0]
-cəmləyicinin 0-cı mərtəbəsi
SM[1]
-cəmləyicinin 1-ci mərtəbəsi
(SM)
-cəmləyicidə olan ədəd
(RG1) -registr 1-də olan ədəd
Şəkil 11. Sabit nöqtəli ədədlərin toplanması alqoritminin mikroproqram qraf-sxemi.
Dostları ilə paylaş: