Çin və onun ətrafında yazı
Çində yazı təqribən 4000 il əvvəl piktoqrafik yazı olaraq meydana çıxdı və təqribən 1800 il əvvəl tam sistemləşdi və bu gün də Çin həmin yazını işlədir (müəyyən sadələşmə və dəyişmələr təbii olmaqla)!!
Yuxarıdan aşağıya sütunlar şəklində yazılırdı. Xalq və ya küçə Çincəsi soldan sağa, şeir və elm mətnləri yuxarıdan aşağıya, həmçinin sağdan sola oxunur. Çağdaş yazı vahidləri kvadratlar içindədir. Yazı mənanı bildirən bir açar (214 açar piktoqram var) və tələffüzü bildirən bir işarə vasitəsilə həyata keçirilir. Dünyanın ən uzunömürlü sivilizasiyası olan Çin bir qədər təcrid olunmuş vəziyyətdə olmuş, İkiçayarası və Misir mədəniyyətlərindən faydalanmamış (və ya çox az faydalanmış), sivilizasiyalar estafetinə qatılmamışdır (demək olar ki). Çin yazı sistemi xalqı birləşdirən, dövləti monolit edən çox mühüm səbəblərdən biridir!
Dara (Dariuş) və Bisutin yazısı,Hindistanda bambuk lövhələr üzərində yazı və s yazı sistemlərindən söhbət açmaq mümkündür. Türkcə ilk böyük yazılı abidələr (əlifba ilə!) sayılan, Tonyukuk və Yolluq Teqin tərinidən yazılmış Orxon-Yenisey daş kitabələri Monqolustandadır.
Əlifba
Mixi yazı, Misir və Çin yazı sistemi sözləri və hecaları ifadə edə bilən işarələr üzərində qurulmuşdu. Əlifba Mixi yazıların və Misir demotik yazılarının sadələşdirilməsi prosesində ortaya çıxa bilərdi (belə bir ehtimal var). Əlifba ilə, yəni səsləri ifadə etməklə 30 ətrafında işarə-hərflə istənilən söz və fikir yazıla bilir. Finikiya əlifbası (ilk bizə məlum əlifba –təqribən BEƏ 1200) samitlərdən (səssizlərdən) ibarət idi. Onlar az sayda səslilərlə birlikdə dildə işlənilən səsləri əhatə edirlər. Sonra Arami ölkəsində (bugünkü Suriyədə) arami əlifbası meydana çıxdı (təqribən BEƏ 800). Bu, sonralar İbrani dilində Əhdi-Ətiqin (Bibliyanın birinci hissəsi-Köhnə Saziş`in) yazıldığı sağdan sola oxunan əlifba oldu. Ərəb əlifbası da eyni kökdəndir, finikiya əlifbasından törəmə sayılır. İlk ərəb yazısının 512-513-cü illərə aid olduğu güman edilir.
Oxuyan adam səssizlərin arasında uyğun səslini təsəvvür edib oxumalıdır. Sami dillərində səslilər azdır. Ona görə oxuyarkən səslini təsəvvür etmək dəhşətli dərəcədə çətin deyil. Yunanlar Arami hərflərindən öz səsli hərflərini (A-alfa, E-epsilon, O-omeqa, Y-yupsilon, sonra isə I-iota; sonuncunu özləri) düzəltdilər; 17 səssiz, 7-səsli hərf oldu. Yunanlar keramika üzərində çox yazırdılar. Yunan yazısı ilə böyük elm, fəlsəfə və ədəbiyyat meydana çıxdı. Yunan əlifbasına yaxın bir əlifba işlədən etrusk xalqının dili hələ elmə məlum deyil. Latın əlifbası b.e.ə. 3-cü əsrdə meydana çıxmışdır, onun yunan və ya etrusk əlifbası vasitəsilə yaradıldığı güman edilir. Kiril əlifbası da eynilə. Finikiyalılardan əvvəl də hansısa bir əlifbanın varlığı inkar edilmir. Hindistandakı Brahmi yazısı da əlifba üzərindədir, səsli və səssiz hərflərdən ibarətdir, soldan sağa yazılır (sanskrit və hindu yazıları bu əlifbaya əsaslanır). Bu yazının finikiya təsiri ilə yarandığını iddia edənlər var.
Dostları ilə paylaş: |