Mühazirə tarixi: Pedaqoq: Nisə Abdullayeva Tələbə



Yüklə 237,03 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.01.2022
ölçüsü237,03 Kb.
#43472
növüMühazirə
1   2   3   4   5   6
23. Azerbaycanda elmi psixologiyanin yaranmasi ve inkishafi

A.O.Makovelski  1920-ci  ildə  Azərbaycan  Dövlət  Universitetində  işə  dəvət  olunur.  O, 

1920-ci ildən 1930-cu ilə qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə ADU-

da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1931-

ci ildən 1940-cı ilədək AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə Makovelski 

yenidən  Azərbaycan  Dövlət  Universitetinə  qayıdır  və  1960-cı  ilə  qədər  məntiq-psixologiya 

kafedrasına  rəhbərlik  edir.  Makovelskinin  yüksək  ixtisaslı  psixoloq  kadrlarının  hazırlanma-

sında  əvəzsiz  xidmətləri  olmuşdur.  O,  Ə.K.Zəkuyevin  doktorluq  dissertasiyasının  rəsmi 

opponenti,  M.Məhərrəmov,  M.Abbasov,  M.Hacıyev,  İ.Seyidov  və  başqalarının  elmi  rəhbəri 

olmuşdur. 



Page 2 of 8 

BDU / Psixologiya  / 2014  

Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış, Azərbaycan şair və filosoflarının 

yaradıcılığının psixoloji təhlilini vermişdir. 

Azərbaycanda  psixologiya  elminin  inkişafında,  psixoloq  kadrlarının  hazırlanmasında 

B.B.Komarovskinin də (1899-1965) böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn Ko-

marovski  1921-1924-cü  illərdə  Azərbaycan  Dövlət  Universitetinin  aspiranturasında  oxuyur. 

1927-ci ildə pedaqogika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il o, pro-

fessor  elmi  adı  alır.  Komarovski  ilk  elmi  məqaləsini  1914-cü  ildə,  15  yaşında  yazmışdır. 

Çoxşaxəli  yaradıcılığa  malik  olan  Komarovski  «Psixologiya  cədvəlləri»  (1923),  «Uşaqlığın 

sosiologiyası» (1921), «Təkrarlama metoduna dair» (1940) və s. onlarla fundamental əsərlərin 

müəllifidir. 

Azərbaycanda psixologiya elminin digər tanınmış bir nümayəndəsi F.Ə.İbrahimbəyovdur 

(1901-1988).  O,  respublikamızda  ilk  psixologiya  laboratoriyasının  yaradıcısıdır.  Onun 

Azərbaycan  Dövlət  Universitetində  1926-1927-ci  illərdə  təşkil  etdiyi  psixologiya 

laboratoriyasında çoxsaylı, müxtəlif istiqamətli tədqiqatlar aparılmışdır. 

F.İbrahimbəyov  1927-1949-cu  illərdə  V.İ.Lenin  adına  APİ-də,  sonrakı  illərdə 

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda psixologiya kafedrasının müdiri olmuşdur. 

F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə bilinqvizm sahəsində uğurlu 

tədqiqatlar aparmışdır. Onun tədqiqatları nəinki ittifaq miqyasında, eləcə də dünyanın bir sıra 

ölkələrində rəğbətlə qarşılanmışdır. O, ana dili və rus dillərinin mənimsənilməsinin psixoloji 

əsaslarını  tədqiq  etmişdir.  Onun  bu  sahədə  apardığı  təqdiqatlarla  bağlı  Ümumittifaq  və 

Beynəlxalq  Konqreslərdə  etdiyi  çıxışlar  bir  qayda  olaraq  yüksək  dəyərləndirilmişdir.  Onun 

«İkidillilik, onun forması və fərdi fərqlərə görə təsnifatı», «Milli məktəblərdə rus dili təliminin 

psixoloji əsasları haqqında», «Nitqin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri 

təlim psixologiyası, nitq inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan hesab 

olunur. 


Azərbaycanda  yüksək  ixtisaslı  kadrların  hazırlanmasında,  psixoloji  fikrin  inkişafı  və 

təşəkkülündə Əhməd Kərədi Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci 

ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə V.İ.Lenin 

adına APİ-də dərs demiş, müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir. 1960-cı 

ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə şöbəsində çalışmışdır. 

1933-cü  ildə  V.İ.  Lenin  adına  APİ-nin  nəzdində  aspirantura  şöbəsi  açılır.  Bu  şöbənin 

yaradılmasıyla psixologiya üzrə kadr hazırlığında da bir dönüş yaranır. 

20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahələrdə olduğu kimi, psixologiyada 

da kəskin diskussiyalar, polemikalar başladı. Qeyd etmək istərdik ki, SSRİ miqyasında gedən 

proseslər eynilə Azərbaycanda da baş verirdi. Bununla bağlı F. Rüstəmov yazır: «20-ci illərin 

əvvəllərində  pedaqoji  elmdə  demokratik  fikir  güclü  idi,  əsasən  qeyri-marksist  mövqedə 

dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu  nəzəriyyələrin bir qismi Avropadan türk 

pedaqoq  və  psixoloqlarının  (X.  Fikrət,  Mühiddin,  İ.  Hikmət,  T.  Tofiq,  N.  İsmət  və  H. 

Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi isə rus pedaqoji fikrindən tərcümə edilmiş 

əsərlərdən milli pedaqoji fikrə keçirdi. 

İntellektual mübahisələr çox zaman bir-birinə qara yaxmaqla başa çatırdı. Bu proses hər 

yerdə – mərkəzdə də, yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan yanlışlıqlar 

eyni ilə Azərbaycanda da təkrar olunurdu. Moskvada A.P. Pinkeviçin, P.P. Blonskinin başına 

gətirilənlər  Bakıda  B.B.  Komarovski,  A.O.  Makovelski,  Ə.  Seyidov,  Ə.  Zəkuzadə  üçün 

təkrarlanırdı. Hədə, təhqir və yalanlara cavab vermənin fiziki cəhətdən məhvə səbəb olacağını 

dərk edən alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf məktubları yazır, düzgün 

elmi mövqelərini tənqid etmək məcburiyyətində qalırdılar». 

Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütəxəssislər arasında deyil, ixtisas 

sahibi olmayan, ancaq «əqidəli marksistlər» tərəfindən də keçirilir, təəssüf ki, çox vaxt məhz 

onlar  «haqlı»  çıxırdılar.  Tənqid  olunanlar  sırasında  adətən  həqiqi  elm  fədailəri,  görkəmli 

alimlər olurdu. 

1931-ci  ildə  F.Ə.İbrahimbəyov  testlər  metodunun  milli  psixologiyanı  öyrənmək 



Page 3 of 8 

BDU / Psixologiya  / 2014  

sahəsindəki zərərli nəticələri barədə danışmağa məcbur olur. Onun 1936-cı ildə nəşf etdirdiyi 

«Uşaqların  əqli  inkişafında  zərərli  nəzəriyyə»  adlı  məqaləsində  pedalogiyanın  metodoloji 

yararsızlığından, təhsilə, psixologiya və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu. 

30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə gənc və istedadlı alimlər gəlir. 

Onların sırasından S. Hacıyev, M. Məhərrəmov, M. Abbasov və başqaları xüsusilə seçilirdilər.  

1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu fəaliyyətə başlayır. Fərəhli 

haldır  ki,  institutun  nəzdində  pedologiya-psixologiya  kabineti  və  laboratoriyası  da  fəaliyyət 

göstərir.  Təlim-tərbiyə  prosesi  ilə  bağlı  aparılan  tədqiqatlar  psixologiya  elminin  inkişafında 

xüsusi yer tutur. İnstitutda yaradılan şöbəyə M.R. Abbasov başçılıq edir. Bu institutda müxtəlif 

dövrlərdə  F.Ə. İbrahimbəyov, A.O. Makovelski, S. Hacıyev, M. Hacıyev,  Z.M. Mehdizadə, 

Ə.K. Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov, Ə.Ə. Əlizadə və başqa 

görkəmli alimlər çalışmış, tədqiqat işləri aparmışlar. 

Hazırda  institut  Təhsil  Problemləri  İnstitutu  adı  ilə  fəaliyyət  göstərir.  İnstitutun 

psixologiya və yaş fiziologiyası şöbəsində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır. 

Respublikamızda  psixologiya  elminin  inkişafında  APRDƏİ  (hazırda  Bakı  Slavyan 

Universiteti), SSRİ-nin 50 illiyi adına APXDİ (hazırda Azərbaycan Dillər Universiteti), KDPİ 

(hazırda  Gəncə  Dövlət  Pedaqoji  Universiteti)  və  s.  təhsil  müəssisələri  də  özünəməxsus  rol 

oynamışdır. 

1946-cı ildə ÜİK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-ci tədris ilindən başlayaraq orta 

məktəblərin buraxılış siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı qərar qəbul 

olunur.  Qərara  uyğun  olaraq  1947/48-ci  tədris  ilində  Azərbaycan  Dövlət  Universitetində 

məntiq-psixologiya kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O. Makovelskiyə tapşırılır. O, 

1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir. 1960-cı ildən kafedra pedaqogika və psixologiya 

kafedrası adı ilə fəaliyyətini davam etdirir. 1960-1970-ci illərdə kafedraya M.C. Məhərrəmov, 

daha sonra professor Ə.S. Bayramov rəhbərlik edir. Hazırda kafedraya professor B.H. Əliyev 

rəhbərlik edir. 




Yüklə 237,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin