Mühazirə tarixi: Pedaqoq: Nisə Abdullayeva Tələbə



Yüklə 237,03 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix02.01.2022
ölçüsü237,03 Kb.
#43472
növüMühazirə
1   2   3   4   5   6
23. Azerbaycanda elmi psixologiyanin yaranmasi ve inkishafi

Salman oğlu Bayramovun (1930) müstəsna xidmətləri olmuşdur. Azərbaycan Dövlət Univer-


Page 5 of 8 

BDU / Psixologiya  / 2014  

sitetinin məntiq-psixologiya şöbəsini bitirdikdən sonra Ə.S. Bayramov çoxşaxəli elmi-pedaqoji 

fəaliyyətə başlayır. O, demək olar ki, Azərbaycanda psixologiya elminin bütün sahələri üzrə 

tədqiqat aparmış, elmi əsərlər yazmış, dərsliklər hazırlamışdır. O, professor Ə.Ə. Əlizadə ilə 

birlikdə  Azərbaycanda  sosial  psixologiyanın  əsasını  qoymuşdur.  Hələ  sovet  hakimiyyəti 

illərində etnopsixologiyanın «qadağan olunduğu» vaxtlarda etnopsixologiya ilə bağlı fikir və 

ideyalarını irəli sürmüş, 1996-cı ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəşr etdirmişdir. 

Ə.S.  Bayramov  Azərbaycanda  etnopsixologiyanın  yaradıcısıdır.  Onun  çoxsaylı  aspirant  və 

dissertantları da etnopsixoloji məsələlərə dair namizədlik dissertasiyası müdafiə etmişdir. 

1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III-IV sinif 

şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik, 1967-ci ildə isə «Kiçik məktəbyaşlı 

şagirdlərdə  əqli  keyfiyyətlərin  inkişaf  dinamikası»  mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə etmişdir. 

O,  1974-cü  ildən  SSRİ  Psixologiya  Cəmiyyəti  Azərbaycan  şöbəsinın  sədri  olmuşdur. 

Ə.S.Bayramov 1971-97-ci illərdə BDU-nun pedaqogika və psixologiya kafedrasına rəhbərlik 

etmişdir.  Uzun  illər  psixologiya  üzrə  ixtisaslaşdırılmış  müdafiə  şurasının  sədri  kimi 

respublikada yüksək ixtisaslı psixoloq kadrların hazırlanmasına rəhbərlik etmişdir. 

Hazırda  Bakı  Dövlət  Universiteti  psixologiya  kafedrasının  professoru,  Azərbaycan 

Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyası  Ekspert  Şurasının  üzvü  kimi 

Azərbaycan psixologiya elminin inkişafına xidmət göstərir. 

Respublikamızın görkəmli alimlərindən biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

ümumi  psixologiya  kafedrasının  müdiri,  professor  Əbdül  Əli  oğlu  Əlizadə  (1932) 

Azərbaycanda psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş psixoloqlardandır. 

Ə.Əlizadə 1950-55-ci illərdə Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya şöbəsində 

təhsil almışdır. 1956-cı ildə ilk elmi məqaləsi çap olunur. 1957-ci ildə «Azərbaycan məktəbi» 

jurnalında işə başlayır. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına 

daxil olur. Sonrakı fəaliyyəti bu institutla bağlıdır. 

1962-ci  ildə  «Şagirdlərin  yaradıcı  təxəyyül  fəaliyyətində  analiz  və  sintez  proseslərinin 

xüsusiyyətləri» mövzusunda namizədlik, 1975-ci ildə isə «Cinsi dimorfizm və şəxsi qarşılıqlı 

münasibətlərin  formalaşmasının  psixoloji  problemləri»  mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə edir. 

1976-cı  ildən  bu  günədək  Ə.Ə.Əlizadə  ADPU-nun  ümumi  psixologiya  kafedrasının 

müdiridir. 

Ə.Ə.Əlizadənin  fəaliyyətində  dərsliklərin  hazırlanması  xüsusi  yer  tutur.  O,  hələ  60-cı 

illərdən dərsliklərin hazırlanmasında yaxından iştirak edir. Professor Y.Ş.Kərimovla birlikdə 

hazırladığı «İlk addımlar» dərs vəsaiti özünün psixoloji məzmununa görə diqqəti cəlb edir.  

1964-cü  ildə  nəşr  olunmuş  «Psixologiya»  dərsliyinin  müəlliflərindən  biri  də  professor 

Ə.Ə.Əlizadədir.  Professor  Ə.Ə.Əlizadə  professor  Ə.S.Bayramovla  birlikdə  çox  səmərəli 

fəaliyyət  göstərmiş,  Azərbaycan  psixologiya  elminin  inkişafına  önəmli  xidmət  etmişlər. 

«Psixologiya» (1989), «Sosial psixologiyanun aktual məsələləri» (1986), «Sosial psixologiya» 

(1976), «Sosial psixologiya» (2003) və digər əsərlər onların birgə fəaliyyətinin məhsuludur. 

Ə.Ə.Əlizadənin  yaradıcılığında  ailə  tərbiyəsi,  ailə  problemləri  daha  dolğun  şəkildə 

araşdırılmışdır.    Professor  A.N.Abbasovla  birlikdə  hazırladıqları  «Ailə»  dərsliyi  pedaqoji 

ictimaiyyət tərəfindən müstəsna xidməti olan əsər kimi qəbul olundu. 

Ə.Ə.Əlizadənin  psixoloq  kadrlarının  hazırlanmasında  da  əvəzsiz  rolu  olmuşdur.  Onun 

aspirant və dissertantları müxtəlif istiqamətli mövzularda namizədlik dissertasiyaları müdafiə 

etmişlər. Professor Ə.Ə.Əlizadə indi də fəaliyyətini uğurla davam etdirir. 

80-ci  illərin  ortalarından  başlayaraq  SSRİ-də  psixologiyanın  praktik  istiqamətdə 

inkişafına  xüsusi  yer  ayrıldı.  Təbii  ki,  Azərbaycanda  da  bu  istiqamətə  diqqət  yetirilməyə 

başlandı.  80-ci  illərin  sonuna  yaxın  məktəbə  psixoloji  xidmət  sahəsində  fəaliyyətə  başlandı. 

Aydındır ki, fəaliyyət üçün ixtisaslı psixoloq kadrlarına ehtiyac yarandı. İlk dövrlər problem 

işləyən  müəllimlərin  ixtisasdəyişməsi  yolu  ilə  həll  olundu.  Respublikamız  müstəqillik 

qazandıqdan sonra yüksək ixtisaslı psixoloq kadrlarının hazırlanması zərurəti yarandı. 




Page 6 of 8 

BDU / Psixologiya  / 2014  

90-cı  illərin  əvvəllərindən  başlayaraq  Bakı  Dövlət  Universitetində,  Azərbaycan  Dövlət 

Pedaqoji  Universitetində,  Bakı  Ali  Pedaqoji  Qızlar  Seminariyasında  (hazırda  Bakı  Qızlar 

Universiteti)  psixologiya  fakültələri  fəaliyyətə  başladı.  Görülmüş  işlər  tədricən  öz  bəhrəsini 

verməyə başladı. 

İndi Azərbaycanda həm elmi psixologiya, həm də praktik psixologiya özünün inkişafının 

yeni bir mərhələsinə qədəm qoyur. 

20  ildən  artıq  bir  müddətdə  Azərbaycanda  psixologiya  üzrə  doktorluq  dissertasiyası 

müdafiə olunmadı. 1996-cı ildə Ərəstun Təriş oğlu Baxşəliyev «XX əsrdə Azərbaycanda psi-

xoloji  fikrin  inkişafı»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etdi.  Azərbaycanda 

psixologiya tarixi üzrə görkəmli mütəxəssis Ə.Baxşəliyev 1973-cü ildə «Sovet Azərbaycanında 

psixologiyanın inkişaf tarixindən» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.  

Ə.Baxşəliyev xüsusilə Azərbaycanda elmi psixologiyanın təşəkkül tapmasından sonrakı 

dövrün öyrənilməsinə diqqət yetirmiş, təhlillər aparmışdır. O hazırda ADPU-da yaş və pedaqoji 

psixologiya kafedrasına rəhbərlik edir. 

Respublikamızın  müstəqillik  qazanmasıyla  digər  sahələrdə  olduğu  kimi,  elm  və  təhsil 

sahəsində  də  islahatlar  aparılması  zərurəti  yarandı.  Bu  isə  psixologiya  elmində  də  yeni 

istiqamətli, praktik əhəmiyyət kəsb edən problemləri aktuallaşdırdı. Bu istiqamətdə ilk addım 

atan psixoloqların sırasında ilk növbədə professor Səməd İsmayıl oğlu Seyidovun adını qeyd 

etmək lazımdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirən 

S.Seyidov 1989-cu ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyası müdafiə edir.  

Hazırda Azərbaycan Dillər Universitetinin rektorudur. 

S.İ.Seyidov təşkilati, ictimai işlərlə yanaşı, Azərbaycan Respublikası üçün yeni bir sahə 

olan menecment psixologiyası üzrə aparılan ciddi tədqiqatların müəllifidir. Bununla yanaşı, o, 

kadr  hazırlığı  sahəsinə  də  önəmli  yer  verir.  Onun  rəhbərliyi  ilə  namizədlik  dissertasiyası 

müdafiə edən gənc alimlər də tədqiqatlarında daha çox menecment psixologiyası kimi vacib bir 

sahəyə diqqət yetirirlər. 

Azərbaycan  psixologiya  elminin  80-ci  illərdən  sonrakı  inkişafında  Azərbaycan  Milli 

Elmlər Akademiyasının müxbir üzvü, professor  Bəxtiyar Həmzə oğlu Əliyevin özünəməxsus 

yeri və rolu vardır. O, Moskva Dövlət Universitetini bitirmiş azsaylı, yüksək ixtisaslı, peşəkar 

psixoloqlardandır.  O,  ilk  növbədə,  rus  psixologiya  elminin  nailiyyətlərinə  istinad  etməklə 

Azərbaycanda  da  yeni  istiqamətli  tədqiqatların  aparılmasını  zəruri  hesab  edən  və  bu  yöndə 

əməli  fəaliyyət  göstərən  psixoloqlardandır.  1983-cü  ildə  MDU-nu  bitirdikdən  sonra 

Azərbaycan  Dövlət  Universitetində  əmək  fəaliyyətinə  başlamış,  1989-cu  ildə  namizədlik 

dissertasiyası müdafiə etmişdir. 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra 

daha ciddi şəkildə Azərbaycan psixologiya elminin inkişafına səy göstərmişdir. 

B.H.Əliyev Azərbaycan elmi psixologiyası üçün çox əhəmiyyətli olan, lakin nisbətən az 

işlənmiş sosial psixologiya üzrə tədqiqatların aparılmasına, monoqrafiya və kitabların çap olun-

masına  çalışır  və  bu  sahədə  Azərbaycan  elminə  nailiyyətlər  qazandırır.  Onun  hüquq 

psixologiyası sahəsindəki tədqiqatları xüsusilə əhəmiyyətlidir. 

B.H.Əliyev onlarla aspirant və dissertanta rəhbərlik etmişdir. 2005-ci ilin iyun ayında isə 

B.H.Əliyevin  rəhbərliyilə  G.K.Məmmədova  «Psixologiya  və  bədii  ədəbiyyatda  şəxsiyyətin 

tipologiyası problemi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.  

B.H.Əliyev  eyni  zamanda  1999-cu  ildən  nəşr  olunan  «Psixologiya  jurnalı»nın  baş 

redaktoru, Bakı Dövlət Universitetinin nəzdindəki psixologiya üzrə dissertasiya şurasının sədri, 

psixologiya kafedrasının müdiridir. 

2003-cü  ildə  Azərbaycan  psixologiya  elmində  az  işlənmiş  bir  sahə  üzrə  –  dərinlik 

psixologiyası  üzrə  doktorluq  dissertasiyası  müdafiə  edən  İ.M.  Novruzlu  həm  özünün 

yaradıcılığında,  həm  də  Azərbaycan  psixologiya  elmində  uzun  illər  qadağan  olunmuş 

psixoanalizin  yenidən  tədqiqat  obyektinə  çevrilməsində  mühüm  addım  atdı.  1979-cu  ildə 

Tbilisi  şəhərində  «Sözdüzəldici  prosesin  psixoloji  əsasları»  mövzusunda  namizədlik 

dissertasiyası  müdafiə  etdikdən  sonra  nitq  inkişafı,  rus  dilinin  mənimsənilməsi  sahəsində 

maraqlı tədqiqatlar aparmışdır. 




Page 7 of 8 

BDU / Psixologiya  / 2014  

Azərbaycan psixologiya elminin inkişafında Təhsil  Prblemləri İnstitutu Psixologiya və 

yaş  fiziologiyası  şöbəsinin  müdiri  Ramiz  İbrahim  oğlu  Əliyevin  özünəməxsus  rolu  vardır. 

R.Əliyev 1985-ci ildə Kiyev şəhərində «Kiçik məktəbli şəxsiyyətinin formalaşmasında ictimai 

fəallığın  rolu»  mövzusunda  namizədlik,  2004-cü  ildə  BDU-da  «Şagird  şəxsiyyətinin 

formalaşmasının etnopsixoloji əsasları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 

Pedaqoji  psixologiya  və  etnopsixologiya  üzrə  tədqiqatlar  aparır.  «Şagird  şəxsiyyətinin 

formalaşmasında  milli  xüsusiyyətlərin  nəzərə  alınması»  (1995),  «Şəxsiyyət  və  onun 

formalaşmasının 

etnopsixoloji əsasları» (2000) adlı monoqrafiyaları,  Psixologiya (2003), «Psixologiya tarixi» 

(2006)  dərs  vəsaitləri  çap  olunmuşdur.  O,  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali 

Attestasiya Komissiyası Ekspert Şurasının üzvüdür. 

Azərbaycan psixologiya elminin inkişafında M.Ş. Əbdülov, R.M. Rəsulov, C.A. Təhmasib, 

T.Ə. Mustafayev, A.U. Məmmədov və başqaları mühüm rol oynamışlar. T.Ə. Mustafayev ədəbi 

yaradıcılıq, M.Ş. Əbdülov nitq inkişafı, R.M. Rəsulov ikidilliliyin psixoloji xüsusiyyətləri, A.U. 

Məmmədov hafizə, təlim fəaliyyəti sahəsində tədqiqatlar aparmış, əsərlər çap etdirmişlər. 

Azərbaycan  psixologiya  elminin  inkişafında  Z.M.  Mehdizadə,  İ.Ə.  Seyidov  və  Q.E. 

Əziomvun xüsusi rolu olmuºdur.  


Yüklə 237,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin