Mühazirə tarixi: Pedaqoq: Nisə Abdullayeva Tələbə



Yüklə 237,03 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix02.01.2022
ölçüsü237,03 Kb.
#43472
növüMühazirə
1   2   3   4   5   6
23. Azerbaycanda elmi psixologiyanin yaranmasi ve inkishafi

M.C.  Məhərrəmov  (1909-1970)  həm  psixoloq  kadrlarının  hazırlanmasında,  həm  də 

psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. 

O,  1931-1935-ci  illərdə  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  pedaqoji-psixoloji 

fakültəsini bitirmişdir. 1944-cü ildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonuna-

dək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 

1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazır. 

1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir 

hadisə idi. 

50-ci  illərdən  başlayaraq  Azərbaycanda  psixologiya  elminin  yeni  bir  inkişaf  mərhələsi 

başlayır. Bu dövrdə A.K. Abdullayev, Ş.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əliza-

də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fakültəsində təhsil almışdır. 

İ.Ə. Seyidov, K.S. Əbilov, M.S. Nəcəfov, M.Ə. Həmzəyev, M.M. Hacıyev 50-ci illərdə 

namizədlik dissertasiyaları müdafiə edirlər. 

1963-64-cü tədris ilində V.İ. Lenin adına APİ-də psixologiya kafedrası yenidən müstəqil 

fəaliyyətə başlayır. 1963-1975-ci illərdə kafedraya  görkəmli psixoloq Ş.S. Ağayev rəhbərlik 

edir.  


Ş.S. Ağayev 1954-cü ildə «Fikri məqsədin xarakterindən asılı olaraq görmə qavrayışının 

dinamikası» mövzusunda namizədlik, 1967-ci ildə isə «Əmək, tərbiyə və inkişaf» mövzusunda 

doktorluq dissertasiyası müdafiə etmişdir. Şəxsiyyət psixologiyası, təlim psixologiyası, tərbiyə 

psixologiyası  və  s.  sahələr  üzrə  tədqiqatlar  aparmış,  dərsliklərin  hazırlanmasında,  kadrların 

yetişməsində  önəmli  rol  oynamış  professor  Ş.S.  Ağayev  müəyyən  müddət  V.İ.  Lenin  adına 

APİ-nin rektoru olmuşdur. 

1960-70-ci illərdə sovet psixologiya elmində bir inkişaf mərhələsi başladı. Psixologiyanın 

müxtəlif sahələri üzrə tədqiqatlar genişləndi.  

Gənc  və  istedadlı  psixoloqlar  Ə.S.  Bayramov,  T.Ə.  Mustafayev,  C.A.  Təhmasib,  İ.A. 

Fərəcov,  A.U.  Məmmədov,  Q.E.  Əzimov,  R.M.  Rəsulov,  M.Ş.  Əbdülov  və  başqaları 




Page 4 of 8 

BDU / Psixologiya  / 2014  

namizədlik dissertasiyaları müdafiə etdilər. Bu dissertasiyalar psixologiyanın bir çox sahələrini 

əhatə etsə də əsas diqqət yaş və pedaqoji psixologiyaya yönəldilmişdi. 

60-cı  illərin  sonu  –  70-ci  illərin  əvvəlləri  Azərbaycan  psixologiya  elmi  üçün  daha 

məhsuldar olmuşdur. Ə.S. Bayramov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əli-

zadə  müxtəlif  mövzularda  doktorluq  dissertasiyaları  müdafiə  etmişlər.  Bundan  sonra  20  il 

müddətində Azərbaycanda psixologiya üzrə doktorluq dissertasiyaları müdafiə olunmamışdır. 

Yalnız  90-cı  illərin  ortalarından  başlayaraq  yenidən  respublikada  doktorluq  dissertasiyaları 

müdafiə  olunmağa  başladı.  Ə.T.  Baxşəliyev,  S.İ.  Seyidov,  B.H.  Əliyev,  İ.M.  Novruzlu, 

R.İ.Əliyev, G.K.Məmmədova, İ.Ə.Məmmədova doktorluq dissertasiyaları müdafiə etdilər. 

Azərbaycanda psixologiya elminin inkişafında 1947-48-ci tədris ilindən 1954-55-ci tədris 

ilinədək Azərbaycan Dövlət Universitetində təşkil olunmuş məntiq-psixologiya şöbəsinin müs-

təsna rolu olmuşdur. Bu müddət ərzində 150-dən artıq yüksək ixtisaslı psixoloq kadrı oranın 

məzunu olmuşdur. Onların sırasından Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə. Qədirov, M.S. Nə-

cəfov,  Q.E.  Əzimov,  M.Ş.  Əbilov  kimi  tanınmış  alimlər  çıxmışlar.  Məhz  onların  sayəsində 

Azərbaycan psixologiya elmi mühüm inkişaf yolu keçmişdir. 

1947-52-ci  illərdə  Azərbaycan  Dövlət  Universitetinin  məntiq-psixologiya  şöbəsini 

bitirənlərdən biri də professor Ələddin Əhməd oğlu Qədirov (1929-2003) olmuşdur. Ə.Qədirov 

1963-2001-ci  illər  ərzində  Gəncə  Dövlət  Pedaqoji  İnstitutunda  dosent,  kafedra  müdiri, 

prorektor, rektor vəzifələrində çalışmışdır.  

Ə. Qədirov 2001-2003-cü illərdə Təhsil Problemləri İnstitutunda aparıcı elmi işçi kimi 

fəaliyyət göstərmişdir. 

O, 1961-ci ildə «Kiçik məktəbyaşlı uşaqlarda mücərrəd təfəkkürün inkişafı» mövzusunda 

namizədlik, 1974-cü ildə isə «Kiçikyaşlı məktəblilərdə mücərrədləşdirmənin inkişafı» mövzu-

sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.Qədirov təlim-tərbiyə psixologiyasına dair 

çoxsaylı  əsərlərin  müəllifidir.  2003-cü  ildə  nəşr  etdirdiyi  «Yaş  psixologiyası»  dərsliyi  isə 

ümumən Azərbaycan psixologiya elminin nailiyyətlərindən hesab olunur. 

Azərbaycan psixologiya elminin inkişafında əvəzsiz xidmətləri olan alimlərdən biri də 

professor  Muxtar  Əliş  oğlu  Həmzəyevdir  (1929).  O,  1952-ci  ildə  Azərbaycan  Pedaqoji 

İnstitutunu bitirmişdir. 1956-cı ildə «İbtidai məktəbin II sinif şagirdlərində samitlər üzrə düzgün 

yazı  vərdişlərinin  təşəkkül  etməsi  və  inkişafının  psixoloji  xüsusiyyətləri»  mövzusunda  na-

mizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Bundan  sonra  M.Həmzəyevin  təlim-tərbiyə 

məsələləri ilə bağlı əsərləri nəşr olunur. «Ailədə uşaqların oyunlarına rəhbərlik» (1965), «Yazı 

təliminin  bəzi  məsələləri»  (1961),  «Şagirdlərin  düzgün  yazı  vərdişlərinə  yiyələnmə 

xüsusiyyətləri»  (1984)  və  onlarla  digər  kitablar  M.Həmzəyevin  qələminin  məhsulu  olsa  da, 

ümumən  Azərbaycan  psixologiya  elminin  nailiyyətləri  hesab  edilir.  Onun  «Pedaqoji 

psixologiya»  (1991),  «Yaş  və  pedaqoji  psixologiyanın  əsasları»  (2000-2003)  və  digər 

dərslikləri geniş istifadə olunan uğurlu dərsliklərdəndir. O, uzun müddət I sinif şagirdləri üçün 

«Ana dili» dərsliyinin müəlliflərindən biri olmuşdur. 

M. Həmzəyevin fəaliyyətinin uzun və məhsuldar bir dövrü Azərbaycan Elmi-Tədqiqat 

Pedaqoji Elmlər İnstitutu ilə bağlı olmuşdur. O, 1956-74-cü illərdə baş  elmi işçi, şöbə müdiri

psixologiya laboratoriyasının müdiri işləmişdir. 1974-77-ci illərdə Azərbaycan Dövlət Bədən 

Tərbiyəsi İns- titutunda kafedra müdiri olmuşdur.  

1978-ci ildən M.Həmzəyevin elmi fəaliyyəti Azərbaycan Dövlət Dillər İnstitutu, indiki 

Dillər  Universiteti  ilə  bağlanır.  O,  hazırda  Azərbaycan  Dillər  Universitetində  psixologiya 

kafedrasının müdiri vəzifəsində çalışır. 

M.Həmzəyev  1969-cu  ildə  «Azərbaycan  dili  orfoqrafiya  və  durğu  işarələrinin 

mənimsənilməsi psixologiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 

Respublikada elmi kadrların hazırlanmasında da M.Həmzəyevin müstəsna rolu olmuşdur. 

Onun rəhbərliyi ilə onlarla aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. 

Uzun müddət AAK Ekspert Şurasının üzvü olmuşdur. 

Azərbaycan  psixologiya  elminin  inkişafında  əməkdar  elm  xadimi,  professor  Əkbər 


Yüklə 237,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin