8 of
8
BDU / Psixologiya / 2014
Professor B.H. Əliyev sosial psixologiyanın aktual problemləri, hüquq psixologiyası,
professor S.İ.Seyidov menecment psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləşdir-
mişlər.
Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarışlar davam etdirilir, gənc və perspektivli
alimlər bu tədqiqatlara cəlb edilir.
Hələ həllini gözləyən çoxsaylı problemlər vardır ki, onların araşdırılması da zəruridir.
Bunlar hərbi psixologiya, iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə edir.
Hesab edirik ki, dünya psixologiya elminin öyrənilməsi sahəsindəki imkanlar Azərbaycan
psixologiya elminin inkişafına əsaslı təsir göstərəcəkdir.
Azərbaycanda psixoloji fikrin, elmi psixologiyanın inkişaf tarixinin öyrənilməsi həm də
xalqın həyat yolunun, ictimai-tarixi proseslərin, düşüncə və təfəkkür tərzinin inkişafı və
formalaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar isə milli şüurun,
milli özünüdərkin formalaşması deməkdir.
Hələ vaxtilə Sokrat deyərdi: «Özünü dərk et!» Milli inkişaf isə özünüdərkdən keçir.