Şəkil 6.2. Standart konus vasitəsilə beton qarışığının axarlığının təyini:
a konusun ümumi görünüşü; beton qarışığı: b bərk;
c az axarlı; ç axarlı; d çox axarlı və duru
Konusun çökməsindən asılı olaraq beton qarışığının aşağıdakı növləri vardır: az axarlı (konusun çökməsi 14 sm), axarlı (511 sm), çox axarlı 1219 sm) və duru (20 sm-dən çox). Beton qarışığında suyun miqdarı az olduqda konusun çökməsi sıfır olur, yəni beton qarışığı çökmür. Bu cür qarışığa bərk beton qarışığı deyilir.
İri doldurucunun ən böyük iriliyi 40 mm-ə qədər olduqda beton qarışığının bərkliyini təyin etmək üçün xüsusi cihazdan istifadə edilir (şəkil 6.3).
Şəkil 6.3. Beton qarışığının bərkliyini təyin etmək üçün standart cihaz:
1 qəlib; 2 konusu bərkitmək üçün dayaqlar; 3 konus; 4 qıf;
5 ştanq; 6 istiqamətləndirici; 7 oymaq; 8 lövhə; 9 ştativ; 10 sıxac
Cihaz vibrasiya stolunun üstünə qoyulur və ona möhkəm bərkidilir. Sonra silindrik qabın içərisinə standart kəsik konus qoyulur və dayaqlar vasitəsilə qaba bərkidilir. Konusa qıf taxıldıqdan sonra onu üç dəfəyə beton qarışığı ilə doldurur və hər beton qarışığı təbəqəsini metal çubuqla 25 dəfə süngüləyirlər. Sonra konusu şaquli istiqamətdə çıxarır, ştativi döndərərək diski qəliblənmiş beton qarışığının üstünə ehmalca endirir və vint vasitəsilə ştativi bərkidirlər. Bundan sonra vibrasiya stolunu və saniyəölçəni eyni zamanda işə salır, beton qarışığının sıxlaşmasını və üfqi vəziyyətə düşməsini müşahidə edirlər. Sement xəmiri diskin istənilən iki deşiyindən çıxana qədər beton qarışığının vibrasiya edilməsi davam etdirilir. Vibrasiya stolunun işə salınmasından dayandırılmasına qədər keçən vaxt (saniyə ilə) beton qarışığının bərklik göstəricisi olacaqdır.
İri doldurucunun ən böyük iriliyi 40 mm-dən çox olduqda beton qarışığının bərkliyini təyin etmək üçün daha sadə üsuldan istifadə edilir. Bu məqsədlə standart konus 200200200 mm ölçülü metal kub formanın içərisinə qoyulur. Bunun üçün konusun aşağısından çıxıntılar götürülür və qəlibə girmək üçün aşağı diametri azacıq azaldılır. Konus ilə metal forma vibrasiya stolunun üstünə qoyulur, adi qayda ilə üç dəfəyə beton qarışığı ilə doldurulur və konusu çıxardaraq beton qarışığının çökməsi ölçülür. Bundan sonra beton qarışığı qəlibi doldurana və üzü tamamilə üfqi vəziyyətə düşənə qədər vibrasiya etdirilir (şəkil 6.4).
Dostları ilə paylaş: |