Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə25/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
Betonlar

3.3. Çoxməsaməli betonların xassələri

Sıxlıq. Çoxməsaməli betonun sıxlığı , onun növündən asılı olaraq 500 kq/m3-dan 1200 kq/m3-a qədər dəyişir. Sıxlığa görə çox­məsaməli betonun markaları: D 300; D 400; D 500; D 600; D 700; D 800; D 900; D 1000; D 1100 və D 1200-dür.


Möhkəmlik. Çoxməsaməli yüngül betonun möhkəmliyi onun sıxlığından, növündən və işlədilən materialların xassələ­rin­dən, termik emal recimindən və betonun nəmliyindən asılıdır. Sı­xıl­ma­da möhkəmlik həddinə görə çoxməsaməli betonların aşağıdakı sinif­ləri müəyyən edilmişdir: B 0,35; B 0,75; B 0,85; B 1; B 1,5; B 2,5; B 3,5; B 7,5; B 10; B 12,5; B 15; B 17,5; B 20.
Çoxməsaməli betonun möhkəmliyi 150150150 mm öl­çü­lü kub nümunələr vasitəsilə təyin edilir. Nümunələrin kütləyə görə nəm­liyi 102% olmalıdır. Sınaq nümunələri termik emaldan 12 saat sonra, normal şəraitdə bərkimiş (termik emal olunmamış) nü­mu­nələr isə 28 gündən sonra sınanılır.
Suhopma və şaxtayadavamlılıq. Çoxməsaməli betonun su­hop­ması və şaxtayadavamlılığı məsamələrin ölçülərindən və xarak­te­rindən asılıdır. Məsamələr qapalı olduqda çoxməsaməli betonun suhopması azalır, şaxtayadavamlılığı isə artır. Şaxtayada­vam­lı­lı­ğı­na görə çoxməsaməli betonların markaları: F 15; F 25; F 35; F 50 və F 100-dür.
İstilikkeçirmə. Çoxməsaməli betonun istilikkeçirməsi onun sıxlığı və nəmliyindən asılıdır. Sıxlığı 300 kq/m3-a qədər olan ən yüngül betonun istilikkeçirmə əmsalı0,0650,07 Vt/(m0C), sıx­lı­ğı 1000kq/m3 olan betonunku isə 0,210,26 Vt/(m0C)-dir.
Yığışma. Çoxməsaməli betonun yığışması betonun tər­ki­bin­dən, sıxlığından və bərkimə şəraitindən asılıdır. Sıxlığı 600  800 kq/m3 olan çoxməsaməli beton temperaturu 20 0C və nisbi nəm­­li­yi 70  80% olan havada 0,4  0,6 mm/m yığışır.
Çoxməsaməli betonlar yüngül dəmir-beton konstruk­si­ya­lar­da və istilik-izolyasiya işlərində tətbiq edilir.





Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin