Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə19/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
Betonlar

§ 11. Yüngül betonlar

Sıxlığı 500 kq/m3-dan 1800 kq/m3-a qədər olan betona yüngül beton deyilir.


Təyinatına görə yüngül betonların aşağıdakı növləri var­dır:
1) istilik-izolyasiya betonları. Belə betonların sıxlığı 500 kq/m3-dan, istilikkeçirmə əmsalı 0,17 Vt/(m.0C)-dən az olur. Laylı kon­struk­siya­lar­da qızdırıcı və səsuducu material kimi tətbiq edilir;
2) konstruktiv-izolyasiya betonları. Bu cür betonların sıx­lı­ğı 500  1400 kq/m3, istilikkeçirmə əmsalı 0,230,64 Vt/(m.0C) olur. Binaların hasarlayıcı konstruksiyalarının əsas materialı kimi işlədilir.
3) konstruktiv betonlar. Bu növ betonların sıxlığı 14001800 kq/m3 olur. Onlardan yüngül yükdaşıyıcı dəmir-beton kon­struk­si­ya­ların hazırlanmasında istifadə edilir.
İstilik-izolyasiya betonlarının sıxılmada möhkəmlik həddi 1,5 MPa-a qədər, konstruktiv-izolyasiya betonların möhkəmliyi 2,510 MPa və konstruktiv betonlarınkı isə 1030 MPa olur.


1. Məsaməli dolduruculu yüngül betonlar

Yüngül betonlar doldurucularının xüsusiyyətinə görə adi (ağır) betonlardan əsaslı surətdə fərqlənir.


Məsaməli doldurucuların tökmə sıxlığı sıx süxurların tök­mə sıxlığından az olur. Onların möhkəmliyi çox vaxt betonun tələb olu­nan möhkəmliyindən az və səthləri girintili-çıxıntılı olur. Dol­du­rucuların məsaməli yaxud sıx olmasından asılı olaraq, beton qa­rı­şığının sutələbatı və susaxlama qabiliyyəti kəskin surətdə dəyişir.
Yüngül betonun möhkəmliyinin asılı olduğu əsas amil su­yun sərfidir. Suyun sərfi optimal qiymətə qədər artdıqda betonun möh­­kəmliyi artır. Yüngül betonda suyun optimal miqdarı qarı­şı­ğın sıxlığının ən böyük qiymətinə uyğun gəlir. Suyun sərfi optimal miq­­dardan çox olduqda sement daşının sıxlığı azalır və bu da be­to­­nun möhkəmliyinin azalmasına səbəb olur.
Məsaməli dolduruculu yüngül betonun möhkəmliyi nəinki se­mentin keyfiyyətindən, həm də onun miqdarından asılıdır. Se­men­tin sərfi artdıqca betonun möhkəmliyi və sıxlığı artır. Bu onun­la izah edilir ki, sement xəmirinin miqdarının artması ilə yün­gül beton qarışığı qəlibdə yaxşı sıxlaşır və betonda daha möhkəm kom­ponent olan sement daşının miqdarı artır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin