Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri


§ 8. Beton qarışığının qəlibə qoyulması, sıxlaşdırılması və



Yüklə 0,68 Mb.
səhifə15/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
Betonlar

§ 8. Beton qarışığının qəlibə qoyulması, sıxlaşdırılması və
ona qulluq edilməsi. Betonun keyfiyyətinə nəzarət

Beton qarışığının qəlibə qoyulması. Beton işlərində ən çox zəh­mət və enerci tələb edən əməliyyatlardan biri beton qarışığının qəli­bə qoyulması və qəlibdə sıxlaşdırılmasıdır. Hazırda bu işlər be­ton­qablaşdırıcı və betonpaylayıcı maşınların köməyi ilə yerinə ye­ti­rilir.


Beton qarışığının sıxlaşdırılması. Beton qarışığını qəlibə qoy­duqdan sonra onu müxtəlif üsullarla sıxlaşdırırlar: vibrasi­ya­la­ma (titrətmə), presləmə, mərkəzdənqaçma, vakuumlama.
Vibrasiyalama. Qəlibə qoyulmuş beton qarışığının bu üsul­la sıxlaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, beton qarışığına 0,20,5 mm amplitudada yüksək tezlikli (dəqiqədə 30006000) tit­rəmə verilir. Titrəmə nəticəsində beton qarışığı axan kimi olur və qə­­libi sıx doldurur. Vibratorlar vasitəsilə axarlığı az olan, hətta bərk beton qarışığını belə qəliblərə sıx doldurmaq mümkündür.
Beton qarışığını mexaniki üsulla sıxlaşdırmaq üçün müx­tə­lif tipli vibratorlardan istifadə edilir. Mühərrikinin növünə görə elek­­tromexaniki, elektromaqnit, pnevmatik və başqa tipli vib­ra­tor­­lar vardır. Elektromexaniki vibratorlar daha geniş yayılmışdır.
Səthi vibratorlar. Döşəmə, tava, yol və bu kimi açıq səthli kon­struksiyaların sıxlaşdırılmasında səthi vibratorlar (şəkil 6.6, a) tət­biq edilir. Belə vibratorlarda beton qarışığına titrəmə vibratora bər­kidilmiş metal lövhə vasitəsilə verilir. Betonun içərisinə yayılan tit­rəmənin dərinliyi 2030 sm olur. Vibratorun bir yerdə titrəmə müd­dəti 1 dəqiqə olur, sonra isə o, başqa yerə köçürülür.
Dərinlik vibrator­la­rı. Bünövrə, tir, sütun, və s. bu kimi ar­ma­turlu və armatursuz konstruksiyalarda beton qarışığını sıxl­aş­dır­maq üçün dərinlik vibratorları (şəkil 6.6, b,c) tətbiq edilir.


Şəkil 6.6. Elektrik vibratorları:
a  səthi; 1  elektrik mühərriki; 2zirehli ötürücü; 3  mey­dan­ça; b  dərinlik vibratoru (vib­ro­toppuz); c  elastik vallı dərinlik vibratoru:1  işçi uc­luq; 2  elek­trik mühərriki; 3  altlıq; 4  elas­tik val

Presləmə. Bu üsulla bərk və az axarlı beton qarışıqlarının qə­lib­lənməsində tətbiq edilir. Qəlibə qoyulmuş beton qarışığı əlavə me­xaniki yükün təsiri altında vibrasiya edilir. Bu halda presləyici təz­­yiqin qiyməti 0,050,15 MPa olur. Statik yükün təsiri altında be­ton qarışığının sıxlaşdırılması zamanı onun ayrı-ayrı hissəcikləri məc­buri surətdə yerlərini dəyişərək daha kompakt və sıx yerləşir. Mə­mulat yastı yaxud profilli ştampla preslənir. Məsələn, pilləkən marş­ları bu üsulla qəliblənir. Məmulatın bu cür preslənməsi vib­ro­ştamp­lama adlanır.


Mərkəzdənqaçma. Beton qarışığının mərkəzdənqaçma qüv­və­sinin təsiri ilə sıxlaşmasından ibarətdir. Qəlib fırlanan zaman be­ton qarışığı silindrik qəlibin daxili divarlarına doğru sıxılır və bu­nun ­da nəticəsində sıxlaşır. Bərk komponentlərin və suyun küt­lə­lə­ri­nin müxtəlif olması nəticəsində beton qarışığından suyun 2030%-i ayrılır ki, bu da yüksəksıxlıqlı beton almağa imkan verir.
Mərkəzdənqaçma üsulu ilə yüksək sıxlıqlı, bunun da nə­ti­cə­sində yüksək möhkəmlikli (4060 MPa) və uzunömürlüklü mə­mu­lat almaq olur. Bu üsulun mənfi cəhəti sementin daha çox (400450 kq/m3) sərf olunmasıdır. Mərkəzdənqaçma üsulu ilə bo­ru­lar, elektrik dirəkləri və başqa silindrik formalı məmulatlar is­teh­­sal edilir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin