Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri


§ 6. Beton tərkibinin layihələndirilməsi



Yüklə 0,68 Mb.
səhifə12/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
Betonlar

§ 6. Beton tərkibinin layihələndirilməsi

Beton tərkibinin layihələndirilməsi beton tərkibinin he­sab­lan­masından və hesablanmış tərkibin dəqiqləşdirilməsindən iba­rət­dir.


Beton tərkibini hesablamaqda əsas məqsəd ən az miqdar sement sərf etmək şərti ilə tələb olunan möhkəmlikli və axarlıqlı beton almaqdan ibarətdir.
Beton qarışığının tərkibi iki cür ifadə oluna bilər:
1. Sement, qum və çınqılın (yaxud qırmadaşın) miqdarları ara­sındakı nisbət kütləyə görə (çox az hallarda həcmə görə) gös­tə­ri­lir, su-sement nisbəti və sementin aktivliyi ayrıca qeyd edilir. Se­men­tin miqdarı vahid qəbul edilir və tərkib hissələri arasındakı nis­bət ümumi halda 1: x: y şəklində ifadə olunur. Su/sem və Rsem - in qiymətləri ayrıca göstərilir. Məsələn, betonun kütləyə görə tər­ki­bi 1: 2: 4, su/sem = 0,6 və Rsem = 40 MPa.
2. Böyük tikintilərdə və beton zavodlarında betonun tər­ki­bi kütləyə görə hissələrə bölünür, yəni 1m3 beton qarışığına sərf olu­nan materialların miqdarı kq ilə göstərilir: sement = 280 kq, qum = 700 kq, çınqıl (qırmadaş) = 1250 kq, su = 170 l. Cəmi: 2400 kq.
Quru materiallar üçün hesablanan beton tərkibinə nominal (laboratoriya) tərkib, təbii nəmlikli materiallar üçün hesablanan be­ton tərkibinə isə istehsalat tərkibi deyilir.
Beton tərkibini hesablamaq üçün aşağıda göstərilənlər mə­lum olmalıdır: betonun markası (Rb); sementin aktivliyi (Rsem); be­ton qarışığının axarlığı yaxud bərkliyi; istifadə olunan ma­te­rial­la­rın həqiqi () və tökmə (t) sıx­lıqları; qumun irilik modulu (Mi); iri doldurucunun boşluğu (vb) və ən böyük iriliyi (D).
Betonun tərkibi aşağıda göstərilən ardıcıllıqla hesablanır.
 Sement-su nisbətinin təyini.
Sem/su  2,5 olan betonlar üçün

Sem/su  2,5 olan betonlar üçün

düsturları vasitəsilə hesablanır.
 Suyun miqdarının təyini. Beton qarışığına sərf olunan su­yun miqdarı doldurucuların növündən və beton qarışığının axar­lı­ğın­dan (yaxud bərkliyindən) asılı olaraq cədvəl 6.5-dən götürülür.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin