Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Mühəndislik Universiteti
“Memarlıq və İnşaat” fakültəsi
“İnşaat mühəndisliyi” kafedrası
Fənnin adı: İnşaat materialları
Mövzu: Betonlar
Mühazirəçi: Magistr M.A. Babayeva
MÜHAZİRƏNİN PLANI
1. Adi beton və onun xassələri
2. Beton tərkibinin layihələndirilməsi
3. Yüngül betonlar
Ə D Ə B İ Y Y A T:
1. Ağabəyli N.M. İnşaat materialları və məmulatları, B. 2011
2. Комар А.Г., Баженов Ю.М.. Сулименко Л.М. Технология производства строительных материалов. М., 1990.
Fakültənin elmi-metodiki
şurasında təsdiq olunmuşdur.
Protokol № , __ yanvar 2012-ci il.
BAKI - 2019
§ 1. Ümumi məlumat
Müəyyən nisbətdə seçilib-götürülmüş yapışdırıcı maddə, su, xırda və iri doldurucuların mükəmməl surətdə qarışdırılmasından alınan qarışığa beton qarışığı, həmin qarışığın bərkiməsindən alınan süni daş materialına isə beton deyilir. İçərisində polad armatur olan betona dəmir-beton deyilir.
Betonda yapışdırıcı maddə ilə su arasında reaksiyalar getdiyindən sement daşı əmələ gəlir və doldurucuları bir-biri ilə birləşdirir. Buna görə yapışdırıcı maddə ilə suya aktiv materiallar deyilir.
Doldurucuların hazırlanmasında yerli dağ süxurlarından və sənaye tullantılarından istifadə olunur və buna görə beton ucuz başa gəlir. Belə ki, betonda kütləyə görə yalnız 10-15 % yapışdırıcı maddə, yəni sement, 85-90 % isə su və doldurucu olur.
§ 2. Betonların təsnifatı və onlara dair tələblər
Betonların təsnifatı. Betonları müxtəlif əlamətlərinə görə siniflərə bölürlər: sıxlığına, doldurucuların iriliyinə, yapışdırıcı maddənin növünə, təyinatına və s. Bunların ən mühümü betonun sıxlığıdır. Betonun möhkəmliyi, şaxtayadavamlılığı, istilikkeçirməsi və digər xassələri onun sıxlığı ilə sıx əlaqədardır.
Sıxlığına görə betonların aşağıdakı növləri vardır:
1. Çox ağır beton. Belə betonun sıxlığı 2500 kq/m3-dan çox olur və onda doldurucu kimi polad yonqarı, dəmir filizi yaxud barit işlədilir. Bu cür betondan xüsusi konstruksiyalarda istifadə edilir.
Ağır (adi) beton. Bu betonun sıxlığı 21002500 kq/m3 olur. Betonda doldurucu kimi sıx dağ süxurlarından olan qum, çınqıl və qırmadaş işlədilir. Adi beton inşaat işlərində ən çox istifadə edilən betondur.
3. Yüngülləşdirilmiş beton. Onun sıxlığı 18002100 kq/m3 olur. Belə betonda doldurucu olaraq, sıxlığı 16001900 kq/m3 olan dağ süxurlarının xırdalanmasından alınan qırmadaşdan istifadə edilir. Qumsuz beton, yəni tərkibi yapışdırıcı maddə, su və iri doldurucudan ibarət olan iriboşluqlu beton da yüngülləşdirilmiş betona aid edilir.
4. Yüngül beton. Bunun sıxlığı 12001800 kq/m3 olur. Bu cür beton məsaməli dolduruculardan (süngər, vulkan tufları, posa və s.) hazırlanır.
5.Çox yüngül beton. Bu betonun sıxlığı 1200 kq/m3-dan az, əksər hallarda, 500800 kq/m3 olur. Belə betonda doldurucu (qum) ya olmur, ya da çox az olur. Betonun yüngül olması üçün onda xüsusi üsullarla məsamələr yaradılır, məs., qazlı beton və s.
Doldurucunun iriliyinə görə betonlar xırdadənəli və iridənəli olur. Xırdadənəli betonlarda doldurucunun ən böyük iriliyi 10 mm-dən az, iridənəli betonda isə 10 mm-dən çox olur.
Yapışdırıcı maddənin növündən asılı olaraq sement-beton, silikat-beton, gips-beton, polimer-beton, polimer-sement-beton və s. vardır.
Sement-beton müxtəlif növ sementlərdən hazırlanır. Portlandsement və onun müxtəlif növlərindən, eləcə də posalı portlandsement və putsolanlı sementdən hazırlanan betonlar geniş tətbiq edilməkdədir.
Silikat-beton əhəng əsasında hazırlanır və hazırlanmış material və məmulatlar avtoklav üsulu ilə bərkiyir.
Gips-beton gips yapışdırıcı maddələr əsasında hazırlanır. Bu beton daxili arakəsmələrdə, asma tavanlarda və binaların digər bəzək elementlərinin hazırlanmasında tətbiq edilir.
Polimer-betonda yapışdırıcı maddə olaraq polimerlərdən istifadə edilir. Polimerlərin əsasını qatranlar (poliefir, epoksid, karbamid və s.) və monomerlər (furfurolaseton və s.) təşkil edir və onlar betonda xüsusi əlavələrin köməyi ilə bərkiyir. Bu cür betonlar aqressiv mühit olan yerlərdə tətbiq edilir.
Polimer-sement-beton qarışıq yapışdırıcı maddə — sement və polimer əsasında hazırlanır. Polimer kimi suda həllolan qatrandan və lateksdən istifadə edilir.
Tətbiq sahəsinə görə aşağıdakı betonlar vardır.
Adi beton sənaye, ictimai və yaşayış binalarının dəmir-beton konstruksiyalarında işlədilir, məsələn, bünövrələrin, sütunların, tirlərin, fermaların, tağtavanların və s. bina hissələrinin hazırlanmasında.
Hidrotexniki beton hidrotexniki tikililərin bəndlərində, şlüzlərdə, kanalların üzlənməsində və bu kimi konstruksiyaların hazırlanmasında tətbiq edilir.
Döşəmə, yol və təyyarə meydançası örtükləri üçün beton.
Odadavavmlı beton bəzi sobaların füterlənməsində (daxildən üzlənməsində) istifadə olunur.
Turşuyadavamlı beton kimya müəssisələri sexlərində döşəmə düzəltmək, divarları və tavanları üzləmək üçün işlədilir.
Hidratbeton nüvə reaktorlarında şüalanmadan mühafizə üçün tətbiq edilir.
Dostları ilə paylaş: |