Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə3/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   25
Betonlar

3. Doldurucular


Betonun həcminin 80 %-ə qədərini doldurucular təşkil edir və onlar betonun xassələrinə, uzunömürlülüyünə və dəyərinə müəy­­­yən təsir göstərir. Məlumdur ki, betonda ən bahalı və de­fi­sit kom­ponent sementdir. Doldurucuları tətbiq etməklə sementin sər­fi­ni kəskin surətdə azaltmaq olur. Bundan başqa doldurucular be­to­nun texniki xassələrini yaxşılaşdırır.


Betonda xırda və iri dolduruculardan istifadə edilir. Xır­­da dol­durucuların dənələrinin iriliyi 5 mm-ə qədər olur və on­lara təbii və süni qumlar aiddir. Betonda iri doldurucu olaraq də­nələrinin iri­li­yi 5 mm-dən çox olan çınqıl və qırmadaş tət­biq edilir.
Qum. Müxtəlif süxurların aşınmasından əmələ gəlmiş və də­nələrinin ölçüləri 0,16 mm-dən 5 mm-ə qədər olan dənəvər sü­xu­ra qum deyilir. Qumlar təbii və süni olur.
Təbii qumların əmələ gəldiyi şəraitdən və tapıldığı yer­dən asılı olaraq aşağıdakı növləri vardr: dağ (dərə), çay, dəniz, dün və barxan qumları.
Dağ (dərə) qumları əmələ gəldiyi yerdə qaldığı üçün də­nə­lə­ri­nin forması itibucaqlı və üzü kələ-kötürlüdür. Belə qum se­ment­lə yaxşı yapışır və bununla da betonun möhkəmliyi çox olur. La­kin dağ (dərə) qumlarında gil, lil və toz hissəciklərinin, ha­be­lə üzvi qa­tı­şıqların miqdarı çox olduğundan əksər hallarda on­ları iş­lət­məz­dən qabaq yumaq lazım gəlir ki, bu da əlavə xərclərə gətirib çı­xar­dır.
Çay və dəniz qumlarının dənələri uzun müddət su ilə yu­yul­du­­ğundan dəyirmi və hamar səthli olur. Onlar təmiz, yəni tər­kib­lə­rin­də gil və üzvi qatışıqların miqdarı az olur. Lakin belə qum­lar se­ment­lə nisbətən zəif yapışır.
Dün və barxan qumları daha xırda dənəli olur. Belə qumlar be­­ton üçün yararlı deyildir, ancaq iri dənəli qumlarla qa­rış­dır­maq yo­lu ilə onları işlətmək olar.
Xüsusi hallarda qranit, sıx əhəngdaşları və başqa sıx qu­ru­luşlu süxurları xırdalamaq yolu ilə süni qum da hazırlana bilər.
Süni qumlar itibucaqlı və üzü kələ-kötür olduğundan beton üçün ən yaxşı qum hesab edilir. Belə qumlarda heç bir zərərli qa­tı­şıq­lar olmur.
Qumun keyfiyyətinə onun tərkibində ola biləcək qatışıq­lar: gil, lil və toz hissəcikləri, üzvi qatışıqlar, slüda his­sə­cik­ləri, sulfid və sulfat birləşmələri və s., habelə dənəli tər­ki­bi təsir edir.
Gil, lil və toz hissəciklərinin ölçüsü 0,16 mm-dən xırda ol­du­ğun­dan qum dənələrinin üzünü örtür və bununla da qumun se­ment­­lə yapışmasını zəiflədir. Adi betonda işlədilən təbii I sinif qumlarda gil, lil və toz hissəciklərinin miqdarı 23 %-dən, II sinif qumlarda isə 310 %-dən çox olmama­lı­dır (kütləyə gö­rə). Əgər qumda göstərilən hissəciklərin miqdarı nor­madan çox olar­sa, həmin qumu ya işlətməmək, ya da xüsusi ma­şın­larda yu­maq lazımdır.
Üzvi qatışıqlar, xüsusilə, üzvi turşular betonun möh­kəm­li­yini 25 % və daha çox azaldır, hətta sementi dağıdır. Qumda üz­vi qa­tı­şıq­ların olub-olmaması kolorimetrik (rəngləmə) üsulu ilə müəyyən edi­lir. Bu məqsədlə qum nümunəsi üzərinə 3 %-li nat­rium-hid­ro­k­sid məhlulu tökülür. Sınaq nəticəsində məhlulun rən­gi açıq sarıdan tünd olmamalıdır.
Slüda hissəcikləri parlaq olub, sementlə pis yapışır və me­xa­­ni­ki təsirlərdən asanlıqla parçalanır. Qumda slüda his­sə­cik­ləri 2%­-dən (kütləyə görə) çox olmamalıdır. Slüda his­sə­cik­lərinin qum­­da ol­ması petroqrafik tədqiqat yolu ilə təyin edilir.
Sulfid və sulfat birləşmələri betonun korroziyasına sə­bəb olur. Buna görə qumda olan kükürd birləşmələrinin SO-ə he­sab­­lan­mış miqdarı (kütləyə görə) 1 %-dən artıq olmamalıdır.
Dənəli tərkibi. Az sement sərf etməklə tələb olunan möh­kəm­­likli beton almaq üçün qumun dənəli tərkibi böyük əhə­miy­yə­tə ma­likdir. Adi betonda qum iri doldurucu dənələri arasındakı boş­­luğu doldurur, qumun dənələri arasındakı boşluq isə sement xə­­miri ilə dolmalıdır. Bundan başqa həmin sement xəmiri xırda və iri doldurucu dənələrinin səthlərini örtməlidir.
Qumun dənəli tərkibi onda müxtəlif ölçülü dənələrin faiz­lə miq­darını xarakterizə edir.
5 mm deşikli ələkdən keçirilmiş qumdan 1000 q götürüb, ar­­dı­cıl olaraq deşiyinin ölçüsü 2,5; 1,25; 0,63; 0,315 və 0,16 mm olan ələk­lərdən keçirirlər. Hər ələkdə qalan qalığı çəkərək əv­vəl­­cə ayrı qa­lıqları, sonra isə tam qalıqları hesablayırlar.
Hər bir ələkdə qalan qalığa ayrı qalıq deyilir. Ayrı qalı­ğın miq­­darını tapmaq üçün ələkdəki qalığın kütləsini (mi) bü­tün ələnən qum nümunəsinin kütləsinə (m) bölmək lazımdır: ai = =(mi/m) ∙100%.
Ələklərdəki ayrı qalıqların cəminə tam qalıq deyilir. Hər hansı bir ələkdəki tam qalıq (Ai) həmin ələkdən başlayaraq da­ha böyük deşikli ələklərdəki ayrı qalıqlarla həmin ələkdəki ay­rı qalığın faizlə cəmidir. Tam qalıq aşağıdakı düsturla he­sab­lanır:
Ai = a2,5 + a1,25 + . . . + i .
Burada a2,5 + a1,25 + . . .  2,5 mm deşikli ələkdən başlayaraq son­rakı ələk­lər­də qalan ayrı qalıqlar, %; ai  həmin ələkdəki ayrı qalıqdır, %.
Qumun dənəli tərkibini qiymətləndirmək və onun beton üçün yararlığını müəyyən etməkdən ötrü ələmənin nəticələrini (tam qalığın qiymətlərini) qrafikə keçirir və nöqtələri bir­ləş­di­rib ələ­mə əyrisini alırlar (şəkil 6.1.).


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin