Sünidaşlardanhazırlananqırmadaş. Aşağı markalı betonların hazırlanmasında süni qırmadaş olaraq kərpic qırıqlarından və metallurgiya sənayesi olan yerlərdə çoxlu miqdarda tullantı halında alınan domna posalarından istifadə edilir.
Domna posaları. Tullanmış və ya xüsusi olaraq tökülmüş domna posasının xırdalanmasından alınan materiala domna posası qırmadaşı deyilir.
Domna posası kristallik quruluşlu və kimyəvi tərkibinə görə turş olmalıdır. Yalnız bu halda o, tədricən soyuma zamanı parçalanmır. Posa qırmadaşının əsaslıq modulu 1-dən çox olmamalıdır.
4. Əlavələr
Əlavələr iki qrupa bölünür: birinci qrupa narın üyüdülmüş, ikinci qrupa isə kimyəvi əlavələr aiddir.
Narın üyüdülmüş əlavələr. Bu əlavələr dağ süxurlarının (əhəngdaşlarının, kvars qumunun) və sənaye tullantılarının (yanacaq və domna posalarının, küllərin və s.) narın üyüdülməsindən alınır. Əlavələrin üyüdülmə narınlığı 008 №-li ələkdə qalan qalıqla xarakterizə edilir və bu halda ələkdəki qalıq 15 %-dən çox olmamalıdır. Adətən, betona qatılan narın üyüdülmüş əlavənin miqdarı 5 20 % olur.
Kimyəvi əlavələr. Beton qarışığı və betonun xassələrini lazımi istiqamətdə nizamlamaq üçün sementə onun kütləsinin 0,12 %-i qədər kimyəvi əlavələr qatılır. Bu qrupdan olan əlavələr üç qrupa bölünür: səthi-aktiv, bərkiməni tezləşdirən və donma əleyhinə əlavələr.
Səthi-aktivəlavələr xüsusi qrup üzvi maddələrdir. Onları beton (məhlul) qarışığına qatmaqla qəlibə rahat qoyulmanı yaxşılaşdırmaq, su-sement nisbətini azaltmaq və bunun da nəticəsində material və məmulatların möhkəmliyini azaltmadan sement sərfini aşağı salmaq mümkün olur.
Səthi-aktiv əlavələr təsir xarakterinə görə üç qrupa bölünür: hidrofil, hidrofob və havacəlbedici əlavələr.
Hidrofil əlavələr sement xəmirinin kollod sistemini dispers hala salaraq, onun axarlılığını yaxşılaşdırır. Yapışdırıcını su ilə qarışdırdıqdan sonra müəyyən müddət ərzində ayrı-ayrı sement hissəciklərinin bir-biri ilə yapışmasının qarşısını alır. Bu halda koaqulyasiya (pıxtalaşma) bir qədər ləngiyir və eyni zamanda müəyyən miqdar su ayrılır. Bu səbəbdən beton (məhlul) qarışığının qəlibə rahat qoyulması, axarlılığı və bircinsliliyi yaxşılaşır, sement sərfi azalır, betonun möhkəmliyi, sukeçirməzliyi və şaxtayadavamlılığı artır.
Son zamanlar tikintidə yeni kimyəvi əlavələr superplastikləşdirici əlavələr tətbiq edilməkdədir. Bu əlavələr beton qarışığının axarlılığını kəskin surətdə artırır və betonun texnoloci xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Əksər superplastikləşdirici əlavələr sintetik polimer maddələr olub, betona sementin kütləsinin 0,10,2 %-i qədər qatılır.
Adətən, superplastikləşdirici əlavələr betona qatıldıqdan sonra 23 saat müddətində təsir göstərir. Bu müddət ərzində onlar qələvi mühitin təsiri altında qismən parçalanır, beton üçün zərərli olmayan digər maddələrə çevrilir və betonun bərkiməsini ləngitmir, əksinə tezləşdirir. Dəmir-beton məmulatlarının hazırlanmasında adi plastikləşdirici əlavələr yerinə superplastikləşdirici əlavələrdən istifadə etmək daha səmərəlidir.
Superplastikləşdirici əlavələr içərisində C-3 (naftalin-sulfo turşusu və formaldehid əsasında hazırlanır) və 10-03 (melamin formaldehid əsasında hazırlanır) markalı əlavələr tikintidə geniş tətbiq edilməkdədir.
Hidrofob əlavələr beton qarışığına xırda hava qabarcıqları cəlb edərək onun axarlılığını (plastikliyini) artırır. Səthi-aktiv hidrofob əlavələrin molekulları hava-su fazalarının görüşən yerinə adsorbsiya olunaraq suyun səthi gərilməsini zəiflədir və sement xəmirində ən xırda hava qabarcıqlarını stabilləşdirir. Bu əlavələrə natrium-abietat, mılonaft, asidol, olein və stearin turşuları, naften turşuları və onun duzları, oksidləşmiş petrolatum, sintetik yağ turşuları, silisiumlu üzvi polimerlər və s. əlavələr daxildir.
Havacəlbedici əlavələr beton qarışığının plastikliyini və qəlibə rahat qoyulmasını yaxşılaşdırır, suayırmasını azaldır və nəticə etibarı ilə betonun bircinsliyini və uzunömürlülüyünü artırır. Betonun şaxtayadavamlığını artırmaq lazım gəldikdə həmin əlavələrdən istifadə edilir.