Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə23/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
Betonlar

2. İriboşluqlu beton.

İriboşluqlu beton yapışdırıcı maddə, su və iri doldurucu­nun qarışığından ibarətdir, yəni onda qum yoxdur. Odur ki, bu be­to­nu bəzən qumsuz beton da adlandırırlar.


Məlumdur ki, 1 m3 adi betondakı qum dənələrinin səthləri cəmi 500010000 m2 olduğu halda, çınqıl və ya qırmadaş dənələ­ri­nin səthləri cəmi 200 m2-dır. Qum dənələrinin göstərilən səthini ört­mək üçün çoxlu sement tələb olunur. Bundan əlavə qum çınqıl və ya qırmadaş dənələri arasındakı boşluqları doldurur ki, bunun­la betonun sıxlığı və istilikkeçirməsi artır. Betonda qum olmadıqda sərf edilən sementin miqdarı azaldılır.
İriboşluqlu betonun tərkibinə 520 mm irilikli çınqıl yaxud qırmadaş, 300 və 400 markalı portlandsement yaxud posalı port­land­sement və su daxildir.
İriboşluqlu betonları yaşayış və digər binaların divar­la­rın­da, hün­dür binaların üst mərtəbələrində və iri bloklar ha­zır­lan­ma­sında işlə­dirlər.
3. Çoxməsaməli betonlar

Məsamə əmələgətiricinin köməyi ilə köpdürülmüş yapış­dı­rı­cı maddə, silisiumlu komponent və su qarışığının bərkiməsindən alı­nan betona çoxməsaməli beton deyilir. Bu betonun həcminin 90%-i ölçüləri 0,53 mm olan məsamələrdən ibarətdir.


Möhkəmliyinə və sıxlığına görə çoxməsaməli betonlar üç qrupa bölünür:
1) istilik-izolyasiya betonlarının sıxlığı 500 kq/m3-dan az, markaları: M 5; M 10; M 15 və M 25;
2) konstruktiv istilik-izolyasiya betonlarının (hasarlayıcı kon­struksiyalar üçün) sıxlığı 500900 kq/m3, markaları: M 25; M 35; M 50 və M 75;
3) konstruktiv betonların (dəmir-beton üçün) sıxlığı 900 1200 kq/m3, markaları: M 75; M 100; və M 150.


3.1. Çoxməsaməli betonlarda işlədilən materiallar

Yapışdırıcı maddə. Avtoklavda bərkiyən çoxməsaməli be­ton­ların hazırlanmasında narın üyüdülmüş sönməmiş əhəngdən istifadə edilir. Əhəngin tərkibində aktiv CaO-in miqdarı 70%-dən az, MgO-in miqdarı isə 5%-dən çox olma­ma­lı­dır. Əhəngin sönmə sürəti 1030 dəqiqə olmalıdır. Qazlıbeton ha­zır­ladıqda (avtoklav­da bərkiyən) yapışdırıcı maddə olaraq 400 və 500 markalı port­land­sementdən istifadə edilir. Yapışdırıcı maddə sili­siumlu kom­po­nentlə birlikdə işlədilir.


Silisiumlu komponent. Ən geniş yayılmış silisiumlu kom­po­nent üyüdülmüş kvars qumudur. Qumun tərkibində silisium 4-ok­sidinin miqdarı 80%-dən az, gil və lil qarışıqlarının miqdarı isə 3%-dən çox olmamalıdır. Qumu beton qa­rı­şı­ğına qatmazdan qabaq, onu xüsusi səthi 20003000 sm2/q ola­na qə­dər üyüdürlər. Adətən, qumun üyüdülməsi yaş üsulla aparı­lır. Sili­siumlu kom­po­nent kimi istilik-elektrik stansiyalarının əlavə məh­­sulları  küllər və üyüdülmüş posalar da geniş tətbiq edil­mək­də­dir.
Məsamə əmələgətirici maddələr. Çoxməsaməli betonlarda iş­lədilən məsamə əmələgətirici maddələr iki qrupa bölünür: köpük əmə­lə­gətiricilər və qaz əmələgətiricilər.
Köpük əmələgətirici maddələr kimi yapışqan-kanifol emul­si­ya­sı, köpük verən bitki köklərinin cövhəri (saponin), alümosul­fo­naf­tenlər və hidrolizlənmiş qan istifadə edilir.
Yapışqan-kanifol emulsiyası lət yapışqanından, kanifoldan və natrium qələvisinin sulu məhlulundan, qatran-saponin köpük əmə­lə­ gətiricisi sabun kökü və sudan (bəzi hallarda maye şüşə qa­tı­lır), alümosulfonaftenlər ağ neft kontaktı, alüminium-sulfat və nat­rium qələvisi qarışığından hazırlanır. Hidrolizlənmiş qan kö­pük­əmələgətiricisi sallaqxana qanı ilə dəmir-sulfatın qarışığından alı­nır.
Qaz əmələgətirici maddələr kimi alüminium tozundan və per­hidroldan istifadə edilir.
Alüminium tozunun tərkibində 82% aktiv alüminium, to­zun xüsusi səthi isə 50006000 sm2/q olmalıdır. Alüminium tozu ya­nandır, Buna görə o, kip metal qabda saxlanmalıdır.
Perhidrol  hidrogen-peroksidinin 80%-li məhluludur.
Su. Çoxməsaməli betonların hazırlanmasında işlədilən su­ya olan tələblər adi betonda işlədilən suya olan tələbələrlə ey­ni­dir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin