26. Tərbiyənin metodlarının xüsusiyyətləri və təsnifatı Tərbiyə metodları dedikdə tərbiyə edənin və tərbiyə olunanın özünə, ətrafdakı insanlara və ətraf aləmə düzgün münasibət for-malaşdırmaq məqsədilə qurulan qarşılıqlı fəaliyyətin təşkili mo-delidir.Deməli, metod qarşıya qoyulan məqsədlə sıx bağlı olub,təbiəti dərk edilən prosesdə meydana çıxır.
Tərbiyə metodunun düzgün seçilməsi və düzgün tətbiq edil-məsi pedaqoji peşəkarlığın mühüm şərtidir.
Tərbiyə metodlarının xüsusiyyətləriaşağıdakılardır:
Tərbiyə metodları tərbiyə olunanların davranışına, hisslə-rinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllidir, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunan-ların ünsiyyət və münasibətidir.
Tərbiyə metodları müəllimlə şagirdlərin fəaliyyətinin qarşılıqlı və birgə fəaliyyətinin təşkili üsullarıdır.