Ekoloji tərbiyə
"Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim de-məkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tər-kib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, eko-loji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.
Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini - təbiəti, eko-loji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır.
Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniy-yəti formalaşdırmaq lazımdır. Hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur.
Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir:
böyüyən nəsildə ekoloji şüur formalaşdırmaq;
uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq;
təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər forma-laşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq;
məktəblilərin şüurunda və fəaliyyətində təbii ehtiyatlara, maddi sərvətlərə qənaətcil yanaşmaq münasibəti tərbiyələn-dirmək;
təsərrüfat-iqtisadi vəzifələri vicdanla yerinə yetirməyə alışdırmaq;
gənc nəsli təbiətin mühafizə işinə cəlb etmək.
Ekoloji tərbiyəni təkmilləşdirmək cəhdləri əvvəlcə ailədən, sonra isə ibtidai məktəbdən başlanılmalıdır. Bu cəhdlərin təməli daha çox özünü ibtidai sinif məktəblərində büruzə verir. Kiçik yaşlı məktəblilərdə ekoloji tərbiyəni formalaşdırmazdan əvvəl ilk öncə onun komponentlərini müəyyən etmək lazımdır. Ekoloji tərbiyənin komponentlərinə ekoloji şüur, ekoloji bilik, ekoloji təhsil, ekoloji təfəkkür, ekoloji dünyagörüşü, ekoloji fəaliyyət və ekoloji dav-ranış aiddir. Ən mühüm komponentlərdən biri də ekoloji bilikdir. Kiçik yaşlı məktəblilərdə ekoloji tərbiyəni formalaşdırmazdan öncə onları ekoloji biliklərlə silahlandırmaq lazımdır. Həmin əldə edilən ekoloji bilikləri daha yaxşı mənimsəmələri üçün ekoloji bilik və məlumatları şüurlu surətdə dərk etməlidirlər. Belə ki, ekoloji bilik bizi əhatə edən canlı təbiətin strukturu haqqında olan biliklərdir. Geniş mənada ekoloji biliklər bizi əhatə edən canlı və cansız təbiə-tin mahiyyəti və dinamikası haqqında elmi məlumatın inteqrasiya olunmuş formasıdır ki,burada Yerin canlı qatının işi və onun biosferinin tamlığı da əhatə olunur.
Hüquq tərbiyəsi
Hüquq tərbiyəsi tərbiyənin tərkib hissələrindən biridir. Hüquq tərbiyəsi vasitəsilə insanlar hüquqi biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozun-tularının konkret nəticəsini öyrənirlər. İnsanlar cəmiyyətdə vətənda-şın hüquqları haqqında zəruri biliklərə yiyələnirlər. Hüquq tərbiyəsi vasitəsilə tərbiyə olunanlarda cəmiyyətdə mövcud hüquq normala-rına münasibət formalaşdırılır.
Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ide-ya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir
"Hüquq" ərəbcə "haqq söz" deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olu-nan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Hər cür fəa-liyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.
İnsanın hüquqa dair təsəvvürləri, ideya və görüşləri, hissləri, onun hüquq düşüncəsində ifadə olunur. Hüquq düşüncəsi nə qədər yüksək olarsa, insan hüquq normalarını bir o qədər şüurlu yerinə yetirər, onların pozulmasına yol verməz.
Dostları ilə paylaş: |